Icma.az
close
up
RU
Üzeyir Hacıbəylinin ictimai siyasi fəaliyyəti elmi seminar

Üzeyir Hacıbəylinin ictimai siyasi fəaliyyəti elmi seminar

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 29 sentyabr, AZƏRTAC

AMEA-nın Şəki Regional Elmi Mərkəzində (REM) “Üzeyir Hacıbəylinin ictimai-siyasi fəaliyyəti” mövzusunda elmi seminar keçirilib. Tədbir dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunub.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Tədbiri açan Şəki REM-in direktoru Yusif Şükürlü Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsinin dahi bəstəkarın şəxsiyyətinə və yaradıcılığına ehtiramın ifadəsi olduğunu söyləyib. O, Üzeyir Hacıbəylinin milli musiqinin formalaşmasında müstəsna xidmətlərindən bəhs edərək, bəstəkarın Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir istiqamətin əsasını qoyduğunu vurğulayıb.

Sonra Şəki REM-in Tarix və epiqrafika şöbəsinin rəhbəri Rahim Həsənov “Üzeyir Hacıbəylinin siyasi fikirləri - sosialist ideyalardan istiqlalçılığa doğru” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, xalqın qəhrəmanlığını, vətənpərvərliyini, milli qürurunu, azərbaycançılığını musiqi dili ilə ifadə etməsi Üzeyir Hacıbəylinin dahiliyinin göstəricisidir və bəstəkarın “Koroğlu” operası azərbaycançılıq ideyasını dərindən təcəssüm etdirən əsərlərdən biridir.

Daha sonra Şəki REM-in Ədəbi-mədəni mühit və folklor şöbəsinin rəhbəri Təranə Abdullayeva “Xalq yaradıcılığı və Üzeyir Hacıbəyli” adlı məruzəsində bəstəkarın bayatı və mahnılar haqqında nəzəri görüşlərindən, onların toplanaraq elmi tədqiqata cəlb edilməsindən danışıb, Üzeyir Hacıbəylinin əsərlərində şifahi xalq ədəbiyyatı nümunələrindən geniş istifadə etdiyini diqqətə çatdırıb.

Sonda Üzeyir Hacıbəylinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri