Icma.az
close
up
RU
Üzeyir Hacıbəylinin elmi əsəri özbək dilində

Üzeyir Hacıbəylinin elmi əsəri özbək dilində

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Daşkənddəki Yunus Rəcəbi adına Milli Musiqi Sənəti İnstitutunda dünya şöhrətli bəstəkar, Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəylinin 140 illiyi ərəfəsində Türk xalqlarının sevimli sənətkarının məşhur elmi əsərinin – “Azərbaycan xalq musiqisinin əsasları” kitabının özbək dilində nəşri oxuculara təqdim edilib.

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə hazırlanmış kitabın müzakirəsində ölkənin elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun təmsilçiləri, institutun professor-müəllim heyəti, tələbələr, jurnalistlər iştirak ediblər. Mərasimi giriş sözü ilə açan ali məktəbin rektoru, professor Eldor Şermanov Türk xalqlarının musiqi sənətinin öyrənilməsi və inkişaf etdirilməsi üçün də qiymətli mənbə sayılan əsərin özbək dilində işıq üzü görməsini Turan sevdalısı olmuş bəstəkarın yubileyi, eləcə də xalqlarımızın mədəni əlaqələrinin genişlənməsinə layiqli töhfə olduğunu qeyd edib.

Ölkəmizin Özbəkistandakı səfirliyinin müşaviri Fariz Məmmədov bildirib ki, böyük Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyinə həsr edilmiş kitab və onun təntənəli təqdimatı sənət korifeyinin milli musiqi mədəniyyətinin inkişafındakı müstəsna xidmətlərinin təbliği və gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyət, milli musiqi xəzinəsini nadir forma və janrlarla zənginləşdirən novator sənətkar olduğunu, təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyətinə böyük töhfələr verdiyini söyləyib.

Sonra institutun professoru Saibjon Beqmatov, dosentlər Bəxtiyar Aşurov, Şaxzoda Berdixanova, “Soqdiana” Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri, professor Firuza Abduraxmanova və başqaları təqdim edilən kitabı Azərbaycanın zəngin musiqi irsini ilk dəfə elmi şəkildə sistemləşdirən fundamental tədqiqat kimi dəyərləndiriblər.

Sonra institutun tələbələri Üzeyir Hacıbəylinin populyar əsərlərini və özbək musiqilərini səsləndiriblər.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri