Icma.az
close
up
RU
Üzeyir Hacıbəylinin jurnalistlik fəaliyyəti elmi seminar

Üzeyir Hacıbəylinin jurnalistlik fəaliyyəti elmi seminar

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 18 iyun, AZƏRTAC

AMEA-nın Şəki Regional Elmi Mərkəzində (REM) “Üzeyir Hacıbəylinin jurnalistlik fəaliyyəti” mövzusunda elmi seminar keçirilib. Elmi seminar dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, ictimai xadim, dramaturq və pedaqoq, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü olmuş Üzeyir Hacıbəylinin 140 iliyinə həsr edilib. Tədbir Prezident İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən təşkil olunub.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Elmi seminarı açan Şəki REM-in elmi işlər üzrə direktor müavini Kamil Adışirinov Üzeyir Hacıbəylinin bəstəkarlıq fəaliyyəti, mədəniyyətimizə verdiyi töhfələrlə yanaşı, zəngin publisistik irsə malik olduğunu bildirib.

Sonra Şəki Regional Elmi Mərkəzin kiçik elmi işçisi Tural Adışirinov “Üzeyir Hacıbəyli və mətbuat: jurnalistlik yolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Üzeyir Hacıbəylinin 1904-1920-ci illərdə publisistik fəaliyyət göstərdiyini, onun “Kaspi”, “Həyat”, “İrşad”, “Həqiqət”, “İqbal”, “Yeni iqbal”, “İttihad”, “Azərbaycan” qəzetlərində, “Molla Nəsrəddin”, “Məktəb” jurnallarında elm, tərəqqi, təhsil və tərbiyə məsələlərinə həsr edilmiş alovlu məqalələri ilə mətbuat tariximizdə silinməz izlər qoyduğunu bildirib. O, publisistin “Azərbaycan” qəzetindəki redaktorluq və jurnalistlik fəaliyyətini Azərbaycan mətbuat tarixinin mühüm mərhələsi hesab edildiyini vurğulayıb.

Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin müdiri Təranə Abdullayeva “Üzeyir Hacıbəyli sənəti və onun yetirmələri: Şəfiqə Axundova fenomeni” adlı məruzəsində bəstəkarın müəllimi ilə bağlı xatirələrinə işıq tutub. Bildirib ki, müəllifi olduğu mahnı və romanslar, musiqili komediyalar, tamaşalara bəstələnmiş musiqi əsərləri, “Gəlin qayası” operası Şəfiqə Axundovanın fenomen bir bəstəkar, layiqli tələbə olmasının bariz nümunəsidir.

Daha sonra Landşaftşünaslıq şöbəsinin rəhbəri Hüseyn Mustafabəyli çıxış edərək Üzeyir Hacıbəylinin böyük vətənpərvər olduğunu vurğulayıb. Qeyd edib ki, bəstəkarın azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş yüksək mənəvi-estetik dəyərə malik irsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında misilsiz vasitədir. Üzeyir Hacıbəyli musiqisi həm dünyəvi, həm milli xarakterə malik unikal sənət abidəsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri