Üzgüçülük Federasiyası İnsunla memorandum imzalayıb FOTO İdman və Biz
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Azərbaycan Üzgüçülük Federasiyası qarşılıqlı əməkdaşlığa dair memorandum imzalayıb.
İdman.biz xəbər verir ki, idmançıların və məşqçilər heyətinin psixoloji, fiziki və zehni sağlamlığını dəstəkləmək, onların şəxsi və peşəkar inkişafını təşviq etmək məqsədilə ölkənin aparıcı psixoloji və kouçinq mərkəzi olan "İnsun" Yaşam Mərkəzi ilə razılaşma əldə olunub.
Sənədə əsasən, federasiyanın tərkibində olan su idman növləri ilə məşğul olan milli komandanın üzvləri bu mərkəzdə davamlı olaraq xüsusi seminar və seanslarda iştirak edəcək, yarışlar öncəsi psixoloji durumlarının daha da yaxşılaşdırılması üçün xüsusi təlimlər keçəcəklər.
Əməkdaşlıq memorandumunun imzalanması mərasimində "İnsun" Yaşam Mərkəzinin təsisçisi Nigar Ələsgərova, AÜF-nin vitse-prezidenti Tamerlan Abdullazadə və baş katib Fəxri Həsənov iştirak ediblər. Görüş zamanı qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 11 Dekabr 2024 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















