“Üzümə bir söz deyə bilmirlər” Hacıosmanoğlu susqunluğunu pozdu
Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu ölkə futbolunda davam edən istintaqla bağlı açıqlama verib.
Apasport.az xəbər verir ki, TFF rəhbəri federasiyanın indiyədək səssiz qalmasının yanlış başa düşüldüyünü bildirib.
“Üz-üzə gələndə mənə bir kəlmə belə deyə bilməyənlərin indi bizim susmağımızı başqa cür yozduğunu görürəm. Məsuliyyət daşıdığımız və istintaq davam etdiyi üçün danışmırıq. Amma bəziləri bundan istifadə edib özlərini ön plana çıxarmağa çalışır.
Mən həyatım boyu nəticəsi nə olursa-olsun, mübarizədən çəkinməmişəm. Dövlətimizə güvənirik. İnsanlarımızı sakit olmağa çağırırıq. Bu prosesdə üzərimizə nə düşürsə, edəcəyik. Hansı tədbiri görmək lazımdırsa, görəcəyik, hansı addımı atmaq lazımdırsa, atacağıq”.
Hacıosmanoğlu Türkiyə futbolunda illərdir yığılıb qalan problemlərin indiki TFF rəhbərliyinin üzərinə atılmasına da etiraz edib:
“Türkiyə futbolunda 15, 20, hətta 30 ildir davam edən problemləri gəlib bizim iki illik rəhbərliyimizin boynuna qoymasınlar. Heç kim bütün bunlar elə bizim dövrümüzdə yaranıbmış kimi davranmasın”.
TFF prezidenti televiziya və sosial şəbəkələr vasitəsilə federasiyaya nə etməli olduğunu deməyə çalışanlara da cavab verib:
“Televiziyalara çıxıb, sağda-solda yazıb, sosial şəbəkələrdə ‘bunu edin, onu edin’ deyənlərlə məşğul olmağa vaxtımız yoxdur. İndiyə qədər buna vaxt ayırmamışıq, bundan sonra da ayırmayacağıq”.
Qeyd edək ki, “Hakimlər dosyesi” ilə bağlı aparılan istintaq çərçivəsində MHK sədri Ferhat Gündoğdu, Ferdi Karadoruk, Ahmet Şahin, Yunus Yıldırım, Sebahattin Şahin, Alican Sağlar və Emre Kosif saxlanılıb. Onlardan Gündoğdu, Karadoruk, Yıldırım, Sağlar və Kosif barəsində həbs qərarı verilib. Ahmet Şahin və Sebahattin Şahin isə ölkədən çıxış qadağası və imza öhdəliyi ilə sərbəst buraxılıb.
Bundan başqa, Super Liqa hakimi Yasin Kol və köməkçi hakim Göktuğ Hazar Erel də istintaq çərçivəsində saxlanılıb.
Rafinya bütün rəqiblərini geridə qoydu Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik” “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 05 Oktyabr 2026 08:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















