Uzun müddətdir gözlənilən hüquqi nəticə baş verdi
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Donald Trump kütləvi tariflər tətbiq edəcəyini bəyan etdiyi ilk gündən etibarən bu siyasətin davamlı olmayacağını və gec-tez dayandırılacağını qeyd etmişəm. Çünki hesab etmişəm ki, belə genişmiqyaslı tarif yanaşması ABŞ iqtisadi maraqları baxımından uzunmüddətli perspektivdə zərərli təsirlər yaradır və institusional sistem daxilində davam etməsi mümkün deyil".
Newscenter.az xəbər verir ki, bunları iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, məsələ öz hüquqi təsdiqini tapdı:
"ABŞ Ali Məhkəməsi 6 səsə qarşı 3 səslə prezidentin fövqəladə iqtisadi səlahiyyətlərə istinad edərək tətbiq etdiyi genişmiqyaslı tariflərin qanuni əsasının olmadığını müəyyən etdi və həmin qərarları qüvvədən saldı.
Məhkəmə qərarında vurğulanır ki, belə miqyaslı tariflər mahiyyət etibarilə vergi xarakteri daşıyır və Konstitusiyaya görə bu səlahiyyət Konqresə məxsusdur, icra hakimiyyəti isə açıq qanunverici mandat olmadan bu addımı ata bilməz.
Uzun müddətdir gözlənilən hüquqi nəticə baş verdi və tarif siyasətinin institusional məhdudiyyətləri məhkəmə qərarı ilə təsdiqləndi".
Anar
Bu mövzuda digər xəbərlər:Instagram uzun müddətdir gözlənilən funksiyanı istifadəyə verdi
24 Mart 2026 16:04
“Bu, uzun müddətdir müzakirə olunan və gözlənilən məsələdir”
16 Oktyabr 2025 20:22
Uzun müddətdir gözlənilən “Azərbaycan Atabəyləri” filminin təqtimatı keçirildi FOTOlar
04 Dekabr 2024 09:42
Qazprom Çinə uzun müddətdir gözlənilən qaz kəmərinin tikintisini sürətləndirib
16 Noyabr 2025 13:53
Paşinyan: “ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək” KONKRET
04 İyul 2025 13:26
Baxış sayı:113
Bu xəbər 20 Fevral 2026 21:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















