Icma.az
close
up
RU
Uzun müddətli öskürək hansı xəstəliklərə işarə edir? Mütəxəssis AÇIQLADI

Uzun müddətli öskürək hansı xəstəliklərə işarə edir? Mütəxəssis AÇIQLADI

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Öskürək orqanizmin özünü qoruma refleksi olsa da, onun səbəbi hər zaman sadə soyuqdəymə olmaya bilər. Xüsusilə də iki həftədən artıq davam edən və keçmək bilməyən öskürək daha ciddi sağlamlıq problemlərinin xəbərçisinə çevrilə bilər. 

Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, davamlı öskürəyin arxasında çoxsaylı səbəblər dayana bilər və onların bəziləri həyati əhəmiyyət daşıyan xəstəliklərlə bağlıdır. Ən çox rast gəlinən səbəblərdən biri xroniki bronxitdir. Bu zaman bronxların uzunmüddətli iltihabı yaranır və tənəffüs yolları həssaslaşır. Xüsusilə siqaret çəkənlərdə və tozlu mühitdə çalışan insanlarda bu daha çox müşahidə olunur.

Bronxial astma da keçməyən öskürəyin səbəblərindən biridir. Astma xəstələri çox zaman nəfəs darlığı, sinədə sıxılma və quru öskürəkdən şikayət edirlər. Əksər hallarda bu öskürək gecələr və ya fiziki hərəkət zamanı artır. Digər yayılmış səbəblərdən biri də allergik reaksiyalardır. Toz, polen, heyvan tükü kimi allergenlərə qarşı həssaslığı olan şəxslərdə burun axıntısı və göz qızartısı ilə yanaşı, davamlı öskürək də yarana bilər. Daha az tanınan, lakin çox yayılmış səbəblərdən biri isə qastroezofageal reflü xəstəliyidir. Bu zaman mədə turşusu qida borusuna doğru qalxaraq onu qıcıqlandırır və nəticədə xüsusilə gecə saatlarında quru və qıcıqlandırıcı öskürək meydana gəlir.

Keçməyən öskürək bəzi hallarda vərəm kimi infeksion xəstəliklərin də əlaməti ola bilər. Əgər öskürək qanlı bəlğəmlə müşayiət olunursa, halsızlıq və arıqlama da varsa, bu zaman dərhal həkimə müraciət etmək vacibdir. Eyni zamanda, bəzən ürək çatışmazlığı da tənəffüs yollarında maye toplanmasına səbəb olur ki, bu da davamlı öskürəyə yol açır. Xüsusilə gecə və uzanarkən baş verən öskürəklər bu baxımdan diqqətəlayiqdir. Ən ciddi ehtimallardan biri isə ağciyər xərçəngi ola bilər. Bu xəstəlik bəzən yalnız keçməyən öskürəklə özünü göstərir və erkən mərhələdə başqa heç bir simptom verməyə bilər. Siqaret çəkənlər və ya risk qrupuna daxil olan şəxslər belə hallarda daha diqqətli olmalıdır.

Qeyd edək ki, əgər öskürək iki həftədən çox çəkirsə və əlavə simptomlarla (qanlı bəlğəm, nəfəs darlığı, arıqlama və s.) müşayiət olunursa, heç bir halda gözləmək olmaz. Vaxtında həkimə müraciət etmək, erkən diaqnoz və müalicə üçün əsas şərtdir.

Eyni zamanda özbaşına antibiotik və ya öskürək dərmanları qəbul etmək düzgün yanaşma deyil. Bu, əsas xəstəliyi gizlədə bilər və vəziyyətin ağırlaşmasına gətirib çıxara bilər.

Asya
Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 20 Sentyabr 2025 03:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see387

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see352

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see332

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see331

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see329

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see311

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see307

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see284

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see274

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see264

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see263

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see257

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see256

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see255

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see238

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see218

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see214

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see206

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri