Icma.az
close
up
RU
Menu

Rusiyanın müharibə aparmaq imkanları tədricən zəifləyir

Normal maarifləndirmə işi aparmağa qaneedici vasitələr yoxdur

AAYDA ya məxsus bu idarələr ləğv olundu

Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Azərbaycan Respublikası Prezidentinin 2006 cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiya tam təhlükəsizdir təsəvvürünə artıq heç kim inanmaq istəmir

Ürəyin ən böyük düşməni Yalnız bu amil ölüm riskini kəskin artırır

İlham Namiq Kamalın oğlu məzun oldu

Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib

DÇ 2026 da bu gün hansı oyunlar var? TƏQVİM

Güzəştlər sahibkarlara yeni imkanlar yaradır

Məşhur Hollivud aktyorları İspaniyaya azarkeşlik ediblər FOTO

Ronaldunun bacısı futbolçunun DÇ 2026 dan sonra millidə karyerasını bitirəcəyini deyib

Kiyev bölgəsinə gecə hücumu: raketlər və dronlar zərbələri beş rayonda güclü dağıntılara səbəb olub

Mədinə Babayeva Kəlbəcərdə dəfn olunub

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir

Xameneinin dəfnində Azərbaycandan iştirak edəcək nümayəndə heyəti MƏLUM OLDU

DÇ 2026: İspaniya darmadağınla 1/8 finala adladı

Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi

Uzun sürən xəstəlik

Uzun sürən xəstəlik

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qoderzi Çoxelinin “Küknarlara məktub” hekayəsi haqqında

Əvvəli ötən sayımızda...

Camaat onu qaraçılara satılmaqda suçlayıb Araqvinin dəli dalğalarına təslim eləyəndən sonra armudlar çiçəkləyir, tingçinin ruhu tumurcuqlardan pardaqlanıb əkdiyi ağacların budaqlarında ağappaq çiçəklər açır, kişi ömrünü ağaclara bağışlayır: “Yaddaş çayı bulana-bulana özbaşına axırdı, bir azdan tingçi də, qaraçılar da hamının yadından çıxdı. Deyəsən, yalnız təbiət heç nəyi unuda bilmir. Hər yaz tingçinin dəli Araqviyə atıldığı vaxt armud ağacları yenə ağappaq çiçək açır. Bu çiçək partlayışı təbiətin ən böyük möcüzəsidir...”

***

Tingçidən ötrü Araqvi çayı ölüm qapısıdırsa, “Balığın məktubları” hekayəsinin qəhrəmanı üçün çaya baş vurmaq yeni həyata keçiddir. Cəmiyyətdən küsən adam balığa dönməkdən ötrü günlərlə suda qalır, axırda niyyəti baş tutur, sidq-ürəkdən dilədiyi arzuya çatır. Sahilə göndərdiyi son məktubunda balıq-adam belə yazır: “Heç soyuqdan da qorxmuram, yavaş-yavaş suda yaşamağa alışıram. Payızacan suya dalmağı da öyrənərəm, Araqvi çayı boyunca üzə-üzə gedib isti ölkələrə çıxaram. Siz də necə istəyirsiniz, o cür də davranın. Sizin məni adamlıqdan çıxarıb qovmağınızdan qəti qorxmuram”.

“Qiqia Bubunaurinin qardaşlığı” hekayəsinin on üç yaşlı qəhrəmanı damarını çərtib qanını tələdən qurtardığı yaralı qartalın qanına qatır. İnsanla quş əhd bağlayıb qardaşlaşırlar, sonda əhd-peymana sadiq qalıb eyni torpağa qismət olurlar. Qartal Qiqianın körpə ömrünə balta çalan qatilin gözlərini didib yurdunda bir başıpapaqlı qalmamış qardaşlığının qisasını alır.

“Qartalla uçuş” romanında isə insan gördüyü dünyaya yırtıcı quşun caynağından, qartalın uçduğu ucalıqdan baxır. Belə bir mənzərəni görməkdən, belə tamaşaya dalmaqdan ötrü qartal balalarına qurban getməyə dəyər. Ancaq tərsinə olur, qartal əsirini yedirtmək üçün yumurtasını qırır, balasını insana qurban verir.

Qoderzi Çoxelinin əsərlərində insan ana təbiətin başına tac qoyduğu müstəsna varlıq kimi, yaranmışların ən alisi, məxluqatın əşrəfi kimi öyülmür, bu əsərlərdə insan təbiət adlı panteistik cənnətin, dinc, qorxusuz ana qucağının heç bir məxluqdan üstün tutulmayan sıravi sakini kimi təqdim olunur.

***

Müharibədə çiynindən yaralandığı vaxt Berinin yarasına küknar tozu tökülüb. Evə qayıdandan sonra onun çiynində küknar ağacı bitir:

“Cğuna evə girdi. Beri çarpayıda oturmuşdu. Paltarının sol çiynini kəsmişdilər, oradan balaca küknar ağacının başı görünürdü. Çılpaq ayaqlarını çarpayının qabağında qazılmış çalaya sallayıb üstünə su tökürdü.

- Belə eləmə, Beri, eləmə, soyuq dəyər, özünü niyə öldürürsən? - altmış yaşını haqlamış həkim - bəstəboy yəhudi qadın, Qudamağarinin şəfa mələyi ona yalvarırdı.

- A kişi, belə də iş olar, iynə vurmağa qoymursan, özün də ayaqlarını soyuq torpağa basdırıb suya qoymusan. Buna ürək dözər?

- Mənə olmasa da, buna köməyi dəyər, - Beri çiynindəki balaca küknarı göstərdi.

- A sağolmuş, bəyəm başa düşmürsən ki, sən ölsən, küknar da məhv olacaq? Nə üzə durmusan, vurdur da iynələrini.

- İynələr onu qurudar, görmürsən necə soluxur.

Beri ayaqlarını basdırdığı torpağa yenə su tökdü.

Tanımadığı bir adam otağa girib salam verdi. Beri onun salamını alıb, damağındakı siqareti göstərdi:

- Söndür onu, tüstüsü küknara ziyan vurar”.

Berinin övladı yoxdur, çiynindən boy göstərən körpə küknarı elə balası kimi bəsləyib əzizləyir. Hamı buna görə onu qınayır, kişinin üzü evdə də, çöldə də danlanır: bir ağac nə olan şeydir, meşələr küknarla doludur, barsız-bəhərsiz körpə fidan ucbatından sağ canı bada verməyə dəyərmi? Hərçənd Qudamağari meşələrində küknar bitmir, odur ki, bu ağacın bu dərədə günü xoş keçməyəcək, böyüyüb özünü tanıyandan sonra Mövlananın neyi kimi doğma meşəsindən ötrü nalə çəkib fəryad qoparacaq...

***

Beri bürkülü evdən eşiyə çıxıb ağaclar arasında gəzib-dolaşır, küknarı təmiz havaya verir. Əvvəl qoz bağında gəzinir, sonra fikirləşir ki, qozluğun havası ağırdır, fındıq bağında gəzmək daha faydalı olar. Yolda meşəbəyi rastına çıxır, Beriyə deyir bundansa kaş Tanrı sənə bir övlad yetirəydi; yox, ağac verəcəkdisə, canın cəhənnəmə, barı bir bar ağacı bitirəydi çiynində, gilasdan-zaddan...

Tamahından şirə daman meşəbəyinin cavabında Beri taleyindən gileyli olmadığını söyləyir. Gördüyündən göz kirəsi istəyən meşəbəyi yenə əl çəkmir: “Eşitmişəm küknar qozasından qursaq dərmanı düzəldirlər. Bu ağrı məni öldürdü, a kişi. Bizim meşələrdə də dərmanlıq bircə küknar tapmazsan, başdan-başa ya vələsdir, ya da palıd. Qardaşımsan, əgər qurumayıb bar gətirsə, qozasını heç kəsə vermə, mənə saxla, bəlkə bu ağrıya dərman oldu...”

Beri kolxoz idarəsinə gedib, küknar bitən yerlərdən birinə putyovka istəyir. Ümidi var ki, bir müddət küknar meşəsində qalsa, oraların havası çiynindəki ağacı qurumağa qoymaz. Kolxoz sədri ona boz üz göstərib iynələrini vurdurmağı məsləhət görür. Aydın məsələdir ki, Beriyə iynə vurulsa, çiynində bitmiş ağac quruyacaq. Körpə küknar nədənsə hamının yerini dar eləyir, heç kim bu görünməmiş möcüzəyə sevinmir.

Çarəsiz qalan Beri soraqlaşa-soraqlaşa Borjomiyə gedib çıxır. Onu dəli sayıb sanatoriyada, mehmanxanada yer vermirlər. Onda Beri küknarlıqda dəyə qurub gününü orada keçirir: “Bir həftə sonra küknar da yaxşılaşdı, dirildi, yaşıllaşdı. Ağac birdən-birə boy atdı, Beri küknar köklərinin sinəsində bir-birinə dolaşdığını duyurdu, ağacın budaqlarını üzünə toxundurub xoşhallanırdı. İndi o, küknarın səsini eşidir, fikirlərini duyurdu, ağacın başqa ağaclarla danışığını qanırdı. Berinin bədənində yuva qurmuş iki can bir-birinə dartınırdı. Bir ayın tamamında Berinin başından yuxarı qalxmış küknar öz qonaqlarını - quşları qarşılayırdı...”

***

Kəndə çatandan sonra Beri küknar meşəsinə məktub yazır. Bilinmir ki, bu məktub onun dilindən yazılıb, yoxsa çiynində bitmiş ağacın. Panteizm tanrısı bircə əməliyyatla fərdiyyəti aradan qaldırır, təkliyi çoxluğa, çoxluğu da heç gözləri açılmamış dərhal heçliyə çevirir; başqa sözlə, təklik çoxluğun gömüldüyü heçliyə dəfn olunur:

“Payızda Berinin ürəyinin ağrısı artdı. Gecələrin birində küknar köklərinin dizlərindən aşağı endiyini duydu. Ürəyi yaman darıxırdı. Aylı gecədə evdən çıxdı, bel götürüb meşəyə gedən yola üz qoydu...

Meşədə dərin xəndək qazıb içinə girdi, sonra ayaqlarının üstünə torpaq töküb eləcə durdu. Berinin axır hiss elədiyi iki canın bir-birinə axıb bütöv gövdəyə çevrilməsi, bu gövdənin öz nazik kökləriylə tezcə torpaqdan yapışması oldu.

Küknarınsa ilk duyduğu günəşin doğmasıydı”.

İnsan ömrünü ağaca bağışlayır, odur ki, iki canın vəhdəti uzun sürmür, bir can gövdədən aralanıb yerini ayrı cana verir. Materiya adam cildindən çıxıb ağac donuna düşür. İndi artıq estafet küknarındır. Ancaq bu da müvəqqəti, aldadıcı görüntüdür. Sabah o göyərən həmişəyaşıl budaqlar da quruyub çürüyəcək, yerində zəhərli ot-alaf, yaxud da kif göbələyi bitəcək. Paradoksal görünsə də, materiyanın yalnız bir diri, ölümsüz halı var - o da cansız, ölü halıdır. Zatən tərsinə yeriyən Şeytanın var olmayan varlığı (yəni əslində yoxluğu) başdan-ayağa paradoksdan, astar üzünə çevrilmiş məntiqdən ibarətdir.

***

Bəşəriyyət yeni minilliyə qədəm qoyandan Qoderzi Çoxeli də zamandan istefa verib, Gürcüstanın Kareli bölgəsindəki monastırlardan birinin durğunluğuna çəkilmişdi. Ola bilsin, daha bir minilliyi aşmağa xəyalının taqəti qalmamışdı, qarşısında duran nəhəng zaman dağının zirvəsinə boylanmağa özündə hünər, təpər tapmamışdı, fələyin zəhminə yenilmiş, yeni dövranda özünü qərib sanmışdı.

Onu yaxşı anlayıram, bu nəhs, qaramat duyğu bütün yaradıcı adamları zəhərli ilan kimi ara-sıra çalmaqdan şeytani bir zövq alır. O zəhər Qoderzinin beynini, görünür, elə iflic eləyib, onu o hala salıb ki, monastır toranlığında belə dinclik tapmayıb. Bir dəfə özünə qəsd eləməyə çalışsa da, təsadüfən üstünə düşüb xəstəxanaya çatdırıblar, həkimlər onu gerçək ölüm fərmanı gələnə qədər sağ saxlayıblar.

Əcəli özünü ona 53 yaşını tamamlayandan ayyarım sonra - 2007-ci ilin 16 noyabrında yetirib. Həmin gün Qoderzi Çoxeli çoxdan təşnəsi olduğu, bütün yaradıcılığıyla can atdığı mənbəyinə qovuşub, monastırda soraqladığı yoxluğu bir ağac gövdəsindəmi, bulanıq sel suyundamı, ayı kahasındamı, qartal yuvasındamı, kim bilir, haralarda, nəhayət, tapıb. Uzun sürən ağır xəstəlikdən sonra...

Uzun sürən xəstəlik! Bu sözlər meşəsindən cüda salınmış darıxan ağacların, qaynağından uzaqlara sürgün olunmuş sərgərdan çayların, kökündən qoparılmış yaralı qayaların, mənbəyinə yolu bağlanmış sürünən balıqların, yuvası viran qalmış didərgin qartalların, otlağı qurudulmuş ac maralların, oylağı süpürülmüş yuxulu ayıların pərişan hallarını necə də sərrast nişan alır. Belə pozuq, belə talan, ədalətdən, mərhəmətdən belə yoxsun dünyada süründürülən həyatın, əlbəttə, bir adı var - uzun sürən ağır xəstəlik!

F.Uğurlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Fevral 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın müharibə aparmaq imkanları tədricən zəifləyir

02 İyul 2026 08:06see588

Normal maarifləndirmə işi aparmağa qaneedici vasitələr yoxdur

03 İyul 2026 14:16see407

AAYDA ya məxsus bu idarələr ləğv olundu

02 İyul 2026 15:38see387

Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

03 İyul 2026 01:33see342

Azərbaycan Respublikası Prezidentinin 2006 cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

02 İyul 2026 16:18see288

Rusiya tam təhlükəsizdir təsəvvürünə artıq heç kim inanmaq istəmir

02 İyul 2026 08:31see245

Ürəyin ən böyük düşməni Yalnız bu amil ölüm riskini kəskin artırır

03 İyul 2026 01:42see210

İlham Namiq Kamalın oğlu məzun oldu

03 İyul 2026 01:20see198

Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib

03 İyul 2026 15:59see188

DÇ 2026 da bu gün hansı oyunlar var? TƏQVİM

02 İyul 2026 09:16see180

Güzəştlər sahibkarlara yeni imkanlar yaradır

02 İyul 2026 11:44see170

Məşhur Hollivud aktyorları İspaniyaya azarkeşlik ediblər FOTO

03 İyul 2026 01:54see169

Ronaldunun bacısı futbolçunun DÇ 2026 dan sonra millidə karyerasını bitirəcəyini deyib

03 İyul 2026 02:41see165

Kiyev bölgəsinə gecə hücumu: raketlər və dronlar zərbələri beş rayonda güclü dağıntılara səbəb olub

02 İyul 2026 07:48see162

Mədinə Babayeva Kəlbəcərdə dəfn olunub

03 İyul 2026 18:51see162

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

03 İyul 2026 07:01see161

Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir

03 İyul 2026 21:20see159

Xameneinin dəfnində Azərbaycandan iştirak edəcək nümayəndə heyəti MƏLUM OLDU

02 İyul 2026 19:25see157

DÇ 2026: İspaniya darmadağınla 1/8 finala adladı

03 İyul 2026 01:52see153

Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi

03 İyul 2026 01:56see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri