Icma.az
close
up
RU
Uzun sürən xəstəlik

Uzun sürən xəstəlik

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qoderzi Çoxelinin “Küknarlara məktub” hekayəsi haqqında

Otuz beş il bundan qabaq Bakının ən böyük kitab evində Moskvadakı “Molodaya qvardiya” nəşriyyatının qrifiylə çapdan çıxmış “Palalelepiped” adlı uzun ensiz formatlı bir kitab gördüm. Titul səhifəsində kitabın gənc sovet yazıçılarının eksperimental hekayələrindən ibarət toplu olduğu yazılmışdı. Yəqin kitabın tərtibatçıları Pikassonun əsərlərini də sənət eksperimenti saydıqlarından almanaxı illüstrasiya əvəzinə dünya şöhrətli sənətkarın rəsmləriylə bəzəmişdilər.

İlk reaksiyam kitabın mündəricatına baxıb orada doğma bir ad axtarmaq oldu. Bizim Moskva mühitinə ayaq açmış gənc yazıçılarımızdan heç kimin adını tapmadım. Qafqaz xalqlarından mündəricatda yalnız bir gürcünün adı vardı: Qoderzi Çoxeli. “Küknarlara məktub” hekayəsini də ilk dəfə elə o kitabdan oxudum. O gündən bu hekayə mənim yaddaşımın qızıl fonduna düşdü.

***

Üstündən çox ötməmiş yazıçı-tərcüməçi dostum Nəriman Əbdülrəhmanlını da tanıdım. Qaraçöplü Nəriman o vaxt Tiflisdən Bakıya yeni köçmüşdü, Gürcüstan ədəbi mühitinə, kino məktəbinə yaxşı bələdiydi. Nərimandan Qoderzinin kimliyini xəbər alanda məlum oldu ki, Çoxeli həm də ali təhsilli ssenarist, rejissordur, bir neçə qısametrajlı film çəkib, ancaq əsasən yazıçı kimi tanınır, Tbilisidə, Moskvada, Sofiyada, Berlində ona yaxın kitabı çıxıb; məni heyrətləndirən hekayəsi isə aldığım almanaxda çap olunandan on il əvvəl yazılıb, hekayənin adı müəllifin Moskvada işıq üzü görmüş kitabına da verilib; küknarlara yazılmış məktub ötən müddətdə təqribən otuz ölkədə özünə yeni-yeni ünvanlar tapıb.

Sonralar Nəriman Əbdülrəhmanlı Qoderzi Çoxeli ilə görüşlərini, söhbətlərini, ona bağlı xatirələrini bir yazıya toplayıb dərc elətdi, “Bu dünyada ruh kimi yaşayan adam” başlıqlı bu yazı-müsahibə ön söz yerinə müəllifin 2006-cı ildə işıq üzünə çıxarılmış “Küknarlara məktub” (çevirənlər: Tofiq Mirzə, Nəriman Əbdülrəhmanlı) kitabına da salındı. Kitabda Çoxelinin iyirmidən artıq hekayəsi, iki kiçik roman-pritçası yer alıb. Ancaq buna qədər yazı-müsahibənin bir qismi, yəni erkən variantı məşhur hekayənin təqdimatı kimi “Xəzər” jurnalında da dərc olunubmuş. Nəriman bu barədə belə yazır:

“Nədənsə çevirməyə “Küknarlara məktub” hekayəsindən başlamışdıq. Sonra bildik ki, həmin hekayə artıq nəinki gürcü, bütövlükdə çağdaş sovet nəsrinin klassik əsərləri sırasına salınıb. Bu da təsadüf idimi, nəydisə, hekayənin ilk naşiri şair Vaqif Bayatlı Odər oldu. Onda baş redaktoru olduğu “Xəzər” dərgisinin ilk nömrəsini hazırlayırdı. Qoderziylə söhbətimi və hekayəni elə sahildəki çayxanadaca oxuyub üçcə kəlmə söz dedi: “Bu kimdirsə, fenomendir!”

O, “fenomen kimsənin” əsərlərində təsvir elədiyi Qudamağari vadisinin Çoxi kəndində doğulduğunu, Şota Rustaveli adına Tbilisi Dövlət Teatr İnstitutunun kinorejissorluq fakültəsini, məşhur sənətçi Lana Qoqoberidzenin emalatxanasını bitirdiyini, iki kitabın müəllifi, bir neçə qısametrajlı bədii filmin rejissoru olduğunu oxuculara çatdırmağı da lazım bildi... Hekayə də, söhbət də “Xəzər” toplusunun 1990-cı il 2-ci sayında çap olundu və az qala ilin ədəbi hadisəsi kimi qarşılandı. Oxucular bu vaxtacan tanımadıqları yazıçını ilk təmasdanca sevdilər, başqa əsərlərini intizarla gözlədilər”.

***

Qoderzi Çoxelinin əsərlərini mənə sevdirən onlardakı dərin panteizm ruhu, qəhrəmanların təbiətə ibtidai sitayişi, təbiətlə öz valideyni kimi ərkyana davranışı, personajların heç bir fəlsəfi təlimin, dini təriqətin bələdçiliyinə ehtiyac duymadan öz ilkinliyinə, saflığına, mənbəyinə can atması, müəllifin insanla təbiət, subyektlə obyekt, yaranmışla yaradan, cüzvlə küll arasından sərhədləri ehmalca, ustufca, ağılı-dərrakəni köməyə çağırmadan götürməsidir. Təbiətdən cəmiyyətə, cəmiyyətdən təbiətə belə rahat, belə yumşaq, belə hamar keçidə az-az qələm adamının əsərində rast gəlinər.

Panteizm duyğusunun itilənməsində onu boya-başa çatdırmış torpaqların, o torpaqlardan cücərib bar vermiş insanların, yazıçının uşaqlıq xatirələrini tozlandıran yerlərin rolu hər amildən öndədir. Çoxelinin danışdığı hekayətlər çağdaş dövrün nağılı, dastanı, əsatiri kimi oxunur, elə bil bu hekayələri tarixdən əvvəlki dövrün anonim müəllifi, yaxud kitab-dəftərdən uzaq, hərf tanımayan avam, savadsız bir nağılçı söyləyir. Nəriman Əbdülrəhmanlının müsahibəsindən:

“- Qoderzi, necə oldu ki, yazmağa başladın?

Üz-gözündə təəccüb ifadəsi dolaşır, başını bulayıb astadan gülür:

- Sən, qardaş, görünür, Qudamağari vadisində, biz tərəflərdə olmamısan, yoxsa bu sualı verməzdin. Sözün düzü, nə vaxt yazmağa başladığımı, məni yazı-pozuya sarı nə dartdığını indi düz-əməlli xatırlamıram. Uşaqlıqdan kəndimizdə, gözümün qabağında elə əhvalatlar baş verirdi ki, gördüm kağıza köçürməsəm olmaz. Əvvəllər yazdığım mənasız görünürdü, özümdən utanır, əlyazmalarımı ağlagəlməz yerlərdə gizlədirdim. Sonra baxdım ki, o əhvalatlar, hadisələr məni gecə-gündüz rahat buraxmır, yazmasam, boğazımdan çörək-su keçmir.

- Sənin hekayələrinin qəhrəmanları qeyri-adi adamlardır, oxucunun alışdığı obrazlara heç oxşamırlar: birinin çiynində küknar bitir, o biri marala, digəri balığa çevrilir, dördüncüsü qartalın caynağında uçur...

- Yəqin sən də çoxları kimi burada mifoloji köklərdən söhbət açacaqsan. Nə bilim, bəlkə də bu, adamları o cür görmək arzumdan irəli gəlib. Amma məndə bir inam var ki, insanla təbiət ayrılmazdır, insan özünə təlqin eləsə, marala da, balığa da, hətta küknara da çevrilə bilər. İnsanı insan, balığı balıq eləyən ruhdur...”

***

Mən bilmirəm Qoderzi Çoxelinin nə qədər geniş mütaliəsi olub, iyirminci əsr dünya nəsrinin aparıcı imzalarını, məsələn, Uilyam Folkneri nə dərəcədə tanıyıb. Ancaq mən onu elə həmin Folknerə yaxınlaşdıran, doğmalaşdıran xeyli cəhət sezmişəm. Söhbət yalnız Yoknapatofanın gürcü versiyasını yaratmaqdan getmir - Yoknapatofa sakinləri dünyanı, bəşəriyyəti bu əyalətin, burada yaşayan əhalinin timsalında tanıdıqları, qavradıqları kimi, Çoxelinin personajları da Qudamağari vadisindən qırağa çıxmırlar, onların dünyası da bu dərənin çayları, meşələri, dağları-daşlarıdır. Bunlar öz yerində, mən ayrı bənzərlikdən, ayrı doğmalıqdan danışıram. Folknerin “Ayı” povestinin ardınca Çoxelinin “Yabanı gül dəstəsi” hekayəsini oxuyan kəs nə demək istədiyimi duyar.

Folknerin ayısı yaşadığı meşənin ağası, təbiətin qüdrət əliylə yaranmış amansız cəngavər olsa da, əlinə fürsət düşəndə adam ətinə diş batırmayan, yeri gələndə meşədə azmış nabələd uşağa yol göstərən ağayana bir centlmendir. Bu məsələdə Çoxelinin ayısı da ondan geri qalan deyil, bu ayı ömründə nəvaziş görməmiş, bircə yol gül bağışlanmamış cəfakeş kəndli qadına bir dəstə yabanı çiçək gətirir, di gəl, zalım insanlar Folknerin mərd, vüqarlı qoca Beni kimi onun da axırına çıxırlar:

“Pəncərədən onların evinin qabağında dal ayaqlarının üstünə qalxmış ayı görünürdü, qabaq ayaqlarıyla iri yabanı gül dəstəsi tutub bərk-bərk sinəsinə sıxmışdı, qəmli-qəmli evə baxırdı. Güllə açıldı, arvad ayının necə silkələndiyini, sonra necə yıxıldığını aydınca gördü. Amma elə yıxıldı ki, yabanı gül dəstəsini buraxmadı, sinəsinə daha da bərk sıxıb eləcə öldü.

Çiçəkləri ondan zorla qopardılar.

Aradan xeyli vaxt keçəndən sonra, qocalıb qarıyanda Msarianın arvadı ürək ağrısıyla xatırladı ki, o yabanı güllərdən başqa ona çiçək bağışlayan olmayıb”.

***

“Yaddaş çayı” hekayəsində dağ kəndinə körpə ağaclar satmağa gəlmiş kimsəsiz kişi armud tingləriylə eynən öz balalarıyla danışırmış kimi söhbətləşir:

“Kişi isə oturub, sellofana bükülmüş armud tinglərini bir-bir açır, onları qadınlar ilk övladlarını soyuqdan qoruyan sayaq sığallayırdı. Hamısını bircə-bircə yerə sərdiyi cındırın üstünə düzüb, öyüd verirmiş kimi danışırdı:

- Di özün bilərsən, məni utandırma, artıq böyümüsən, özünü əsl kişi kimi aparmalısan. Düzdür, buralarda qış soyuq keçir, amma heç nə olmaz, öyrəşəndən sonra çətinlik çəkməzsiniz. Əvəzində buranın torpağı qüvvətlidir, səni yerə basıranda birdən çox su içmə ha!

- Sənin canın-cəsədin bir az zəifdir. Ta bərkiməmiş çox məhsul vermə.

- Hə, sən nə təhərsən, ay dəcəl, məni bura camaatının içində utandırma ha, eşidirsən? Özün bilirsən, bu dağ camaatı birtəhər olur.

- Sən niyə bükülmüsən, olmaya qorxursan, hay? Fikir çəkmə, özüm tez-tez gəlib yoxlayacağam, onların ümidinə qoymaram sizi. Payızda çalışın yarpaqlarınızı tez tökəsiniz, yoxsa bura elə qar yağır ki... Yarpaqlarınıza yağdımı, Allah göstərməsin!

- Bıy, bir buna bax, yoxsa qurumağa indidən başlamısan? Tez ol kökünü aç görüm! Bax belə, bu cür yaxşı deyilmi, ay sağolmuş, hay? Qoçaq ol, qoçaq ol, yoxsa...

- Sən də bəri başdan küsməyin başını burax, yaxın gəl. Hələ sənə belə budaqlar lazım deyil. Burada yatan ayılar olur. Çalış qol-budaq atanacan boyunu uzat, sonra yoğunla. Onda nə ayı güc gələcək sənə, nə də maral”.

Kişi alıcılara qiymət oxumur, tingləri, demək olar, müftə verir, istədiyi budur ki, onun ağacları ölkənin hər küncündə çiçəkləyib bar versin. Ting alanlara bircə şərt qoyur: “Ağacları mən özüm əkəcəyəm. Onları övladlarım kimi böyütmüşəm, nə bilim siz mənim körpələrimi necə basdıracaqsınız. Sizə əziyyət verməsəm, bir-iki həftə qalıb armudlara özüm baxardım. Bunlar özgə torpağa yavaş-yavaş alışmalıdırlar, yoxsa qəribsəyərlər”.

F.Uğurlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Fevral 2025 08:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see134

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see133

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see133

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see132

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see130

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see129

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see124

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see121

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see121

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see118

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see118

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see117

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see117

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see115

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see114

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see113

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see112

Heydər Əliyev Mərkəzinin parkında gəzinti istirahət və incəsənət gözəlliyini seyr etmək üçün sevilən məkan FOTO

13 Aprel 2025 11:33see111

Kişilərin uğur qazanmasına mane olan 6 VƏRDİŞ

13 Aprel 2025 10:19see108

ABŞ da göyərtəsində 6 nəfərin olduğu təyyarə qəzaya uğrayıb

13 Aprel 2025 08:23see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri