Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Zülmət səltənətində nur və inam

Zülmət səltənətində nur və inam

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Ölülər" tragikomediyası böyük yazıçı Mirzə Cəlilın şah əsərlərindən biri, bəlkə də birincisidir. Mövzu aktuallığı, ideya-məzmun zənginliyi ilə seçilən bu bədii sənət nümunəsi hələ yarandığı dövrdə böyük rezonans doğurub və yüz ildən çoxdur ki, nəinki ölkəmizdə, eləcə də ,sərhədlərimizdən kənarda şöhrət tapmış, teatrların repertuarlarının aparıcı tamaşası kimi tamaşaçı marağında olub. Bu dəyərlı, kamil tragikomediyanın ilk tamaşasından üzü bəri görkəmlı sənət adamları, ədəbiyyatçıları əsər barədə xoş sözlər deyib, onu dramaturgiyada ədəbi hadisə kimi qeyd edib yüksək dəyərləndirib. Əsərlə tanışlıqdan məmnunluğunu ifadə edən və " Ölülərin hər bir təbəssümündən acı bir fəryad qopur." - deyən, dahi sair- dramaturq H. Cavid zülmət səltənətinə bir nur tək işıq saçıb onu aydınlatmağa çalışan baş qəhrəman barədə söyləyib: "İsgəndər məhz tragikomik surət olduğundan, yalan və riya, nadanlıq və cəhalət aləminin bütün dəhşətini ortaya çıxara bilir, digər tərəfdən, məhz buna görə də İsgəndər surəti mühitə, cəmiyyətə təsir göstərə bilir, onu tərpədir, təlatumə gətirir. Əsas məqsəd də bundan ibarətdir."

Bəli, C. Məmməduluzadənin böyük ürək ağrısıyla, könül dağıyla qələmə aldığı" Ölülər" əsəri həyati, son dərəcə təsirli və bu təsirin şüurlara nüfuz edən gücə malik olduğu bir tragikomediyadir. Elə bu səbəbdəndir ki, hansı teatr səhnəsində olursa -olsun tamaşaçı marağına səbəb olub, həyəcanla izlənilib.

"Ölülər" Naxçıvan teatr səhnəsində də müxtəlif illərdə, ayrı- ayrı rejissorlar tərəfindən dəfələrlə tamaşaya qoyulub, hər dəfə də geniş tamaşaçı kütləsi ilə müşaiyət olunub. Bu dəfə isə bu kamıl əsər teatrın direktoru, gənc və istedadlı rejissor Mir Qabil Əkbərovun yozumunda səhnə həllini tapıb. İnsafla desək, tamaşa uğulu və mükəmməl alınıb. Rejisor mövzu və ideyaya uyğun müasir çalarlar qatmaqla tamaşanın məzmun rəngarəngliyini artırıb, cəhalət girdabında çalxalanan mühitdə nurun ziyası ilə zülmətin aydınlanmasına nail olub. Bu, səhnə tərtibatında yer alan mizanlar, hadisələrin cərəyan etdiyi mühitə münasib detallar, rəngarəng çalarlar, bir az da fəlsəfi məzmun kəsb edən incə nüanslar tamaşanın maraqlı olması, ideyanın aşılanmasına xidmət etməsi baxımından diqqət çəkir.
Tamaşa, satirik şair Mirzə Ələkbər Sabirin "Millət necə tarac olur-olsun, nə işim var? Düşmənlərə möhtac olur-olsun, nə işim var?" şeiri ilə başlayır və tamaşanın süjet xətti ilə əlaqəli olaraq insanın mənəvi vəziyyətinə, azadlıq və qorxu arasındakı mürəkkəb əlaqələrə dair dərin suallar ortaya qoyur. Tamaşanın mərkəzində Şeyx Nəsrullah kimi avamlıqdan istifadə edən şəxslərin cəmiyyətə və insanlara necə təsir etdiyi durur.

Rejissor Mir Qabil Əkbərovun quruluşunda səhnə həllini tapan tamaşa, aktyor seçimi, səhnə quruluşu və digər xüsusiyyətlərinə görə tamaşaçıları düşündürür, ibrət almağa və həyati dərsləri qəbul etməyə dəvət edir. Camaatın cahilliyindən istifadə edərək və dini əlində bəhanə tutaraq məzlumların başına müsibətlər gətirən fırıldaqçı Şeyx Nəsrullah, onun köməkçisi Şeyx Əhməd cəmiyyətin bütün rəzilliklərini görən və onların səbəblərini anlayan kefli İsgəndər, “ölü dirilərmi? şübhəsində çaşbaş qalmış Hacı Həsən ağa “Ölülər” pyesinin bədii personajlarıdır. Camaatın cahilliyini, avamlığını, elmsizliyini və mərifətsizliyi tənqid edilən pyesdə Kefli İsgəndər fırıldaqçı Şeyx Nəsrullaha qarşı qoyulur.. Şeyx Nəsrullah (Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Səməd Canbaxşıyev ) xalqın gözlərini pərdə ilə bağlayan, yalnız öz maraqlarını güdən bir obrazın mənfi eyiblərini real performansları ilə ortaya qoyur. Eyni zamanda, bütün obrazların üzərinə güldürməkdən çox, düşündürmək kimi vəzifə düşür.

Rejissor Mir Qabil Əkbərovun tamaşa haqqında fikirləri: “səhnə tərtibatında "giriş qadağandır" nişanı olan üsuldan da istifadə olunub. Bu insanın cəmiyyətə olan bağlarını, xislətini və azadlıq ehtiyacını simvolik olaraq təqdim edir. Pilləkənlərin yüksəlməsi və İsgəndərin monoloqu, insanın iç dünyasında yaranan mənəvi və əxlaqi yüksəlişi təmsil edir. Bu səhnələr tamaşanın əsas xətti olan yalan və qorxu arasındakı əlaqələri açıq şəkildə nümayiş etdirir.”

"Ölülər"tamaşası gənc aktyor Məmməd Məmmədovun-İsgəndərin qəbiristanlıqda ölülərlə ünsiyyət quraraq onlara "Yatın, durmayın" deməsi ilə tamamlanır. Bu, simvolik olaraq insanın içindəki qorxunu təmsil edir. Təəssüf ki, cəmiyyətin mənəvi inkişafı hələ də yalan və qorxularla səciyyələnir. Tamaşada Kefli İsgəndər fırıldaqçı Şeyx Nəsrullaha qarşı qoyulur. Aktyor inandırıcı və təsirli bir obraz yaratmaqla tamaşaçını düşünməyə vadar edir. İsgəndər daim sərxoşdur. Bu isə qəddar mühitin təzyiqi altında duyduğu dərdin çoxluğundan və ağırlığındandır. Saf və ağıllı bir varlığın sərxoşluğa mübtəla olması təbii ki, faciədir. O, öz hərəkətləri və sözləri ilə dini riyakarlığı, cəhaləti tənqid edir.Tamaşanın üstünlüyü ondadır ki, tamaşa köhnə dünynın çürüməkdə olduğunu göstərməklə bərabər, tamaşaçıda köhnəliyə, mövhumata ,cəhalətə nifrət hissi yaradır, şüurunu oyadır və onu hərəkət etməyə çağırır.

Mir Qabil Əkbərovun qeyri-adi rejissorluğu ilə hazırlanan tamaşada surrealizm, dadaizm, absurd və başqa üslubların birləşməsindən istifadə olunub. Tamaşanın uğuru, onun həm vizual, həm də məzmun baxımından mükəmməl bir şəkildə təzahür etməsi ilə daha da artır. Bu əsər yalnız bir teatr tamaşası olmaqla qalmır, eyni zamanda ,cəmiyyətə öz əxlaqi və sosial məsuliyyətini düşünməyə dəvət edən bir çağırışdır. Rejissor üslubu və aktyorların performansları, tamaşanın ideya və məğzi ilə birləşərək tamaşaçılara dərin təsir bağışlayır. Xalq artistləri Rza Xudiyevin yaratdığı Hacı Həsən,Yasəmən Ramazanovanın canlandırdığı Kərbəlayi Fatma xanım obrazları özünəməxsusluğu, peşəkar ,usta oyunçuluğu ilə tamaşaçı yaddaşında iz buraxır. Digər aktyorların da istedad və zəhməti danılmazdır.

Səhnə quruluşunda iki qapının olması rejissor yozumunda insan gözü mənasında verilib. İnsanlar dövrün tələb və təzadları qarşısında gözləri bağlıdır. Rejissor İsgəndərin pilləkənlə yuxarı qalxmaq istəyi və “giriş qadağandır” nişanı ilə qarşılaşması vasitəsilə ilə də insanın azadlıq, özünü tapma və cəmiyyətdəki maneələrlə qarşılaşma prosesini xarakterizə edir. Bu nişan bir növ həyatın mübarizəsini, bəzən əngəlləri və qalxmaq istəyimizin qarşısındakı gözləntiləri göstərir.

Qapıların arxasından süzülən işığın da öz mənası var. Şeyx Nəsrullahın gəlişindən sonra həmin qapıların qarşısına pərdə düşür və işığın qarşısını kəsir. Qoymur nur gəlsin .Yəni o tip-Şeyx Nəsrullah kimi insanlar gözdən pərdə asırlar. İsgəndər isə qəbiristanlıqdakı monoloqu ilə o pərdəni qaldırır. Qəbir daşlarının arxa planda olması və yazılı parçaların simvolizmi çox təsirlidir. Bu parçalar qədim zamanlardan qalma və toz basmış bir vəziyyətdədir – yəni, keçmişin qalıqları, unutduğumuz və ya bizə yüklənən cəmiyyətin qaydalarıdır. Hər bir parça insanın həyatında bir nəsnəyə, bir fikrə və ya bir qadağaya işarə edir.İsgəndər keçmişin tozlu parçalarından azad olmağa çalışsa da, amma cəmiyyət yenidən onu öz köhnə vəziyyətinə çəkməyə davam edir. İnsanlar bu parçaları toplayıb yenidən üstünə atır, çünki onlardan qurtulmaq çətindir, hər dəfə keçmişin yükünü daşımağa məcbur qalırlar. Pilləkənlə qalxmaq istəyindəki maneə isə insanın şəxsi inkişafı və cəmiyyətin ona qoyduğu sərhədlər arasındakı mübarizəni nümayiş etdirir.

Akademik İsa Həbibbəylinin sözləri ilə desək, “Ölülər”dəki komizm bir xalqın taleyi ilə bağlı olan dərin ictimai uyğunsuzluğun, ölü şüurla ağıl, mənəvi korluqla gözüaçıqlıq, ifrat xurafat və fanatizmlə sağlam düşüncə, həqiqətlə mistika arasındakı dərin, barışmaz ziddiyyətin məhsuludur.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Dğvlət Akademik Milli Dram Teatrınını təkilatçılığı ilə reallaşan "Bölgə teatrlarının Bakı premyerası" layihəsinin sonuncu qonağı da Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi olub. Fevralın 10-da, böyük Mirzə Cəlilin doğum gününə təsadüf edən bir gündə Akademik Milli Dram Teatrının səhnəsində Naxçıvan teatrı, rejissor Mir Qabil Əkbərovun quruluş verdiyi "Ölülər" tragikomediyası ilə tamaşaçılar qarşısına çıxıb. Əsərin uğurlu təqdimatı tamaşaçılar və teatr ictimaiyyəti tərəfindən maraqla qarşılanıb, yaxşı fikirlər söylənilib.

Layihənin yekununda Naxçıvan Dövlət Milli Dram Teatrı uğurlu çıxışına görə Akademik Milli Dram Teatrı adından xüsusi diplomla təltif edilib. Biz də teatrın yaradıcı kollektivinə sənət uğurları arzulayırıq.

Adilə Səfərova
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi
teatrşünas

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://adalet.az
archiveBu xəbər 24 Fevral 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see519

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see490

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see302

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see281

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see275

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see270

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see264

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see263

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see261

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see256

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see237

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see235

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see233

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see231

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see226

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see214

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see210

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see208

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri