Icma.az
close
up
RU
Vacib missiyanı yerinə yetirənlər...

Vacib missiyanı yerinə yetirənlər...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dənizçilərin peşə bayramıdır

“Dənizçi dənizin dilini anlayar, dəniz isə dənizçinin kədərini, təkliyini alar”- deyiblər. Adətən dənizçi olmağı darıxmaq sözünə sinonim sayırlar. Belə ki, günlərlə, həftələrlə, bəlkə də aylarla su yolçuluğu edən dənizçilər bəzən su kimi sakit, bəzən dəniz kimi coşqunluqları ilə də seçilirlər. Ona görə də çətin və şərəfli peşə sahibləri sırasında dənizçilərin adı xüsusilə vurğulanmalıdır. Məhz bu sahənin vacibliyini nəzərə alan İMO (Beynəlxalq Dəniz Təşkilatı) 2011-ci ildən başlayaraq hər il 25 iyun tarixinin Dünya Dənizçilər Günü kimi qeyd olunması təklifini irəli sürüb.

Günlərlə ailə üzvlərindən, sevdiklərindən uzaq olan mavi suların yolçuları dünya  iqtisadiyyatının inkişafında da böyük rol oynayırlar. Belə ki, dünya ticarətinin təxminən 90 faizi dəniz vasitəsilə həyata keçirilir. Yəni geyimimizdən tutmuş, məişətdə istifadə etdiyimiz elektron əşyalara, hətta çörəyin hazırlanması üçün lazım olan taxıla qədər demək olar ki, əksər zəruri tələbat malları ünvanlarına gəmilərlə daşınır. Təbii ki, təlatümlü dənizləri, okeanları aşan gəmiləri idarə edən dənizçilər bu mənada böyük zəhmət çəkirlər - vacib bir missiyanı yerinə yetirirlər.

Amerikanı kəşf edən...

Dünya Dənizçilər Günündən danışarkən həyat hekayələri uzun əfsanə və nağıllar subyekti olan dənizçilərdən də söhbət açmaq yerinə düşərdi. Bu zaman sual yaranır: Dünyanın ən məşhur dənizçisi kimdir? Yəqin ki, ən məşhur dənizçilər sırasında Xristofor Kolumbun adını çəksək, yanılmarıq. Bu dünyaşöhrətli səyyah və dənizçi geniş coğrafi biliklərə sahib idi. O, dənizçilik işində böyük təcrübə toplayaraq, Yerin kürə formasında olduğu fikrini dəstəkləyib. Həmin dövrlərdə dənizçilər İspaniya və Portuqaliya, Hindistana və Çinə yeni dəniz yolu tapmaq uğrunda rəqabət aparırdılar. Kolumb bununla bağlı layihəsini Portuqaliya Kralı II Juana təqdim edir. Kral bu layihəni qəbul etmədiyindən Kolumb 1484-cü ildə Portuqaliyanın rəqibi olan İspaniyaya köçür. İspaniya kraliçası İzabella isə bu layihəni bəyənir. 1492-ci il oktyabrın 12-də Baham adalarından biri olan San-Salvador, oktyabrın 29-da Kuba, dekabrın 6-da Haiti adaları kəşf edilir. “Santa Mariya” gəmisinin qəzaya uğraması səbəbindən 1493-cü ildə geri qayıdan Kolumba kraliça tərəfindən “Baş okean admiral”ı rütbəsi verilir.

Ceyms Kuk da məşhur dənizçi - səyyahlardandır. Nökər ailəsində dünyaya göz açan Kuk 18 yaşında ikən yaxın məsafələrə üzən gəmiyə işə düzəlməklə həyatını dənizə bağlayır. Fransa ilə İngiltərə arasında yeddiillik müharibədə bacarığı ilə seçilən ingilis səyyah 1759-cu ildə zabit rütbəsi alır, gəmi ilə Hollandiya, Norveç və digər ölkələrə səfər edir. Böyük elmi nəticələr verən üç dünya səyahəti edən Kukun ən uğurlu səyahəti ilk ekspedisiyası olur. Sözügedən ekspedisiyada səyyahın qarşısına qoyulan əsas məqsəd “Naməlum Cənub” torpağını tapmaq olur. Beləliklə, ilk dəfə sübut edilir ki, Yeni Zellandiya cənub materikinin bir hissəsi olmayan və boğazla iki yerə ayrılan adalardan ibarətdir. Daha sonra Avstraliyanın şərq sahillərini mənimsəyib xəritəyə köçürən Ceyms Kuk ilk dəfə onun ayrıca bir materik olduğu fikrini irəli sürür və onu sübut edir.

Ferdinand Magellan isə Yer kürəsinin ətrafına ilk dövrə vuran dənizçi hesab olunur. Lakin Magellan dünya ətrafına ilk səyahətini başa çatdırmamış dünyadan köçür. Səfər bask dənizçisi Xuan Sebastyan de Elkano tərəfindən uğurla başa çatdırılır. 15-16-cı əsrlərdə İspaniya və Portuqaliya arasında torpaqların ələ keçirilməsi və yeni dəniz yollarının inkişafı uğrunda fəal rəqabət mübarizəsi gedirdi. 1505-1513-cü illərdə Magellan dəniz döyüşlərində iştirak edərək cəsur döyüşçü olduğunu da sübut edir. Bu keyfiyyətlərinə görə o, dəniz kapitanı rütbəsinə layiq görülüb.

Azərbaycanda dənizçilik inkişaf edir...

Mavi Xəzərin qoynunda yerləşən Azərbaycanda da dəniz nəqliyyatı bütün zamanlarda öz əhəmiyyəti ilə seçilib. Müstəqillik qazandıqdan sonra, xüsusən son illərdə respublikamızda dəniz nəqliyyatının inkişafına daha böyük dəstək və qayğı göstərilir. Dənizin həm strateji, həm siyasi, həm də iqtisadi cəhətdən həyatımızdakı rolu çox böyükdür. “Dənizçi Günü” ölkəmizdə də qeyd olunur - 2014-cü il iyunun 19-da Prezident İlham Əliyevin Sərəncamı ilə ölkədə - “Dənizçi günü” peşə bayramı təsis olunub.

Yeganə BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 İyun 2025 08:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri