Vadar Nuriyev: Bizim üçün finala bərabər görüş idi
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Araz-Naxçıvan”nın məşqçisi Vadar Nuriyev Premyer Liqanın 27-cı turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyəti belə şərh edib:
"Oyuna yaxşı hazırlaşmışdıq və qələbə qazanmaq istəyirdik. Bizim üçün finala bərabər görüş idi. "Neftçi" birinci hissədə yaxşı oynadı. İkinci hissədə əvəzetmələrdən sonra oyunumuzu düzəltdik, bunun nəticəsi olaraq qol da vurduq. Cinah futbolçularımız olmadığına görə, meydanda yerdəyişmə etmişdik. Bu da müəyyən çətinlik yaratdı.
Qarşıda 6 oyunumuz var. Turnir cədvəlində dəyişiklik mümkündür. Futbolda əvvəlcədən heç nəyi dəqiq demək olmur. Mümkündür ki, bizdən üst sıralarda yer alan rəqiblər xallar itirsin, biz qələbə qazanıb yuxarı pillələrə qalxaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 11 Aprel 2026 22:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















