Icma.az
close
up
RU
Anatoli Nuriyev: “Bu, bizim üçün psixoloji baxımdan ağır oldu” MÜSAHİBƏ

Anatoli Nuriyev: “Bu, bizim üçün psixoloji baxımdan ağır oldu” MÜSAHİBƏ

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Sabah”ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin Futbolinfo.az-a müsahibəsi

– “İmişli”yə 0:1 hesabı ilə məğlub oldunuz. Bu oyun barədə fikirləriniz necədir?

– Çətin rəqib idi, ağır oyun oldu. Biz topa nəzarət edirdik, amma qol vurmaq alınmadı. Əksinə, bizə qol vurdular və bundan sonra artıq heç nə edə bilmədik. Açığı, qol epizodları yaratmaq baxımından da az imkanımız oldu.

– 2 oyuna 3 xal necə nəticədir?

– 3 turdan sonra (bir matç təxirə salınıb – red.) 3 xal nəticə baxımından o qədər də yaxşı deyil, amma hələ çempionatın əvvəlidir. Növbəti oyunlara yaxşı hazırlaşıb xal ehtiyatımızı artırmağa çalışacağıq.

– Milli fasilədən maksimum yararlanmaq mümkün olacaq?

– Mən yığmaya gedəcəyəm. Bu da müəyyən çətinliklər yaradır, çünki komanda ilə birlikdə hazırlıq keçmək olmur.

– Yığmanın Ukrayna və İslandiya ilə toplanışına dəvət olunmusunuz. Bu rəqiblər barədə fikirləriniz də maraqlıdır.

– Təbii ki, baş məşqçi mənə inanıb, dəvət göndərib. Mən də əlimdən gələni etməyə çalışacağam ki, komandam üçün faydalı olum. Yığmaya kömək etmək istəyirəm.

– Ukrayna əsilli oyunçusunuz. Bu ölkənin yığması barədə nə qədər məlumatlısınız?

– Düzü, bəzi oyunçuları tanıyıram. Amma bu, futboldur. Toplanış müddətində baş məşqçimiz ilə rəqibləri daha yaxından analiz edəcəyik. Hələlik bu qədər deyə bilərəm.

– “Sabah”ın avrokuboklarda mübarizəni erkən dayandırması sizə psixoloji olaraq necə təsir edib?

– Bu, bizim üçün psixoloji baxımdan ağır oldu. Çünki biz avrokuboklarda çıxışımızı davam etdirmək istəyirdik, amma alınmadı. Önümüzə baxacağıq.

– Fasilədən sonra ilk sınağınız “Neftçi”yə qarşıdır. Bu rəqiblə görüşləriniz hər zaman dinamik keçir. Hansı motivasiya ilə hazırlaşacaqsınız?

– Bəli, millinin toplanışından sonra bu oyuna hazırlaşacağıq. İndi 3 günlük istirahətimiz var, bundan sonra isə məşqlərə başlayacağıq. Hansı hazırlıq planının olacağını artıq baş məşqçi müəyyənləşdirəcək.

– Yeni komandaların çempionata qoşulması ümumi səviyyəyə necə təsir edib?

– Məncə, ümumi səviyyə yüksəlib. İndi yaxşı komandalar çoxalıb və düşünürəm ki, bu mövsüm çempionat daha maraqlı olacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 01 Sentyabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri