Icma.az
close
up
RU
Vahid Ələkbərov Bakıdakı YDM ləri kimə satıb ABŞ dan yeni qərar

Vahid Ələkbərov Bakıdakı YDM ləri kimə satıb ABŞ dan yeni qərar

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Vahid Ələkbərovun “Lukoil”unun xarici aktivlərinin satış prosesinə daha bir ay vaxt verib.

Turkustan.az Rusiya mediasına istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) danışıqlara və şərti müqavilələrin bağlanmasına imkan verən lisenziyanın müddətini avqustun 22-dən sentyabrın 19-dək uzadıb. Lakin bu, aktivlərin həmin tarixədək avtomatik satılması demək deyil: yekun sövdələşmə üçün OFAC-ın ayrıca icazəsi tələb olunur.

“Lukoil”un belə vəziyyətə düşməsinin əsas səbəbi ABŞ-ın 22 oktyabr 2025-ci ildə şirkətə qarşı geniş sanksiyalar tətbiq etməsidir. Vaşinqton bu addımı Rusiyanın enerji sektoruna təzyiqi artırmaq və Moskvanın müharibəni maliyyələşdirmək imkanlarını azaltmaq məqsədi ilə atıb. Sanksiyalardan sonra “Lukoil” xarici aktivlərini satmaq məcburiyyətində qaldı. Şirkətin əvvəlcə “Gunvor”un təklifini qəbul etdiyi bildirilirdi, lakin ABŞ Maliyyə Nazirliyi bu sövdələşməyə razılıq vermədi.

2026-cı ilin yanvarında isə “Lukoil” ABŞ-ın investisiya şirkəti "Carlyle" ilə "Lukoil International"ın satışı barədə razılığa gəldi. Bu qurum şirkətin Rusiyadan kənardakı aktivlərinin böyük hissəsini idarə edir. Paketə müxtəlif ölkələrdə neft-qaz layihələri, emal müəssisələri və 2 mindən çox yanacaqdoldurma məntəqəsi daxildir. Aktivlərin ümumi dəyəri bazar qiymətləndirmələrində təxminən 22 milyard dollar göstərilir.

Məsələ Azərbaycan üçün də maraqlıdır. “Lukoil” yanvar ayında xarici aktivlərini idarə edən Lukoil International GmbH-nin 100 faizinin ABŞ-ın “Carlyle” investisiya şirkətinə satışı barədə razılaşma imzalayıb. Paketə müxtəlif ölkələrdəki neft-qaz layihələri, emal müəssisələri və təxminən 20 ölkədə 2,4 min yanacaqdoldurma məntəqəsi daxildir. Reuters bu beynəlxalq aktivlərin ümumi dəyərini təxminən 22 milyard dollar qiymətləndirib.

“Lukoil”un Azərbaycandakı YDM şəbəkəsinin də bu prosesdə taleyi qeyri-müəyyən olaraq qalır. Fevralda yayılan məlumatlarda Bakıdakı “zapravkaların” artıq azərbaycanlı varlı şəxslərdən birinə satıldığı barədə iddialar yer alsa da, həmin məlumat rəsmi təsdiqini tapmayıb. Dövlət reyestrində və rəqabət qurumlarında belə bir satışla bağlı açıqlanmış dəyişiklik də olmayıb. ./Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 Avqust 2026 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri