Icma.az
close
up
RU
Vahid Ələkbərov Füzuliyə niyə gəlibmiş?

Vahid Ələkbərov Füzuliyə niyə gəlibmiş?

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu həftə bərpa və yenidənqurma prosesinin sürətlə getdiyi Füzuli şəhəri siyasi və biznes elitasının diqqət mərkəzinə çevrilib. Belə ki, Füzuli şəhərində “LUKoyl” ASC-nin dəstəyi ilə inşa olunan 1 nömrəli uşaq bağçasının açılışı baş tutub.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə haqqın.az məlumat yayıb.

Qeyd olunub ki, yeni uşaq bağçasının açılış mərasimində Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev və Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov da daxil olmaqla geniş nümayəndə heyəti iştirak edib. Lakin tədbirin əsas fiquru “LUKoyl” un təsisçisi Vahid Ələkbərov olub.

Bildirilir ki, Füzulidə uşaq bağçası tikmək dünyanın ən böyük neft şirkətlərindən birinin azərbaycanlı kökənli təsisçisinin şəxsi təşəbbüsüdür. “Biz uşaqların rahat və təhlükəsiz mühitdə böyüməsi və dünyanı dərk etməsi üçün şərait yaratmağa çalışdıq. Bu layihə azad edilmiş ərazilərdə inkişafın və tam həyatın təmin olunmasının simvoludur”, - deyə Vahid Ələkbərov bildirib.

240 yerlik, 2,4 hektar ərazini əhatə edən bu obyekt ənənəvi uşaq bağçasından daha çox müasir təhsil mərkəzini xatırladır: burada hovuz, kompüter sinifləri, müasir emalatxanalar və xüsusi yemək istehsalı bölmələri mövcuddur. 2024-cü ilin mayında təməli qoyulan və rekord müddətdə istifadəyə verilən bu uşaq bağçası gənc ailələr üçün sabaha inam yaradan “dayaq nöqtəsi” rolunu oynayır.

Haqqın.az qeyd edir ki, V.Ələkbərov 1990-cı illərdə, SSRİ-nin dağılmasından sonra, Heydər Əliyevin hakimiyyəti dövründə öz vətəninin iqtisadi potensialının bərpasında mühüm rol oynayıb.

“O, Azərbaycan rəhbərliyinin yüksək etimadını qazanaraq, H.Əliyev tərəfindən qeyri-rəsmi olaraq “bizim Vahid” kimi xarakterizə olunub.“Forbes” siyahısına daxil olan ən varlı iş adamlarından biri olmasına baxmayaraq, Ələkbərov nümayişkaranə dəbdəbədən uzaq, konservativ həyat tərzi ilə tanınır. O, Avropa futbol klublarının alınması və ya dəbdəbəli ziyafətlərlə gündəmə gələn iş adamlarından fərqli olaraq, əsas diqqətini sənaye inkişafına və sosial sahələrə - xüsusilə səhiyyə, idman və təhsilə yönəldir. Füzulinin yenidən qurulması yalnız maliyyə yatırımları deyil, həm də əhalinin geri qayıtması üçün şəraitin yaradılmasını tələb edən mürəkkəb bir prosesdir. Ələkbərovun regiondakı fəaliyyəti dövlət və biznes maraqlarının nadir sintezi kimi qiymətləndirilir: şirkət sabit tərəfdaşlıq əldə edir, ölkə isə müasir sosial standartlara çıxış qazanır” - deyə sayt yazır.

V.Ələkbərov 1950-ci ildə Bakının Qaraçuxur qəsəbəsində anadan olub. Atası Yusif Ələkbərov müsəlman və azərbaycanlı, anası isə rus kazak tayfalarından olan Tatyana Fyodrovna xristian idi.

O, Azərbaycan Neft və Kimya İnstitutunu 1974-cü ildə bitirib. Əmək fəaliyyətinə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Neft Akademiyası) təhsil aldığı vaxt “Kaspromneft” müəssisəsinin 2 nömrəli mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator kimi başlayan Ələkbərov, SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinici müavini olub. 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri “LUKoyl” şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb. 1993-ci ildən indiyədək “LUKoyl” şirkətinə rəhbərlik edir.

İş adamı Larisa Ələkbərova ilə evlidir. Onların Yusif adlı 1 övladları var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://axar.az
archiveBu xəbər 27 Aprel 2026 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see581

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see262

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see249

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see239

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see230

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see220

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see215

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see211

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see202

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see200

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see194

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see190

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see189

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see183

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see179

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see177

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see175

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see171

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri