Icma.az
close
up
RU
Vahid Ələkbərov “Lukoil”i satmaq üçün Bakıya gəlir İDDİA

Vahid Ələkbərov “Lukoil”i satmaq üçün Bakıya gəlir İDDİA

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Sanksiyalar tətbiq edilən şirkətin Azərbaycanda 87 yanacaqdoldurma məntəqəsi və 1 neft bazası fəaliyyət göstərir - SOCAR rəhbəri “Qazprom”un sədri ilə niyə görüşüb?

“Bakıda həbs edilmiş Rusiya vətəndaşlarının azad edilməsi ilə bağlı Azərbaycan tərəfi ilə həm yüksək, həm də işçi səviyyədə dialoq aparır”. “İnterfax” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “Hazırda gərgin iş gedir. Prezident bütün bu məsələləri qaldırıb və onlar işçi səviyyəsində qaldırılır. Dialoqumuzu davam etdiririk”, - Peskov Bakıda həbs edilmiş Rusiya vətəndaşlarının azad edilməsi üçün Rusiyanın gördüyü tədbirlərlə bağlı sualı cavablandırarkən deyib.

Qeyd edək ki, Vladimir Putinin Bakıya zəngindən sonra Bakı məhkəməsi saxlanılan Rusiya vətəndaşlarının həbs müddətini daha 3 ay uzadıb. Bu da Rusiya ilə müzakirələrdə prioritet mövzunun heç də həbsdəkilərlə bağlı olmadığını göstərir. Çünki indi Rusiyanın əsas gündəmi Azərbaycanda da fəaliyyəti olan neft-qaz şirkətlərinə ABŞ-nin tətbiq etdiyi sanksiyalarıdır. “Lukoil” artıq rəsmi press-relizdə bildirib ki, yaranmış vəziyyətlə əlaqədar beynəlxalq aktivlərini satır.

“Lukoil”in satmaq niyyətində olduğu konkret layihələr və aktivlər hələ açıqlanmayıb. Bunlara onun “Şahdəniz” layihəsindəki payı, Azərbaycandakı yanacaqdoldurma məntəqələri şəbəkəsi, yoxsa ölkəmizdə yerləşən neft bazasının daxil olduğu hələ dəqiqləşdirilməyib. “Lukoil”in “Şahdəniz” yatağındakı payı formal olaraq sanksiyalardan azaddır, lakin bu, aktivlərin satılmamasına zəmanət vermir. “Lukoil” Azərbaycanda 87 yanacaqdoldurma məntəqəsi və 1 neft bazası ilə fəaliyyət göstərir.

İqtisadi sektordan məlumatlı olan mənbənin bildirdiyinə görə, yaxın günlərdə“Lukoil”in səhmlərinə nəzarət paketinə sahib olan Vahid Ələkbərovun Bakıya gələcəyi gözlənilir. Təbii ki, bu, qeyri-rəsmi səfər xarakteri daşıya, informasiya yayılmaya bilər. Maraqlıdır ki, bu ərəfədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Sankt-Peterburqda “Qazprom”un sədri Aleksey Millerlə görüşüb. “Qazprom” bu barədə məlumat yaysa da, digər təfərrüatlar bəlli deyil.

Bəs Rusiya şirkətləri ilə alqı-satqı alınacaqmı? Kreml sözçüsünün həbsdəkilərin azadlığı ilə müzakirələr aparılması barədə açıqlaması daha çox nəyə hesablanıb?

Fikrət Yusifov

Sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında son 9 ayda yaşanan Rusiya-Azərbaycan münasibətlərindən söz açdı: “Rusiya-Azərbaycan münasibətlərində prezidentlərin Düşənbə görüşündən sonra gərginliyin aradan qaldırılması istiqamətində addımlar atılmağa başladı. Lakin AZAL şirkətinə məxsus sərnişin təyyarəsinin vurulması səbəbindən yaranmış gərginliyin dərhal aradan qalxacağı gözlənilən də deyildi.

Rusiya-Azərbaycan münasibətlərinin çox dərin kökləri var. Lakin buna baxmayaraq, münasibətlərdə 9 ay davam edən gərginliyin sayılı günlər ərzində aradan qaldırılması mümkün deyil və bu təbii ki, zaman tələb edir. Düşənbə görüşündən sonra münasibətlərdə yaranmış düyünlərin açılmasına start verildi. Hər iki tərəf ölkələrimiz arasında münasibətlərdə yaranmış gərginliyin aradan qaldırılmasında maraqlıdır. Lakin yaddaşı zəif olan “5-ci kolon”un tör-töküntülərinə bir də xatırladıram ki, Azərbaycan müstəqil dövlətdir, o, regionda və dünyada özünün balanslaşdırılmış xarici siyasəti ilə digər dövlətlərdən fərqlənir və öz dövlət maraqlarını hər hansı maraqlara dəyişmək fikrindən çox uzaqdır. Sanksiya altında olan Rusiya şirkətlərinin problemlərinin həlli isə bizə aid deyil. Biz bu məsələdə ABŞ başda olmaqla, Qərbə qarşı gedə bilmərik. Lakin əgər Rusiyanın Azərbaycanda çalışan hər hansı bir şirkəti öz payını satmaq istəyirsə və bu Azərbaycanın maraqlarına cavab verə biləcək bir əməliyyat olarsa, o halda nədən Azərbaycan bu payları almasın. “Lukoil” şirkətinin sahibinin Azərbaycan kökənli olması da belə alqı-satqı əməliyyatının baş tutmasına təsir edən amillərdən biri ola bilər. Yox, əgər Qərb tərəfindən bu əməliyyatlar sanksiyalara qarşı bir addım kimi dəyərləndirilərsə, o halda onların baş tutması mümkün deyil. Biz ABŞ və AB ilə münasibətlərimizin yaxşılaşdığı bir dönəmdə bu məsələlərdə daha diqqətli olmalıyıq".

Günay Hüseynova

İqtisadçı ekspert Günay Hüseynovanın sözlərinə görə, danışıqlar diplomatik görünsə də, əsas məsələ iqtisadi xarakter daşıyır: “Məlumdur ki, Avropa ittifaqı və ABŞ-nin sanksiyası nəticəsində enerji sektorunda Rusiyanın gəlirləri azalıb. Avropa ittifaqı ilə ticari tərəfdaşlıq edən ölkələr Rusiya ilə əməkdaşlıqda maraqlı deyillər. Məlum məsələdən sonra şirkətlərin hissə sənədləri qiymətlərində də enmə müşahidə olunub. Diplomatik ad altında görünən mövzunun görünməyən iqtisadi tərəfləri isə odur ki, Rusiya Azərbaycan vasitəsilə enerji təchizatını həyata keçirmək niyyətindədir. Elə məhz bu səbəbdən də SOCAR və "Qazprom" rəsmilərinin görüş və mövzu müzakirəsi təsadüfi deyil. İqtisadi aspektdən yanaşsaq, ABŞ və Aİ Rusiyaya sanksiya tətbiq edir, enerji gəlirləri azalır. Bu zaman Azərbaycanla əməkdaşlıq vasitəsilə üçüncü ölkəyə tranzit və ya digər bir çıxış yolu axtarılır. “Lukoil”in Şahdənizdəki hissəsini və ya neft anbarını satışa çıxarması, SOCAR-ın hissə sənədi eniş qiymətindən yararlanaraq onları alması və regionda supergücə çevrilməsi müzakirə obyektidir.

Həbsdəki vətəndaş mövzusu isə siyasi pərdə rolunu oynayır. Sadəcə, “Lukoil” Azərbaycanda artıq 35 ildir fəaliyyət göstərir. ABŞ sanksiyaları nəticəsində beynəlxalq bazarda aktivlərinin bazar dəyəri olduqca düşüb. Əsas maraqlı olan tərəf isə “Lukoil”in sonrakı taleyi, həmçinin ticari tərəfdaşlıqda Rusiyanın Azərbaycana marağıdır.

İlk növbədə “Lukoil”in sonrakı taleyini proqnoz etsək, ya satışa çıxarılacağı, ya da gəlirlərdən pay sahibi olaraq ofşor satış həyata keçiriləcəyi görünür. Mən belə düşünürəm. 2023-2024-cü illərdə bir sıra Rusiya şirkətləri bu vasitə ilə satış həyata keçiriblər. Yəni satış olsa da nəzarət edir və ya gəlirlərin bir hissəsinə sahib olur. Hazırda nominal satış mühitinin olması gözlənilir, Rusiya tərəfinin gəlirlərini qorumaq baxımından.

Əgər SOCAR tərəfindən birgə həyata keçirilsə, bu, ölkəmiz üçün regionda nüfuz deməkdir. Bundan əlavə, enerji qiymətlərinin qorunub saxlanması kimi qiymətləndirilə bilər. Məsələnin riskli tərəflərinə gəldikdə isə yeni sanksiya dalğası real təhlükə yarada bilər. Bunun üçün də düşünürəm ki, əgər real və ya nominal alqı-satqı olacaqsa, beynəlxalq hüquq prinsipləri əsasında həyata keçiriləcək. Sanksiya riski real təhlükədir. İlk növbədə, əgər sanksiya tətbiq olunarsa, sığortalanma məsələsi həll olunmalıdır. Bundan əlavə, əgər aktivlərin real bazar dəyəri 25%-ə enibsə, gələcəkdə hansı gəlirlilik ola bilər, bu, analitiklər tərəfindən hesablanmalıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 31 Oktyabr 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri