Icma.az
close
up
RU
Valdas Dambrauskas: “Bir oyunçudan ibarət deyilik”

Valdas Dambrauskas: “Bir oyunçudan ibarət deyilik”

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli Premyer Liqasının XXXIII turunda "Sabah" "Turan Tovuz"u məğlub edib - 2:1.

Apasport.az xəbər verir ki, matçdan sonra "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.

"Mövsümün sonuncu qələbəsi münasibətilə futbolçuları, rəhbərliyi, azarkeşləri təbrik edirəm. Düzdür, o qədər də yaxşı oynamadıq. Bərabər səviyyədə oyun keçdi. Bir az baxtimiz gətirdi və qollar vurduq. Rəqibin 3-4 yaxşı qol fürsəti oldu. Qapıçımız çox yaxşı çıxış etdi. Son oyunda hamı dəqiqələri sayır. Futbolçuları motivasiya etmək çətindir. Çünki düşüncə tərzi dəyişir. Tezliklə Çempionlar Liqasının təsnifat mərhələsi oyununda görüşəcəyik".

- "Qarabağ"ın Çempionlar Liqasındakı çıxışının "Sabah"ın Premyer Liqadakı uğurlu performansına təsiri oldu?

- Bizim stadionumuzda, çempionun, kubokun qalibinin, 33 oyun məğlub olmayan bir komandanın evində bu cür sual verirsiz. Xahiş edirəm, bizə hörmət edin. Qurban Qurbanov belə ən yaxşı olduğumuzu qeyd edir. Amma siz həmişə bəhanələr axtarırsız. Bunlar klubumuza, məşqçilərimizə, futbolçularımıza qarşı hörmətsizlikdir. Mövsümü bu notlarla bitirmək istəməzdim. Amma bizə olan hörmətsizlik də qəbuledilməzdir. Titullar qazandığımıza görə üzr istəməyimi istəyirsizsə, bunu etməyəcəm.

- "Sabah"dan Çempionlar Liqasında gözləntilər böyükdür. Bunun üçün də heyətin gücləndirilməsi lazımdır. Transferlə bağlı planlarınız necədir?

- Hər zamankı yanaşmamızı davam etdirəcəyik. İyunun ortalarında toplaşacağıq və öz hədəflərimizə doğru gedəcəyik. Rəqibimiz bəlli olduqdan sonra sırf rəqibə qarşı hazırlaşacağıq. Əlbəttə ki, püşkün nəticəsi önəmlidir. Mövsümboyu bizə uğur gətirən yanaşmamız var idi, oyundan-oyuna hazırlaşırdıq.

- Növbəti mövsümdə qrafikiniz ağır olacaq. İstirahətlə bağlı hansı planlarınız var?

- Hər mövsüm çətin olur. Mənim də özümə görə istirahət planım var. Sabah Litvaya gedəcəyəm. Bir həftə sonra ailəmlə ölkə xaricinə istirahətə yollanacağıq. Daha sonra Avstriyada təlim-məşq toplanışına başlayacağıq.

- Mətbuatda yazılanlara görə Coy Lens Mikels yeni müqavilə imzalamaq istəmir. Onun gedişi komandanın gücünü nə dərəcədə azaldacaq?

- Azərbaycan demokratik ölkədir. Hər kəsin müqavilə imzalamaq və ya imzalamamaq hüququ var. Bizim məşq bazamızın girişində belə bir yazı görə bilərsiniz: "Heç bir oyunçu komandadan böyük deyil". Mikels həqiqətən də möhtəşəm mövsüm keçirdi. Ona və digər oyunçulara ən yaxşısını arzulayıram. Biz "Sabah"ıq, bir oyunçudan ibarət komanda deyilik. Mövsüm ərzində Mikelsin oynamadığı matçlarda onu əvəz edən futbolçular var idi.

"Neftçi" "Kəpəz"lə matça bir itki ilə çıxacaq Cüdo üzrə Liqa yarışının II turu yekunlaşıb - FOTO I Liqa: Pley-offda nominal meydan sahibi bəlli oldu “Xankəndi” mükafatına nə zaman qovuşacaq? UEFA C kursu keçirilib
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://apasport.az
archiveBu xəbər 22 May 2026 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri