Icma.az
close
up
RU
Valdas Dambrauskas: “Hədəfim komandanı Avropaya aparmaq idi”

Valdas Dambrauskas: “Hədəfim komandanı Avropaya aparmaq idi”

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Misli Premyer Liqasının XXVI turunun “Araz-Naxçıvan” – “Sabah” oyunundan (2:4) sonra qonaqların baş məşqçisi Valdas Dambrauskas fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, o, nəticəni belə şərh edib:

– “Sabah” ailəsini böyük qələbə münasibətilə təbrik edirəm. Həqiqətən də, bu gün vacib qələbə qazandıq. Oyuna yaxşı başlamadıq. Arxa xəttən hücuma çıxarkən səhvlərə yol verdik. Rəqib bu səhvlərdən yararlandı. Məmnunam ki, onlara cavab verməyi yaxşı bacardıq. Layiqli qələbə qazandıq, görüşün taleyini daha tez həll edə bilərdik. 3 gün sonra yeni oyunumuz var, artıq bu günü unudub, həmin matça köklənməliyik.

– Həqiqətən də, çox yaxşı bir komanda formalaşdırmısız. Baxımlı oyun göstərirsiniz. Bütün mövsümü eyni tempdə davam etmək çox çətindir, bunu sona qədər qoruya bilməməklə bağlı qorxunuz varmı? 

– Bu məni narahat etmir. Məni sadəcə növbəti oyun düşündürür və narahat edir. Yaxşı şəkildə bərpa olmalıyıq. 8-9 aydır ideyalarımızı tətbiq edirik, nəticələri bu sayədə qazanırıq.

– “Sabah”ı ilk mövsümünüzdə avrokuboklara çıxara bildiniz. Bununla bağlı təbrik almısınız, yoxsa əsas təbriki mövsümün sonunda gözləyirsiniz? 

– Mən bura gələndə hədəfim komandanı Avropaya aparmaq idi. Yenə də bu uğur barədə düşünmürük, sadəcə qarşıdan gələn oyunu fikirləşirik.

– Lepinitsanın hazırki vəziyyəti nə yerdədir? Ona gələn təkliflər barədə fikirləriniz maraqlıdır. 

– İkinci sualla başlayacam. Oyunçu ilə bu barədə danışmaq mənim vəzifəm deyil. Bizim üçün önəmli odur ki, futbolçularımız qarşıdakı oyunlara köklənsinlər. Gələcək barəsində danışmaq üçün çox tezdir. Vəziyyəti barəsində onu deyə bilərəm ki, kiçik zədəsi var, gözləyirik ki, bərpa prosesindən keçsin və qarşıdakı oyuna hazır olsun. Bizim üçün vacib oyunçudur. Bu gün heyətimizin genişliyi də bizə kömək etdi. Bu sayədə oyundakı dominantlıq bizim tərəfimizdə idi.

– “Levski” ilə oyundan bu yana götürsək, “Sabah”ın nə qədər inkişaf etdiyini düşünürsünüz? 

– Mən bunu faizlə hesablaya bilmərəm, məktəbdə riyaziyyatım o qədər də güclü deyildi. “Levski”dən bu yana 30-dan çox oyuna çıxmışıq. Əlbəttə ki, inkişaf var, daha da yaxşı oynayırıq. Yeni oyunçular qoşulub, bütün fazalarda inkişaf var. Bu məsələ də var ki, əgər biz bir oyun pis oynasaq, siz məndən soruşacaqsınız ki, bəs inkişaf hardadır? Önümüzdəki yaya 2 ayımız qalıb. Daha da inkişaf etməliyik. Siz fəlsəfi sual verdiniz, mən də sizə fəlsəfi cavab verdim.

– Hamidu Keyta nədənsə narazı görünürdü, onunla nə danışdınız? 

– Onunla ləğv edilən dördüncü qolumuzu müzakirə etdik. Orda toxunuşun olub – olmaması, ümumi situasiya barədə danışdıq. Xüsusi bir şey yox idi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 07 Aprel 2026 22:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri