Icma.az
close
up
RU
“Valensiya” azarkeşini ağır cəza gözləyir

“Valensiya” azarkeşini ağır cəza gözləyir

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniyanın “Valensiya” klubunun stadionu “Mestalya”da 5-ci sektorda oturan abunəçinin bir ildən artıq müddətdə futbolçulara qarşı rasist və homofob ifadələr işlətməsi ilə bağlı açılan cinayət işi sürətlənib.

İdman.Biz xəbər verir ki, məsələ artıq iki istiqamətdə araşdırılır: prokurorluq xətti ilə və klubun daxili intizam prosesi çərçivəsində.

Sənədlər və audiofayllar hazırda Prokurorluq tərəfindən araşdırılır. Əgər ifadələr nifrət cinayəti (İspaniya Cinayət Məcəlləsinin 510-cu maddəsi) və ya mənəvi bütövlüyə qarşı cinayət kimi qiymətləndirilərsə, iş təhqiqat üçün müstəqil məhkəməyə ötürüləcək. Məhkəmə cinayətin sübuta yetirildiyini təsdiqləsə, azarkeş 6 aydan 2 ilə qədər azadlıqdan məhrumetmə, həmçinin gəlirinə uyğun hesablanan cərimə ilə üzləşə bilər. Mənəvi bütövlüyə qarşı cinayətdə isə cəza daha ağır olur və “yaxınlaşma qadağası” kimi əlavə tədbirlər də tətbiq oluna bilər.

“Valensiya” klubu da hadisə ilə bağlı intizam işi açıb. Klub 5-ci sektor azarkeşinin və onun təhqirlərində iştirak edən qardaşının abunəliyini ləğv etmək və stadiondan uzaqlaşdırmaq səlahiyyətinə malikdir. Bu tədbirlər məhkəmədən asılı olmayaraq tətbiq edilə bilər.

Klub artıq son oyunların videomateriallarını, o cümlədən “Betis”lə keçirilən matçın görüntülərini yoxlayır.

Azarkeş 15 aydan çox müddətdə hər oyunda tünd dəri rəngli, Cənubi Amerikalı və bask futbolçulara qarşı ağır təhqirlər səsləndirib. Səs yazılarında ifadələrin kobudluğu açıq görünür.

İspaniya futbolunda son bir ildə verilən qərarlar nifrət cinayətlərinə qarşı sərt xətti təsdiqləyir:
• 2024-cü ilin iyununda Valensiya məhkəməsi “Real Madrid”li Vinisius Juniora qarşı rasist təhqirlərə görə 3 azarkeşi 8 ay həbs və 2 il stadionlara giriş qadağası ilə cəzalandırdı.
• Barselona Ali Məhkəməsi “Espanyol” azarkeşini İnyaki Uilyamsa qarşı primat jestlərinə görə 1 il həbs, 1080 avro cərimə, 4 il idman sahəsində işləmə qadağası və 2 il stadionlardan uzaqlaşdırma cəzası ilə mühakimə etdi.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Dekabr 2025 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see379

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see352

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see340

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see300

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see284

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see266

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see254

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see253

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see250

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see246

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see234

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see233

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see233

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see223

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see220

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see218

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see201

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see200

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see198

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri