Icma.az
close
up
RU
Valideyinlərə əlavə xərc: Son zəng proqramını pedaqoqlar işləməlidir RƏYLƏR

Valideyinlərə əlavə xərc: Son zəng proqramını pedaqoqlar işləməlidir RƏYLƏR

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Son zəng"lə bağlı məktəblərə protokollar göndərilib, kənara çıxmaq olmaz.

Bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

E.Bağırov hər kəsi tələblərə əməl etməyə çağırıb:

"Məktəblərə protokollar göndərilib və tələblərdən kənara çıxmaq olmaz. "Son zəng"lə əlaqəli məktəblərdə yaradıcı və bədii hissə ola bilər. Amma valideynlərə əlavə maliyyə yükü yaradan tədbirlərin keçirilməsinə yol verilməməlidir".

Xatırladaq ki, Bakı şəhəri 207 nömrəli tam orta məktəbin direktoru "Son zəng"lə əlaqəli valideynlərdən pul yığılmasına görə yayılmış səs yazısına görə ötən gün vəzifəsindən azad edilib. 

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Sherg.az-a bildirib ki, bu kimi qadağalar çoxdan tədbiq edilməli idi:


“Kimsə deyə bilər ki, şagirdin ömründə yalnız bir dəfə son zəngi olur. Amma məsələ son zənglə bitmir. Dördüncü sinfi bitirəndə uşaqlar üçün əlavə dırnaqarası son zəng, birinci sinfi bitirib əlifbanı öyrəndiyinə görə əlavə bir bayram keçirirlər. Burada valideynlər həm maliyyə, həm də vaxt itkisi ilə üzləşirlər. Digər tərəfdən valideynlərin narahatlıqları da var. Çünki azyaşlı və yetkin uşaqlar müəyyən bir qruplaşma halında olanda hər cür fəsadlar baş verə bilir. Son zəng tədbirlərində bir saatı keçməmək şərti ilə milli ornamentlərə xüsusi diqqət edərək şagirdlər tərəfindən səhnəciklər hazırlamaq olar. Həmçinin təhsilin dəyərini özündə əks etdirən bir proqram da hazırlamaq mümkündür. Amma bizim məktəblərdə üç və ya dörd 11-ci sinif şagirdi öz mahnısını hazırlayaraq oxuyub gedir. Ötən il Bakı şəhəri 226 saylı məktəbdə oldum. Həmin məktəbin direktoru şəhid anası Arzu xanım idi. Orada hazırlanmış son zəng mənim çox xoşuma gəldi. Milli üslubda, maarifləndirilmiş şəkildə çox gözəl bir proqram təşkil olunmuşdu. Bu cür proqram kimi hazırlanacaqsa, lap yaxşı olar. Yoxsa ki, dəxlisiz yerə bu tədbirləri keçirib əlavə maliyyə itkisinə getməyə ehtiyac yoxdur. Bəzən mediada, sosial şəbəkələrdə yazılır ki, bəzi məktəblərdə son zəng, universitetlərdə isə məzun günlərində uyğun olmayan mahnılar səsləndirilir və  uyğun olmayan musiqi parçasına rəqs edirlər. Yəni bu cür şeylərdən qaçmaq lazımdır. Bu proqramı pedaqoqlar işləməlidir”.


Təhsil eksperti Cahid İmanlı isə bildirib ki, məktəbdə son zəng tədbirinin keçirilməsi vacibdir, bunu qadağan etmək heç bir məntiqə uyğun gəlmir:


“Əksinə Elm və Təhsil Naziri Emin Əmrullayev özü başda olmaqla Nazirliyin və Təhsil Sektorunun əməkdaşları, eləcə də İcra strukturlarının məmurları ayrı-ayrı məktəblərin məzun günlərində iştirak edirlər. Bu yalnız alqışlanmalıdır. Yaxşı olardı ki, məzun günlərində təhsilində fərqlənən şagirdlərə orada iştirak edən qrumun adından müəyyən həvəsləndirici mükafatlar da verilsin. Son zəng tədbirlərinin proqramı da diqqətlə hazırlanmalı, təkcə rəqslərlə kifayətlənməməli, daha məzmunlu və rəngarəng olmalıdır. İmkan olduğu halda son zəng tədbirinin məktəbin akt zalında müəllim və valideyinlərin iştirakı ilə keçirilməsi daha məqsədəuyğun olardı. Son zəng tədbirində əsas məsələlərdən biri maliyyə məsələsidir. Təssüflər olsun ki, bəzi məktəb direktorları məzun olan şagirdlərdən müəyyən qazanc əldə etmək istəyirlər. Buna sadə bir nümunə çəkirəm. Şagirdlər üçün  "vinetka" çəkən fotorqaflardan hər şagird üçün direktora əlavə pul vermək tələb olunur. Belə əlavə xərclər olmasa valideyinlər də əziyyət çəkməz”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 May 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri