Icma.az
close
up
RU
Valideyn daim telefona baxırsa, uşaq da bunu normallaşdırır

Valideyn daim telefona baxırsa, uşaq da bunu normallaşdırır

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Müasir dövrdə uşaqların smartfon və planşetlərdən istifadəsi sürətlə artır. Artıq 1-2 yaşlı uşaqlar belə mobil cihazlarla daha tez tanış olur. Bu texnologiyalar onların öyrənmə sürətini artıra bilər. Lakin erkən yaşda telefon istifadəsinin mənfi tərəfləri də az deyil.

Uzun müddət ekran qarşısında qalmaq göz yorğunluğuna və diqqət dağınıqlığına səbəb ola, uşaqların sosial bacarıqlarını məhdudlaşdıra bilər. Ekspertlər valideynləri bu məsələdə daha diqqətli olmağa çağırırlar.

Psixoloqlar bildirirlər ki, uşaqların real dünyadan uzaqlaşması onların emosional inkişafına mənfi təsir edir. Həkimlər isə uzunmüddətli telefon istifadəsinin fiziki sağlamlığa zərər verə biləcəyini qeyd edirlər.

Buna baxmayaraq, bir çox valideynlər övladlarını sakitləşdirmək üçün onlara telefon verirlər. Xüsusilə yemək zamanı və ya ictimai yerlərdə bu tendensiya daha çox müşahidə edilir. Aparılan araşdırmalara görə, gündəlik ekran vaxtı çox olan uşaqların diqqət müddəti daha qısa olur. Həmçinin, bu uşaqlarda yuxu problemləri də daha çox rast gəlinir. Valideynlər uşaqları alternativ məşğuliyyətlərə yönəltməyə çalışmalıdırlar.

Açıq havada oynamaq, kitab oxumaq və ailə ilə vaxt keçirmək daha faydalı seçimlərdir. Mütəxəssislər bildirirlər ki, 5 yaşına qədər uşaqların ekran qarşısında vaxt keçirməsi məhdudlaşdırılmalıdır. 

Mövzu ilə bağlı Modern.az-a danışan uşaq psixoloqu Zeynəb Əyyubova bildirib ki, uşaqların texnologiya ilə tanışlığı və onun istifadəsi valideynlərin düzgün yanaşmasından asılıdır:

“Mütəxəssislər 2 yaşına qədər uşaqların ekran qarşısında vaxt keçirməməsini tövsiyə edirlər. 2-5 yaş arası uşaqlara isə gündə maksimum 1 saat nəzarət altında, keyfiyyətli və maarifləndirici məzmun təqdim etmək olar. 6 yaşdan sonra isə texnologiyadan istifadə balanslı şəkildə tənzimlənməlidir. Burada əsas məqsəd uşağın həm texnologiyadan faydalı şəkildə istifadə etməsini təmin etmək, həm də onun real həyat bacarıqlarını inkişaf etdirməyə şərait yaratmaqdır.

Valideynlər texnologiyanı uşaqların əyləncə və təhsil vasitəsi kimi görsələr də, əsas diqqət məzmunun keyfiyyətinə və istifadə müddətinə yönəldilməlidir. Çox vaxt valideynlər uşaqları sakitləşdirmək üçün telefon və ya planşetdən istifadə edirlər. Bu, qısa müddətdə problemi həll etsə də, uzunmüddətli psixoloji təsirləri olduqca mənfidir. Uşaq emosional tənzimləmə bacarıqlarını inkişaf etdirmək əvəzinə, diqqətini yayındıraraq problemlərdən qaçmağa öyrəşir. Bu da gələcəkdə impulskontrolla bağlı çətinliklər, diqqət dağınıqlığı və sosial bacarıqların zəifləməsi kimi problemlərə gətirib çıxara bilər”.

Psixoloq qeyd edib ki, texnologiyadan həddindən artıq istifadə uşağın yaradıcılıq qabiliyyətini və təbii ünsiyyət bacarıqlarını zəiflədə bilər:

“Uşaqlar real həyatda dostları və ailə üzvləri ilə ünsiyyət qurmalı, fiziki oyunlar oynamalı, ətraf aləmi kəşf etməlidirlər. Əgər uşaq hər emosional vəziyyətdə texnologiyaya yönəldilərsə, o zaman hisslərini ifadə etməyi və idarə etməyi öyrənməyəcək.

Valideynlər texnologiyanı bir “elektron dayə” kimi istifadə etməməlidirlər. Bunun əvəzinə, uşaqları ilə keyfiyyətli vaxt keçirməli, onlara hislərini ifadə etməyi öyrətməli və maraqlı alternativ fəaliyyətlər təklif etməlidirlər. Məsələn, birgə oyunlar oynamaq, açıq havada vaxt keçirmək, kitab oxumaq və ya sadəcə söhbət etmək uşağın emosional və sosial inkişafı üçün çox daha faydalıdır”.

Z.Əyyubova sonda vurğulayıb ki, ən vacib məqamlardan biri də valideynlərin öz nümunələridir:

“Əgər valideyn gün ərzində daim telefona baxırsa, uşaq da bunu normallaşdırır və texnologiyaya bağlılığı artır. Buna görə də valideynlər əvvəlcə öz texnologiya istifadələrini nəzarətdə saxlamalı, uşaqları ilə real ünsiyyəti prioritet etməlidirlər.

Ümumiyyətlə, texnologiyanın uşaqların həyatında yer alması qaçılmazdır, lakin əsas məsələ onun düzgün idarə olunmasıdır. Texnologiya qadağan edilməli deyil, lakin ona nəzarət edilməli, balanslı və faydalı şəkildə istifadə olunmalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Fevral 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri