“Valideynlər uşaqlarını dinləməyi öyrənməli, onların fikirlərini aşağılamamalıdır” PSİXOLOQ
Icma.az bildirir, Gununsesi portalına istinadən.
“Valideyn–uşaq münasibəti sevgi, güvən və qarşılıqlı anlayış üzərində qurulmalıdır”.
Bu fikri Gununsesi.info-ya açıqlamasında ailə psixoloqu Sevinc Həbibova deyib:
“İlk növbədə valideynlər uşaqlarını dinləməyi öyrənməli, onların fikirlərini aşağılamamalıdır. Çünki uşaq özünü təhlükəsiz hiss etdikdə daha sağlam inkişaf edir.
Valideynlər sərhədləri aydın şəkildə müəyyən etməli, amma bunu sərtliklə deyil, izah edərək etməlidirlər.
Uşağın hisslərini tanıması və ifadə etməsi üçün ona dəstək göstərilməlidir”.
Sevinc Həbibovanın fikrincə, cəza yerinə düzgün davranışı modelləşdirmək daha effektivdir:
“Valideyn hər zaman ardıcıl və ədalətli olmalıdır. Uşağa vaxt ayırmaq, onunla sağlam ünsiyyət qurmaq münasibətin əsas hissəsidir. Ailədə sevgi və hörmət olduqda uşaq özünü daha dəyərli hiss edir və özünəinamı artır”.
Firuzə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 26 Noyabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















