Icma.az
close
up
RU
Uşaqlarda heyvanlara qarşı rəhmsizliyi valideynlər təbliğ edir Psixoloq

Uşaqlarda heyvanlara qarşı rəhmsizliyi valideynlər təbliğ edir Psixoloq

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zaqatala şəhəri, Danaçı massivində, zibillik ərazidə itlər kütləvi şəkildə güllələnib.


 Oxu.az xəbər verir ki, hadisə ilə bağlı görüntülər yayılıb.

Zaqatala rayon İcra Hakimiyyətindən bildirilib ki, itlərin güllələnməsi ilə bağlı məsələ araşdırılacaq: “Hazırda itlərlə bağlı çox sayda şikayət var. Onların sayı birdən-birə artıb. Hamısı da böyük itlərdir. İnsanlar çölə çıxanda, uşaqlar dərsə gedəndə qorxurlar. Kimsə itləri bu səbəbdən güllələmiş və ya zəhərləmiş ola bilər. Məsələ araşdırılacaq”.

Qeyd olunub ki, Zaqatala RİH-də baytarlıq tədbirləri görülür: “İtlərin saxlanması üçün şəhər ərazisində xüsusi yerlər var. Burada itlər müəyyən müddət saxlanılır, müalicələri edilir. Həmin yerdə təxminən 200-ə yaxın it var. İtlərin güllələnməməsi ilə bağlı maarifləndirmə tədbirləri görülür”.


Psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirib ki, cəmiyyətin əksər hissəsi məlum hadisələrdən  sonra paytaxtın müxtəlif nöqtələrində sahibsiz itlərin çoxluğundan gileylənir, onların insan həyatı üçün təhlükə yaratdığını bildirir:

“Niyə bu fobiya Azərbaycanda bu qədər yayılıb? Çünki bu fobiya süni olaraq yayılır. Körpə uşaqları “Ora getmə, it dişləyər səni” kimi travmatik ifadələrlə qorxudurlar. İnsanın eşitdiyi, gördüyü və hiss etdiyi hər bir şey onun şüur altında qalır. Mütəmadi olaraq itlərin uşaqları qapması barədə xəbərlər yayılsa da, bunun nə qədər həqiqətə uyğun olduğunu demək çətindir. Çünki belə olsaydı, o zaman xəsarət alanların sayı daha çox olmalı idi. İtlər durduq yerdə kiməsə hücum etmir. Bunun bir neçə səbəbi var. Əvvəla, dişi itin balası varsa, o, aqressiv olacaq. Bundan başqa, itin gözü önündə başqa iti öldürüblərsə, xüsusilə balalarını öldürüblərsə, o, insanları sevə bilərmi? Əgər insan itə qarşı amansızlıq edirsə, o, özünü müdafiə edir, qarşısındakı şəxsi dişləməkdən başqa bir şeyə gücü çatmır. Ərazidə sahibsiz itlər varsa, bununla bağlı əlaqədar qurumlara məlumat verilməli, tədbirlər alınmalıdır. Bəzən valideynlərdə həddən artıq övladlarını qoruma instinkti olur və heyvanlardan onlara keçəcək xəstəliklər var ki, qarşılarını almaq üçün məcbur olub heyvanları uşaqlarına pisləyirlər. Məsələn, iitə-pişiyə yaxın durma, pisdir, sənə xəstəlik, mikrob keçər, ona tərəf getmə, hətta bəziləri ay, it gəlir, səni dişləyər, ona daş at, deyirlər. Yəni artıq aşağı yaşlardan etibarən uşaqlarda bunu formalaşdırırıq. Bu da sonradan uşaqlarda nəinki heyvanlara qarşı, eləcə də, insanlara qarşı aqressiyanın yaranması ilə nəticələnir. Çünki o bu gün daşı itə atırsa, sabah daşı öz dostuna da ata bilər və bunun səbəbi təhlükə hiss etdiyi an aqressiv şəxsə çevriləcək olmasıdır. Digər tərəfdən, uşaqlar itlərə daş atır, onları vurur və qıcıqlandırırlar. İtlər uşaqları dişləyəndə isə deyirlər ki, it uşağımı dişlədi. Axı itin dili yoxdur özünü müdafiə edib desin ki, məni vurdular, mən də dişlədim. Uşaqlarda heyvanlara qarşı rəhmsizliyi valideynlər kultivasiya edir. Heyvanların da canı var, onları da ağrıdır. Uşaqlara heyvanlara, təbiətə sevgi tərbiyə etməyincə, mərhəmətsiz bir toplum yetişdirəcəyik. Əgər həqiqətən də itlər hamıya hücum edirsə, o zaman niyə heyvansevərlərə hücum edib, onları dişləmirlər? Heyvanlar maqnit sahəsini, yəni bizim fikir və hisslərimizi görür və hiss edir. Əgər bizim içimizdə it qorxusu varsa, it bunu hiss edib hürəcək və arxamızca qaçacaq. Amma hürmək də onların danışıq dilidir. Hürmək heç də bizi dişləmək istədiyi anlamına gəlmir. Uşaqlara kiçik yaşlarından heyvanlarla təmas qurmağı öyrətməliyik .Uşaq küçədə tanımadığı itə tərəf qaçarsa, üzünə baxarsa, it bunu döyüşə çağırış kimi qəbul edə və həmin uşağı dişləyə bilər. Xüsusilə də əgər insan tərəfindən zorakılığa məruz qalıbsa. Digər tərəfdən, məsələn tutaq ki sən itdən qorxmursan, amma bir gün nədənsə it sənə  hücum edir. Çünki sən həmin gün aqressivsən, kiminləsə dalaşmısan və içində güclü nifrət var. Heyvanlar bunu hiss edir və bunu özünə qarşı aqressiya kimi qəbul edir. İtlərin hürməyi, hücumu özünümüdafiə xarakteri daşıyır. Deməli, məsələ itlərdə deyil, insanlardadır. Şüurlu olan insandırsa, məsuliyyəti insan daşıyır. İtlər necə küçəyə düşür? İnsanlar onları evlərində saxlayıb bir oyuncaq kimi çölə atır və beləliklə onların sayları artır. Bu gün insanlara qarşı qəddar olan əvvəlcə heyvanlara qarşı rəhmsiz olub. Heyvanlara qarşı rəhmsiz olanlara laqeydlik göstərməklə cəmiyyətdə qəddarlıq yayılır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Yanvar 2025 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri