Icma.az
close
up
RU
Valideynlərə pis xəbər: Ciddi fəsadlar törədəcək...” Yeni Sabah

Valideynlərə pis xəbər: Ciddi fəsadlar törədəcək...” Yeni Sabah

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Valideynlərin əksəriyyəti övladları üçün gözəl şərait qurmaq, onları ən doğru şəkildə həyata hazırlamaq istəyir və bunun üçün bütün güclərini sərf edirlər. Ancaq bəzən bunları edən ana-atalar önəmli bir detalı gözdən qaçırırlar. Bu da övladlarının düzgün formada yetişib tərbiyə olunmasıdır.

Qeyd-şərtsiz hər bir ana və ata uşağını hər kəsdən çox sevir və qoruyur. Lakin bəzən bu qorumanın dərəcəsini doğru formada tənzimləyə bilmirlər və övladlarının gələcək həyatına zərər vermiş olurlar.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Kənan Rəhimov qeyd edib ki, valideynlərin uşaqlarını həddən artıq sevib qoruması onların həyatında ciddi fəsadlara rəvac verə bilər:

“Valideyn tərəfindən doğru tərbiyə verilən, uşaqlıqdan müstəqil qərarlar verməyə, ev tapşırıqlarını özü icra etməyə, öz seçdiyi idmanla məşğul olmağa şərait yaradılan uşaqlar öz istək və qərarlarını verə bilirsə, gələcəkdə məsuliyyət daşıya bilirlər. Öz otağında oyuncaqları yığışdırmaq proseduru belə valideynlər tərəfindən verilən tərbiyədə müsbət təsir göstərir. Bu xüsusiyyət uşaqda təfəkkür yaradır. Məsələn, valideyn övladına tələb qoyur ki, oyuncaqları yığışdırmadan masa arxasında oturmayacaqsan. Bu zaman o, otağındakı səliqə-səhmana görə cavabdehlik daşıdığını başa düşür və otağını yığışdırmağa başlayır. Hətta bir müddətdən sonra özü oyuncaqlarını, əşyalarını səliqədə saxlamağı öyrənir. 7-8 yaşında uşaq belə olsa, valideynin onun dağıtdığı, yerə atdığı oyuncaqları yığışdırması uşağın yetkin şəxsiyyət kimi formalaşmasına mane olur. Valideynlər övladlarına qarşı həddən artıq sevgi və təşviş hissi keçirirlərsə, hər şeydən qorumaq istəyəndə bu onların xeyrinə olmur, əksinə, sağlam yetişmələrinə əngəl törədir. Ona görə həmişə həyəcanlı və narahat olan analar uşağının zehni və psixoloji inkişafını əngəlləyir, məsuliyyət daşıyıb qərar verməyə öyrətmirlər. Məsuliyyəti daim öz üzərlərinə götürdükləri üçün övladlarında bu xüsusiyyət inkişaf etmir. Simbiotik münasibətin ən böyük fəsadı da elə budur”.

Psixoloq bildirib ki, 17-18 yaşında belə, ana öz uşağına məsuliyyət hissini aşılasa, ona imkan versə, o şəxs bir neçə ildən sonra yetkin bir formada öz həyatı barədə müstəqil qərar verib, öhdəlik götürə bilər:

“Nəticədə bu insan cəmiyyətdə sərbəst fəaliyyət göstərə bilir. Öhdəliklərini ödəmək üçün hansı işə gedirsə, gözləmir ki, iş tapmadığı halda ana-atası onun tələbatlarını ödəsin. Başa düşür ki, qərarı bu gün verməlidir və hansı işin öhdəsindən gələ bilirsə, o işdə fəaliyyət göstərməlidir. Beləliklə, məsuliyyətini dərk edir ki, işi yaxşı icra etdiyi təqdirdə gələcəkdə yaxşı qonorar ala  və tələbatlarını ödəyə bilər. Bu cür şəxslər yetkin şəxsiyyətlər olur. Artıq ailə quranda da həm valideynlərinə, həm də həyat yoldaşına qarşı eyni sevgini göstərə bilir. Yetkin şəkildə formalaşmayan adam gələcəkdə valideynin ona göstərdiyi qayğı və sevgini eyni şəkildə özlərinə qaytara bilmir. Çünki özünün mənəvi tələbatlarını ödəməyi bacarmır. Nankor övlad dedikləri isə sadəcə yetişməyən şəxsdir”.

 Aytac Şahin


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 Noyabr 2024 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri