Icma.az
close
up
RU
İranda nüvə obyektləri ciddi zədələnərsə... “Qonşu ölkələr üçün ciddi fəsadlar törədəcək”

İranda nüvə obyektləri ciddi zədələnərsə... “Qonşu ölkələr üçün ciddi fəsadlar törədəcək”

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Əgər atılan raket və ya bombalardan hər hansı biri nüvə obyektinə düşsə, uran ətrafa dağılsa, həmin ərazi üçün çox böyük bir təhlükə yaranacaq".

Bunu "Yeni Sabah"a xəbər verir ki, bunu AMEA-nın Radiasiya Problemləri İnstitutunun elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov bildirib.

Onun sözlərinə görə, İran uranın yüksək zənginləşdirilməsi prosesində xeyli irəliləyib:

"Hətta bu prosesin son mərhələsinə qədəm qoyub. Buna görə də səbəbdən də İranın üzərinə belə gedirlər. Əgər atılan raket və ya bombalardan hər hansı biri nüvə obyektinə düşsə, uran ətrafa dağılsa, həmin ərazi üçün çox böyük bir təhlükə yaranacaq.

Uranın yarımparçalanma dövrü milyard illə ölçülür və ətrafa yayılması küləyin sürətindən asılı olaraq böyük ölçüdə dəyişir. Əgər İranada nüvə ilə bağlı hər hansı xoşagəlməz bir hadisə yaşansa, radiasiyanın Azərbaycana  yayılması bizim torpaqlara çata bilər. Bunun mühafizəsi üçün hansı tədbirlərin görülməsi sual işarəsi altındadır.

Keçmişdə insanların yerləşdirilib qorunması üçün müəyyən sığınacaqlar var idi. İndiki sığınacaqlar artıq yoxdur. Bu tip qorunma sığınacaqlarının yenidən qurulması üçün isə olduqca ciddi vəsait tələb olunur. Amma istənilən halda radioaktiv bir problem yaşanacağını düşünmürəm.

Əgər nüvə reaktoruna zərbə endirilsə, küləyin istiqamətindən asılı olaraq, hər hansı bir ölkəyə çox sürətlə yayıla bilər. Çernobıl hadisəsində baş verən partlayışdan sonra küləyin istiqamətinə görə radioaktiv maddə hava yolu ilə əvvəlcə Belarusa, daha sonra Almaniyaya, ta İsveçrəyə qədər gedib çıxmışdı.

Uran-235-in parçalanma dövrü həcmindən asılı olaraq olduqca uzun çəkir. Bir daha ümid edək ki, İranla bağlı belə bir hadisə yaşanmayacaq, çünki əks halda həm qəzanın baş verdiyi ölkə, həm də qonşu ölkələr üçün ciddi fəsadlar törədəcək".

Rəvan Rzazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 İyun 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri