Icma.az
close
up
RU
Valideynlərin NƏZƏRİNƏ! Uşaqlarınız mütləq bu dərslərdə İŞTİRAK ETSİN

Valideynlərin NƏZƏRİNƏ! Uşaqlarınız mütləq bu dərslərdə İŞTİRAK ETSİN

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Fiziki tərbiyə dərsləri məktəblərdə yalnız idman bacarıqlarının deyil, eyni zamanda uşaqların ümumi fiziki, psixoloji və sosial inkişafının təmin olunması baxımından əvəzolunmaz əhəmiyyət daşıyır. Müasir dövrdə uşaqların hərəkətsiz həyat tərzi, ekran qarşısında keçirdikləri uzun müddət və balanssız qidalanma fonunda fiziki aktivliyin məktəb mühitində təşviq olunması daha da aktuallaşır. Bu səbəbdən fiziki tərbiyə dərsləri nəinki vacib, hətta strateji mahiyyətli fənlərdən biri kimi qiymətləndirilməlidir".

Bu fikirləri News24.az açıqlamasında  Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli deyib. 

Onun sözlərinə görə,  bu dərslər şagirdlərin ürək-damar, tənəffüs və əzələ sistemlərinin möhkəmləndirilməsində, düzgün qamət və dayaq-hərəkət sisteminin formalaşmasında, həmçinin stressin azalması və emosional balansın qorunmasında mühüm rol oynayır:

"Fiziki fəallıq yalnız fiziki deyil, eyni zamanda intellektual məhsuldarlığı da artırır. Tədqiqatlar göstərir ki, müntəzəm fiziki aktivlik uşaqların diqqətini cəmləmək, stressi idarə etmək və akademik göstəricilərini yaxşılaşdırmaq baxımından da müsbət təsir göstərir".

Ekspert bu dərslərin effektivliyinin  onların necə keçirilməsindən birbaşa asılı olduğunu qeyd edib. O bildirib ki,  fiziki tərbiyə dərsləri yalnız formal məşqlərlə məhdudlaşmamalı, uşaqların yaş xüsusiyyətləri, sağlamlıq imkanları, maraqları nəzərə alınaraq təşkil olunmalıdır:

"Məlum olduğu kimi, inklüziv təhsilin inkişaf etdiyi bir dövrdə bu dərslərdə fərdi yanaşmalar tətbiq edilməli, sağlamlıq imkanları məhdud uşaqlar üçün uyğunlaşdırılmış fəaliyyətlər təqdim olunmalıdır. Eyni zamanda dərslər risksiz və təhlükəsizlik standartlarına cavab verən idman zallarında aparılmalı, müəllimlər yalnız tədris deyil, həm də motivasiyaedici yanaşma ilə çıxış etməlidirlər".

Ə. Həsənli əfsus ki, bəzi məktəblərdə bu dərslərin formal keçirildiyini xüsusi qeyd edib.  Halbuki bu, yalnız bir dərsin deyil, bütövlükdə gələcək nəsillərin sağlamlığının təhlükə altına düşdüyünü bildirib.:

"Ona görə də, fiziki tərbiyə dərsləri ilə bağlı dövlət siyasətində bu sahəyə yanaşma daha sistemli qurulmalı, məktəblər həm infrastruktur, həm də pedaqoji baxımdan gücləndirilməlidir. Bu fənnin yalnız qiymətvermə predmeti deyil, həyat bacarığı formalaşdıran bir fəaliyyət növü kimi dəyərləndirilməsi vacibdir".

Xeyrənsə Piriyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://news24.az
archiveBu xəbər 14 İyul 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see145

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see140

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see129

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see128

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see125

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri