Valideynlərini itirən uşaqlarla bağlı bu qayda dəyişir
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Valideynlərini itirən uşaqların təhsil üzrə təminatları qaydası dəyişir.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman onlara müvafiq təhsil müəssisəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik müavinət ödəniləcək.
Təminat müəyyənləşdirilən məbləğdə birdəfəlik müavinət formasında olacaq.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 14 Fevral 2025 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















