Van İ: Çin İranın qanuni iddialarını dəstəkləyir
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Pekin, 17 iyun, AZƏRTAC
Çin İranın əsaslı və qanuni iddialarını, öz suverenliyini və təhlükəsizliyini qorumaq səylərini dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bu fikri Çinin xarici işlər naziri Van İ iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında deyib.
Çinin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, nazir Van İ ölkəsinin İranla kommunikasiyanı və koordinasiyanı gücləndirməyə hazır olduğunu, regional sülh və sabitliyə töhfə verməyə davam edəcəyini deyib.
Abbas Əraqçi İran ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında əldə olunan Anlaşma Memorandumunun birinci mərhələsinə dair vəziyyətlə bağlı məlumat verib.
Van İ ölkəsinin ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışladığını bildirib. “Faktlar sübut edib ki, güc tətbiqi problemləri həll edə bilməz, dialoq və danışıqlar isə doğru yoldur”, - deyən Van İ əlavə edib ki, növbəti əsas addım bütün tərəflərin öz öhdəliklərini yerinə yetirməsidir.
O bildirib ki, Hörmüz boğazından gəmilərin keçidi məsələsi beynəlxalq ictimaiyyətin narahatlığı nəzərə alınmaqla düzgün həll olunmalıdır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 17 İyun 2026 20:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















