Van Qoqun 180 milyon dollarlıq tablosu satışdan çıxarıla bilər
Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Vinsent van Qoqun 180 milyon dollar dəyərində qiymətləndirilən əsəri ətrafında sənət dünyasında ciddi mübahisə yaranıb.
Kulis.az xəbər verir ki, yəhudi naşir Samuel Fişerin varisləri rəssamın “Châtaigniers en fleurs” adlı tablosunun “Sotheby’s” hərracından çıxarılmasını tələb edirlər.
Ailə əsərin nasist təqibləri dövründə məcburiyyət altında satıldığını iddia edir.
1890-cı ildə çəkilmiş tablo Nyu-Yorkdakı hərrac həftəsinin ən bahalı əsəri hesab olunur. Varislərin fikrincə, ailənin Avropadan köçərkən əmlakını özü ilə aparmasına qoyulan məhdudiyyətlər satış qərarına təsir edib. “Sotheby’s” isə əsərin mülkiyyət tarixçəsinin geniş araşdırıldığını və restitusiya məsələlərinə ciddi yanaşıldığını bildirib.
Hərrac evi tablonun noyabrın 18-də satışa çıxarılmasının hələ də planlaşdırıldığını təsdiqləyib.
"İrəvan Qazılığının tarixi" kitabının təqdimat mərasimi keçirildi 142 il əvvəl itən intibah dövrü sənət əsərləri bir evin dəhlizində tapıldı "Evliliyin əvvəli və sonu möhtəşəm, lakin ortası cəhənnəmdir..." - Enid Baqnolddan sitatlar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 17 Noyabr 2026 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















