Vans bildirib ki, onun Ukraynaya qoşun göndərilməsi ilə bağlı sözləri təhrif edilib
Icma.az bildirir, Bizimyol portalına istinadən.
Bizimyol.info xəbər verir ki, o, "X" sosial şəbəkəsində qeyd edib ki, ABŞ-ın maraqları olmayan yerdə Amerika hərbçiləri təhlükəyə məruz qalmamalıdır.
"Amerika maraqlarına və təhlükəsizliyinə xidmət etmədiyi yerdə Amerika qoşunları heç vaxt təhlükəyə məruz qalmamalıdır. Bu müharibə Rusiya Federasiyası ilə Ukrayna arasında gedir. "WSJ"nin sözlərimi təhrif etməsi absurddur, lakin təəccüblü deyil, çünki onlar illərdir lazımsız yerə daha çox amerikalı oğul və qızları formada xaricə göndərməyə çalışırlar", - deyə vitse-prezident qeyd edib.
Fevralın 14-də Ceyms Devid Vens "The Wall Street Journal" qəzetinə müsahibəsində bildirib ki, Rusiya dövlət başçısı müharibəni dayandırmaq üçün danışıqlardan imtina edərsə, ABŞ hakimiyyəti Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq edəcək və öz qoşunlarını Ukraynaya göndərəcək.
Onun sözlərinə görə, bu tədbirlər Putini Ukrayna ilə razılaşmaya sövq etmək üçün lazım ola bilər.
O bildirib ki, Ukrayna “suveren müstəqilliyə” malik olmalıdır, əks halda ABŞ Moskvaya qarşı sanksiyalar tətbiq edəcək və Putin Ukrayna ilə Kiyevin uzunmüddətli müstəqilliyinə zəmanət verəcək sülh sazişi ilə razılaşmasa, ola bilsin ki, hərbi əməliyyatlara başlaya bilər.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 15 Fevral 2025 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















