Vaqif Cavadov: Gözəl oyunla vacib üç xal qazandıq İdman və Biz
Icma.az bildirir, Idman.biz portalına istinadən.
"İnkişaf etmək istəyirik. Bugünkü qələbəni şəhərimizə hədiyyə edirik. Gözəl oyunla vacib üç xal qazandıq".
İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov deyib.
Gənc mütəxəssis Misli Premyer Liqasının 14-cü turunda "Şamaxı" üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edib: "Yaxşı komandaya qarşı mübarizə apardıq. Hər iki hissədə daha üstün idik və yaxşı oyun göstərdik. Hər oyun çətindir. Rahatlaşmamışıq, istədiyimiz futbolu nümayiş etdirmək istəyirik. Xallar qazanmaq çox vacibdir. Avrokubok zonası haqda indi danışmaq düzgün olmaz. Amma hər komanda kimi biz də bunu istərdik. Hər oyun bugünkü kimi mübarizə aparsaq, yuxarı sıralarda ola bilərik".
Vaqif Cavadov oyunun biletsiz təşkilinə baxmayaraq, az azarkeş gəlməsinə də münasibət bildirib: "Oyun axşam vaxtlarına düşdü deyə, azarkeş az oldu. İstəyirəm ki, fanatlarımız gəlsin və bizə dəstək olsunlar. Bilirəm ki, gəlməyən fanatların da ürəyi bizimlədir".
Qeyd edək ki, xalını 16-ya yüksəldən "Sumqayıt" 6-cı pillədə qərarlaşıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 24 Noyabr 2024 21:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















