Icma.az
close
up
RU
Vaqif Cavadov: Hər şey cavab oyununa qaldı

Vaqif Cavadov: Hər şey cavab oyununa qaldı

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

"Hər iki tərəf dinamik futbol oynadı. İki komanda da qalib gəlmək istəyirdi. "Sabah"ın da, bizim də şanslarımız var idi. Qol vura bilmədik, lakin qapımızı toxunulmaz saxlamağı bacardıq. Hər şey cavab oyununa qaldı. Komandama təşəkkürümü bildirirəm. Yaxşı oyun nümayiş etdirdilər. Növbəti oyuna hazırlaşacağıq".

İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan kuboku 1/4 final mərhələsinin ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

"Sabah"la 0:0 hesablı nəticəni şərh edən gənc mütəxəssis Premyer Liqada komanda sayının artırılması və legioner limitinin ləğv olunmasına münasibət bildirib: "Bu barədə indi rəy bildirmək tezdir. Strategiyanı hazırlayanlar bəlkə də bizdən, məndən də savadlıdırlar. Bunun nəticələrini növbəti mövsümdə görəcəyik. Milli komandalara necə təsir etdiyini də hiss edəcəyik. Tək əsas milli yox, aşağı yaş qruplarına da təsir edəcək. Limitin ləğvi yerli futbolçulara zərbə ola bilər. Bir baş məşqçi kimi mənim üçün bu, idealdır. Amma digər tərəfdən bizim akademiyalarımız var. 17-18 yaşlı uşaqların indi oynamaq şansları var idi. Amma bu qərardan sonra gənc futbolçular kənarda gözləməli olacaq. Artıq ehtiyatda gənc oyunçular yox, 24-25 yaşlı futbolçular oturacaq. Nüanslar çoxdur. Qərar qəbul olunubsa, razılaşmalıyıq və nəticəsinin necə olacağını gözləməliyik. Premyer Liqada komanda sayının artırılmasına gəldikdə, müsbət məqamdır. Yerli futbolçuların üzə çıxmaq şansları olacaq. Hər klubun öz strategiyası var. "Sumqayıt" öz akademiyasına da güvənəcək. Biz indi limiti yox, kuboku və Premyer Liqanı düşünürük. Azərbaycan futbolunu qaldırmaq lazımdır. Bunun üçün əlimizdən gələni edəcəyik".

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 Fevral 2025 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri