Icma.az
close
up
RU
Vaqif Cavadov “Tvente”yə qarşı oyundan danışdı

Vaqif Cavadov “Tvente”yə qarşı oyundan danışdı

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın futbol üzrə U-20 millisinin baş məşqçisi Vaqif Cavadov “Tvente” ilə bağlı xatirələrini bölüşüb.

İdman.Biz xəbər verir ki, keçmiş yarımmüdafiəçi bu barədə Niderland təmsilçisinin rəsmi televiziyasına açıqlamasında deyib.

Cavadov “Tvente”nin “Qarabağ”la 2009-cu ildə keçirdiyi qarşılaşmanı xatırladıb və həmin matçın onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:

“Klubla görüşdüyüm üçün çox şadam və inanıram ki, bu görüşümüz yeni tarix olacaq. Bu, bizim üçün bir ilk idi. Avrokuboklarda yeni addımlar atırdıq, tanınmağa başlayırdıq. Həmin oyunda Azərbaycanda yaxşı ab-hava var idi. Rəqibin heyətində ustalıq səviyyəsi yüksək olan futbolçular var idi. Mənim üçün xüsusi qarşılaşma idi. “Tvente”nin həmin dönəmdəki baş məşqçisi Stiv Maklaren məni Niderlanddakı matçda görmüşdü. Komandaya qoşulmağıma işarə verdi. Mən də müsbət cavab verdim”.

U-20 millisinin baş məşqçisi ötən illər ərzində həm “Tvente”nin, həm də Azərbaycan futbolunun inkişaf etdiyini vurğulayıb:

“Digər tərəfdən, Stiv Maklaren kimi məşqçinin rəhbərliyi altında yer almaq qürurverici idi. Bu müddət ərzində “Tvente” də böyüyüb. Azərbaycanda da futbol inkişaf edib. “Qarabağ”ın nəticələri möhtəşəm idi. “Sabah”ın UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanması da ölkə futbolunun inkişafı deməkdir”.

Cavadov “Qarabağ” – “Tvente” matçını stadiondan izləyəcəyini və hər iki komandaya uğurlar arzuladığını bildirib:

“Hər kəsə uğurlar arzulayıram. İnanıram ki, güclü olan qələbə qazanacaq”.

Qeyd edək ki, UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” – “Tvente” matçı bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Ağdam təmsilçisi Niderlandda baş tutan ilk görüşdə 1:0 hesablı qələbə qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 27 Avqust 2026 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri