Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Vaqif Həsənov müəllimləri “quş” adlandırıb? MÜRACİƏT

Vaqif Həsənov müəllimləri “quş” adlandırıb? MÜRACİƏT

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Texniki Universitetin bir qrup əməkdaşı kafedra müdirindən şikayətçidir

“Azərbaycan Texniki Universitetində Vaqif Həsənov Enerji Effektivliyi və Yaşıl Enerji Texnologiyaları (YET) kafedrasının müdiri təyin olunduğu gündən kafedra əməkdaşlarına qarşı kobud davranır, hətta onları kafedra iclaslarında təhqir edir. Kafedra iclaslarından birində, ağzının danışığını bilməyən, pedaqoqa yaraşmayan bir tərzdə, kafedra əməkdaşlarına hətta, “mən sizin hamınızın hansı yuvanın quşu olduğunu bilirəm” dedi”.

Bu haqda EE və YET kafedrasının bir qrup əməkdaşı tərəfindən “Hürriyyət”ə daxil olan müraciətdə bildirilir. Müəyyən səbəblərdən adlarının açıqlanmasını istəməyən şikayətçilər deyir ki, V.Həsənovun nalayiq sözləru xanım əməkdaşlar arasında böyük narazılığa səbəb olub. “Görəsən kafedra əməkdaşları “quş”dursa, “quşxana” haradır? Onun elm, təhsil müəssisəsini “quşxana” adlandırması öz səviyyəsini göstərir”, - qeyd edən şilkayətçilərin məktubunu olduğu kimi dərc edirik:

“Vaqif Həsənovun kafedranın cavan əməkdaşlarına, doktorantlara qarşı xüsusi neqativ münasibəti, yerli-yersiz təzyiq etməsi müəllimlərin haqlı narazılığına səbəb olmuşdur. İşə başladığı zaman ayrı-seçkilik etməyəciyini desə də, bir qrup müəllimi ətrafına toplayaraq, digərlərinə təzyiq göstərir. Müəllimləri elmi, pedoqoji fəaliyyətinə, nizam-intizama (elə müəllimlər var ki, günlərlə kafedraya gəlmir) görə deyil, öz istədiyi kimi qiymətləndirir, qanunsuz yollara baş vurur, vəzifə səlahiyyətlərini aşaraq ağlına gələni danışır. Ən acınacaqlısı odur, elə etməyə çalışır ki, müəllimlər xüsusilə universitet və ölkə rəhbərliyindən narazı qalsınlar və məsələ ictimailəşsin.

Yuxarıdakı qanunsuzluqları gah kimlərinsə məsləhəti ilə etdiyini, gah da dərs yükünün azalması ilə (dərs yükünün azalması tamamilə yalandır, ixtisas kafedraları tələbə qəbulunun azalması ilə dərs yükünün azalmasını ən azı iki ildən sonra hiss edir. Dərs yüklərinin bölünməsini gizli şəraitdə apararaq dərs yüklərini gizlədir. Görünür, sonra ya öz yaxınları ilə bölüşəcək, ya da satacaq) əsaslandırmağa çalışır. Kafedra müdiri təyin olunan kimi kafedranın 5-ci korpus 312-ci otağında şəhidin şəklini çıxararaq, öz oğlunun şəklini vurdu.

Ən pis hal odur ki, həmin otaqda öz yaxınları ilə eyş-işrət məclisləri, ad günləri təşkil edir və bu neqativ hallar ən biabırçı formada davam edir. Laboratoriya otağının açarını götürüb özündə saxlayır, o gələndən orda dərslər keçirilmir, ancaq eyş-işrət məclisləri üçün istifadə olunur.

Kafedrada qondarma “vəzifə (müavin)” yaratmışdır və guya o “vəzifəyə” öz adamını təyin etmişdir. Özü də açıq bildirir ki, kimin mənə sözü olsa “müavin”ə desin (bu, açıq-aşkar nə niyyətlə edildiyini göstərir, yəqin “mavin” vəzifəsi özünü maliyyələşdirmə ilə yolu ilə işləyir).

Himayə etdiyi adamlar unversitet rəhbərliyinin verdiyi tapşırıqları, qoyduqları dərkənarları ələ salır, öz aralarında məsxərəyə qoyurlar.

Unversitet rəhbərliyi tərəfindən təqdim olunmuş mükafatlar və maaşlara əlavələrə göz dikir (yəqin onları da 512-ci otaqda eyş-işrətə xərcləməyə cəlb etmək istəyir), həmin mükafatları alan müəllimlərə qarşı ayrı-seçkilik edir.

Semestrin ortasında səs-küylə öz otağını və müəllimlər otağını guya təmir etdirdi, divarlara emusiya, döşəməyə lak çəkdirdi. Lakın iysindən tələbələr və kafedranın bir hamilə müəlliməsi zəhərləndi.

Auditoriyalarda kompüterlər və proyektorlar bərbad gündədir, ancaq o, hayhayla öz otağında zəhərlənmiş müəllimənin ərinə təzə mebel bağlatdırıb (bu məsələlər ortaya çıxdıqdan sonra öz adamlarını və tədris köməkçi heyətini də yığaraq, iş vaxtı, 3-5 gül alaraq həmin müəlliməyə “guya” dəyməyə getdilər).

Kafedra müdiri olduğu təqdirdə universitetə 3 milyonluq qrant gətirəcəyi sözünü heç yada salmır və heç bir xəbər də yoxdur.  Öz kafedrasındakı keçmiş aspirantı Müslümov Əhmədin vasitəsilə və Nəqliyyat fakultəsinin dekanı Allahverdi Şərifovla (Şərifov da tələbələrin başına oyun açır) cinayət sövdələşməsinə girərək,  müəllimlərin hesabına (müəllimlərin maaşını bildiyi kimi xərcləməyə çalışır) detallar aldıraraq, guya laboratoriya - “oyuncaq”lar hazırlatdırır. Söz verdiyi qrantın əvəzinə, belə “oyuncaq”ların, özü də müəllimlərin hesabına düzəlidlməsi   həm acınacaqlı və həm də biabırçılıqır. Bu da onun nə qədər yalançı və saxtakar olduğunu bir daha göstərir.

Ən sadə İKT biliklərinin, hətta tədris yüklərinin bölünməsi haqqında təsəvvürünün belə olmaması kafedra müdiri kimi onu dekan müavininə (həm də kafedranın yarımştat müəllimi) və digər kafedranın müdirinə möhtac etmişdir. Həmin adamlar da vəziyyətdən sui-istifadə edirlər. Yəni Vaqif Həsənovun tədrisdən başının çıxmamaslından istifadə edərəkŞ ona Tədris hussəsinin göstərişinin əksinə olaraq, özlərinə qanunsuz saat hesabı yazdırırlar (bakalavr qiyabi və gündüz qruplarının bir qrup şəklində praktikaya getdiklərini nəzərə almayaraq, onları ayrı-ayrı sənədləşdirib, pulunu alırlar).  İndidən belə başlamışdırsa, nə üçün kafedranın dərslərinin “azaldığı” məlum olur.

Dərslərin azaldığından söhbət edərək müəllimləri narazı salmağa çalışır və bunu kiminsə məsləhəti ilə etdiyini bildirir. Vəzifə səlahiyyətlərini aşaraq ona aid olmayan işlərə qalxır. Qanunsuzluğu, saymazlığı o qədər genişləndirib ki, YTİ-nin keçmiş direktoru Anar Eminovun yerinin boş olduğundan istifadə edərək, heç bir dərəcəsi olmayan, istehsalatda bir gün çalışmayan, Scopusda bir məqaləsi belə olmayan müəllimi, keçmiş aspirant Müslümov Əhmədi (saat hesabları pulun xatirinə) magistrlərin İxtisaslaşmış Şurasına üzv yazmışdır.

Kafedranın təcrübəli müəllimlərinə “dərs yoxdur” deyə dərs ayırmaq istəmir, çox güman ki, həmin müəllimlərin dərslərini Müslümov Əhməd və digər yaxın adamlarına saat hesabı yazaraq, mənimsəyəcəklər.

Kafedra iclasında bildirir ki, dərs olmadığına görə bəzi müəllimlərlə vidalaşacağıq. Müəllimlərdən biri bunu necə edəcyini soruşduqda isə, kəkələyə-kəkələyə bidirir ki, Famil müəllim (Ali Attestasiya Komissiyasının sədri) mənə diplom verib. Bu qədər qanundan xəbərsiz, savadsız biri ancaq AzTU-nu uçuruma aparar, onun fundamentini dağıdar.

Vaqif Həsənov 2019-cu ildə töhmət verilərək AzTU-dan qovulmuşdur. Kafedranın müəllimləri ilə dava salmış, biabırcasına döyülmüşdür. Görünür, o vaxtın qisasını almağa gəlmişdir. Ancaq bu savadla, idarəçiliklə ancaq kafedranı dağıda bilər.

Qeyd etdiyimiz kimi, etdiyi qanunsuzluqlardan, kobudluqlardan guya unversitet rəhbərliyinin xəbəri vardır kimi davranır, bu məsələlər ictimailəşərsə onların adının keçməsinə şərait yaratmağa çalışır.

Onun növbəti qanunsuzluqlarından biri, kafedranın tədris-köməkçi heyətini “çayçı” kimi çalışdırmasıdır. Tədris-köməkçi heyətinin hansı vəzifə təlimatında yazılıb ki, kafedra müdirini çayla təmin etməlidir. Vəzifə təlimatlarında varsa və ya hörmət əlaməti olaraq bu işi edirlərsə nə üçün digər yaşlı elmi-pedoqoji kadrlarada eyni xidməti göstərmirlər? Bu məsələdə işıq üzü gördükdən sonra, ört-basdır etdirmək üçün adamlarına göstəriş verərək, kafedranı nəinki çayxanaya, indi də “kafeyə” çevirir. Yeməklər, salatlar gətirilib kafedrada paylanılır. Göstərmək istəyir ki, tədris-köməkçi heyətinin “çayçı” kimi işlədilməsi normal imiş. Tədris müəssisəsi ictimai-iaşə obyektinə çevrilib.

“Himayəsinə” aldığı müəllimlər tələbələrə kobuda davranır, qiymətlərini düzgün vermirlər. Bu hərəkət qardaş Türkiyənin vətəndaşına qarşı da edildikdə, türk tələbə etirazını bildirmişdi. Lakin Vaqif Həsənov onun iradına məhəl qoymamış, onu dinləməmişdi belə. Türk tələbə o qədər haqsızlığa uğrmışdı ki, Vaqif Həsənova “Allah sənin bəlanı versin” demişdi. Lakin belə sözlər onun vecinə deyil, sanki bu kimi pis işlərdən zövq alır. 

Vaqif Həsənovun qeyd olunan qanunsuzluqları, özbaşınalıqları və vəzifə səlahiyyətlərini aşmasının qarşısının vaxtında alınmaması Azərbaycan Texniki Universitetinin və ümumilikdə təhsil sistemi üçün mənfi nəticələrə gətirib çıxara bilər.

Ümid edirik ki, dövlətimizin universitet əməkdaşlarının  sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyü alqışlanacaq tədbirlərə Vaqif Həsənov kimi şəxslərin kölgə salmasına imkan verilməyəcəkdir”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 İyul 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see642

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see315

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see300

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see288

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see285

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see272

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see265

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see264

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see259

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see256

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see246

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see242

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see222

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see213

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see212

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see212

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see206

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see201

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see198

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri