Icma.az
close
up
RU
Vaqif Sadıqov: “Futbol da siyasətin bir qoludu” Təbriz inamla çempionluğa doğru addımlayır!

Vaqif Sadıqov: “Futbol da siyasətin bir qoludu” Təbriz inamla çempionluğa doğru addımlayır!

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Həftəsonu İranın futbol çempionatında 25-ci turun oyunları keçirilib.

Çempionluğa ən real namizəd olan “Traktor” cümə günü evdə prinsipial rəqiblərindən “Esteqlal”la oyuna çıxıb. 12-ci dəqiqədə avtoqola üzülən təbrizlilər elə ilk yarıda irəli çıxıb – 2:1. Qələbə hesabını qoruyan “qırmızılar” 54 xalla turnir cədvəlinə başçılıq edir. “Traktor”un ən yaxın izləyicilərindən “Sebahan” “Alüminium”la səfər oyununda gözlənilmədən xal itirib (1:1), “Persepolis” evdə Xuzistan “Esteqlal”ı ilə heç-heçə (0:0) edib. Bir sözlə, bu turun bütün nəticələri qardaşlarımızın çempionluğu üçün yol açıb. “Traktor”un hələ ehiyatda bir oyunu da var. “Sebahan”ın 50, “Persepolis”in 48 xala malik olduğunu da xatırladaq.
Daha bir maraqlı məqam odu ki, cari mövsümdə hakimlər “Traktor”un xeyrinə bircə dəfə də penalti təyin etməyib. 26-cı turun proqramına gəlincə, təbrizlilər aprelin 11-də “Çadormolu”nun qonağı olacaq, “Sepahan” isə “Mes Rəfsəncan”ı qəbul edəcək. “Çadormolu” 30 xalla 6-cı, “Mes Rəsfancan” 24 xalla 14-cü pillədədi. Aşağı liqaya düşməmək uğrunda mübarizə aparan “Mes Rəfsəncan”a qələbə hava-su kimi lazım olduğundan, “Sepahan”ın bu oyunda da xal itirmək ehtimalı realdı.
İranda iş təcrübəsinə malik olan Vaqif Sadıqovla “Traktor”un mümkün çempionluğu, bu uğurun Güney Azərbaycan türkləri üçün əhəmiyyəti haqda danışdıq:

“Traktor”un birinci yerdə olması bizi sevindirir. Özüm də İranda işləyən vaxtlarda azarkeşlər hamımızı heyrətləndirirdi. Onların “Azərbaycan” şüarı o vaxt da var idi, indi də var. Öz yurdumda olduğumu çox yaxşı hiss edirdim. Orda müsahibə verəndə də bunu demişəm: dinimizin, dilimizin bir olması doğmalığımızı hiss etdirirdi. Önəmli olan budu ki, onlar həmişə Azərbaycanı təmsil etdiklərini bildirməyə çalışırlar. Deyirlər ki. futbol siyasətdən kənardı. Amma mən deyərdim ki, futbol siyasətin bir qoludu. Güney azərbaycanlıları və bütün azərbaycanlılar üçün bu çempionluq çox önəmlidi. Bu gün də İran çempionatını izləyirəm, “Traktor”a uğurlar arzulayıram”.


MÜZƏFFƏR QULUZADƏ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Aprel 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri