“Vaqner” bu ölkədən çıxdığını bəyan etdi
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyada yaradılan və bir çox ölkələrdə fəaliyyət göstərən “Vaqner” hərbi şirkəti Malidən çıxdığını bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Vaqner” rəsmi bəyanat yayıb.
Bildirilib ki, hərbi qruplaşma 3 ildir Malidə həyata keçirdiyi əməliyyatı uğurla başa çatdırıb və bu ölkədəki üsyançı qüvvələr və onların hərbi rəhbərləri zərərsizləşdirilib.
Açıqlamada Malidəki hərbi əməliyyatlara “Vaqner” hərbi şirkətinin formalaşdırdığı “Africa Corps” qrupunun nəzarət edəcəyi vurğulanıb.
Qeyd edək ki, 2013-cü ildə Malidə başlayan üsyanlardan sonra Fransa bu ölkəyə hərbi qüvvə göndərmişdi. Lakin 2022-ci ildə Fransanın oranı tərk etməsi ilə Rusiyanın nəzarətində olan hərbi şirkət Malidəki vəziyyəti nəzarətə götürmüş və ölkənin hərbi rəhbərliyi ilə birgə fəaliyyətə başlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 07 İyun 2025 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















