Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

“VAR ın yoxluğu “Araz Naxçıvan”ın işinə yaradı”

“VAR ın yoxluğu “Araz Naxçıvan”ın işinə yaradı”

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Bu həftə Azərbaycan futbolunda bayram idi. Avrokuboklarda çıxış edən dörd klubumuzdan üçü növbəti mərhələyə adladı.

Bəs təmsilçilərimizin oyunlarının idarəçiliyi necə idi?
Sabiq referi Ağahüseyn Əzizov bu haqda “Futbol+”ə danışdı.
Qarabağ – Şelburn, ANDREA KOLOMBO
"Qarabağ"ın cavab matçı ərəfəsində 3 top öndə olması italiyalı Andrea Kolombonun başçılıq etdiyi briqadanın işini müəyyən qədər asanlaşdırmış, bu da onların meydana psixoloji cəhətdən rahat çıxmasına şərait yaratmışdı. Birinci hissədə meydanda başverənlər hakimlərə çətinlik törətmədi. Qərarlar oyunun ruhuna uyğun idi. 12-ci dəqiqədə Bəhlulun hava topu uğrunda mübarizədə dirsəyindən istifadə etməsi şifahi xəbərdarlıqla nəticələndi. Hərçənd sarı vərəqə də göstərilə bilərdi. Hakim oyunun əvvəli olduğuna və vəziyyəti dramatikləşdirmək istəmədiyinə görə sərt qərar vermədi. 15-ci dəqiqədə kapitan Koylun "Qarabağ"ın perspektivli hücumunun qarşısını alması epizodunda da referi əlini cibinə atmadı. Halbuki qayda pozuntusu bir qədər irəlidə baş versəydi, inzibati sanksiya tətbiq edə bilərdi.
İkinci hissədə də hakimlərin qərarları səliqəli idi. Belə ki, 67-ci dəqiqədə rəqibin müdafiəçisi Leduic cərimə meydançasında aşkar əllə oynamışdı. Penalti qərarı şəksiz idi. Oyunun sonlarında "Şelburn"un ardıcıl 3 sarı vərəqəsi də layiqli idi. Əsas vaxta 3 dəqiqə artırılması da hesaba görə idi. Hərçənd minimum 5 dəqiqə artıra bilərdi. Çünki altısı iki dəfəyə olmaqla 10 əvəzetmə və bir neçə dəfə dayanmalar olmuşdu. “Böyük beşlik” ölkəsini təmsil edən hakimlər üçün bu səviyyəli oyun problem yaratmamalı idi və yaratmadı da.
Sabah – Petrokub, DANİLO NİKOLİÇ
Danilo Nikoliçin başçılıq etdiyi serbiyalı hakimlər briqadasının işi o qədər çətin alınmadı. Oyun xarakter etibarı ilə ağır deyildi. Birinci hissədən sonra cütün taleyinə böyük ölçüdə aydınlıq gəldiyindən intriqa aradan qalxdı və idarəçilik xeyli asanlaşdı. Çünki oyunda komandalar arasında tarazlıq nə qədər yüksək olursa, hakimlər bir o qədər gərgin olurlar. Gənc serb hakim də ikinci hissədə “oyunun ipini əlində saxlamağı” bacardı. Kobud oyunu vaxtında cəzalandırdığından ehtirasların qızışmasına şərait yaratmadı. Həmçinin köməkçilər də oyundankənar vəziyyətləru düzgün qeydə aldı.
Aris - Araz-Naxçıvan, DEVİD DİKİNSON
Şotlandiyadan olan hakimlər özləri də oyunun çətin keçəcəyini, yəqin ki, təxmin etmişdilər. Belə də oldu. Artıq 3-cü dəqiqədə Dikinsonun 3 sarı vərəqə göstərməsi oyunda qırmızı vərəqə olacağı ehtimalını xeyli artırdı. Konfrans Liqasının bu mərhələsində VAR sisteminin tətbiq olunmaması da "Araz"ın işinə yaradı desək, yəqin ki, yanılmarıq. 7-ci dəqiqədə topsuz sahədə Patrik Andradenin rəqibin ayağının qorunmayan hissəsinə çıxması ciddi qayda pozuntusu idi və bu qırmızı vərəqəylə cəzalandırılır. Bunu baş hakim görmədisə, yaxınlıqda olan ehtiyat hakim görə bilərdi. Lakin epizod onun da gözündən yayındı. Nəticədə nəinki qırmızı, heç sarı vərəqə də göstərilmədi. Beləcə bəxti üzünə gülən "Araz" 4 dəqiqə sonra hesabı açdı.
36-cı dəqiqədə yunanların qapısına verilən penalti haqlı qərar idi. 52-ci dəqiqədə İqor Ribeyro “sonuncu ümid folu”na görə meydandan qovuldu və komandanı azlıqda qoydu. Oyunda diqqəti çəkən məqam yunan futbolçuların rəqibə hədsiz hörmətsizlik göstərməsi idi. Bu hal bir neçə dəfə təkrarlandı. Onlar FİFA-nın "feyr-pley" prinsipinə yumşaq desək, arxa çevirdilər. İki komandaya ümumilikdə 13 sarı və 1 qırmızı vərəqə göstərilməsi oyunun kobud məcrada keçməsindən xəbər verir.
Yunanlar oyundan sonra da məğlubiyyətlə barışmadılar. İlk qolun müəllifi Fabiano oyundan sonra passivinə hər iki rəngdə vərəqə yazdırdı. Düşünürəm ki, Patrik Andradeyə görə tətbiq edilməyən inzibati sanksiyaya görə onların etiraz etməyə haqları olsa da, meydanda özlərini qeyri-etik və centlmenlikdən uzaq aparmaları yaxşı hal deyil. Belə davranışı yunan azarkeşlərdən görmüşdük, bu dəfə isə estafet futbolçulara keçdi. Devid Dikkinsona gəlincə, çox güman, bir müddət avrokuboklarda onu görməyəcəyik...
Hayduk - Zirə, LUKA PAYRETTO
AÇ-96-nın finalını idarə etmiş məşhur italiyalı Pyerluici Payrettonun oğlu Luka "Hayduk" - "Zirə" matçında söz sahibi idi. Ümumilikdə oyunun öhdəsindən gəlsə də, bir epizodda qətiyyətsizliyi diqqəti çəkdi. Belə ki, 68-ci dəqiqədə hücumda olan Cibrilanın əlinə topun dəydiyini iddia edən və Lukaya tərəf cumaraq aqressiv etiraz bildirən rəqib futbolçuya mübaliğəsiz sarı vərəqə göstərilməliydi. Lakin Xorvatiyaya qonşu, bu ölkə kimi sahilini Adriatik dənizinin yuduğu İtaliyadan olan hakim nədənsə bunu etmədi. Halbuki oyunçu bunu nümayişkaranə və aqressivcəsinə etmişdi.
Qalan epizodlarda nəzərəçarpan səhvlər olmadı. Göstərilən vərəqələr də yerində idi.
MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Avqust 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see401

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see346

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see331

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see330

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see312

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see306

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see302

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see259

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see246

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see242

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see237

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see231

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see225

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see219

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see210

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see206

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see201

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see181

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri