Icma.az
close
up
RU
VAR OL, MİLLİ ORDUM!

VAR OL, MİLLİ ORDUM!

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nurəddin İSMAYIL

26 iyun Azərbaycan Milli Ordusunun yarandığı gündür. Bu gün Milli Ordumuzun yaranmasının 107 ili tamam olur.

Azərbaycan Demokratik Respublikası yarandığı gündən hansı məşəqqətli, təlatümlü bir yol keçmişsə, onun Milli Ordusu da keçilən yolun həmin ağrılı proseslərini yaşamış. Başında general Səməd bəy Mehmandarov və general Əliağa Şıxlinskinin durduğu ordumuz ilk günlərdən o zaman cərəyan edən hərbi hadisələrin qaynar nöqtəsinə atılmış va Nuru Paşanın komandanlığındakı xilaskar Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzalarını erməni-daşnak iğalından azad etmişdir.

Cümhuriyyət ömrü qədər yaşayan Milli Ordumuz Milli Respublikanın varlığına son qoyan sovet rejimi tərəfindən ləğv edilmiş və onun ən parlaq hərbi simaları sürgün edilərək, sonradan vəhşicəsinə güllələnmişlər. Müstəqilliyimizin bərpasından sonra Milli Ordumuz yenidən dirçəlmiş və bu gənc ordu bu dəfə də az bir qüvvə ilə Qarabağımızı işğal edən rus-erməni hərbi cütlüyünə qarşı amansız döyüşlərə atılmışdır.

Onminlərlə can və iyirmi faiz torpaq itkisi ilə nəticələnən Birinci Qarabağ savaşı Azərbaycanı zorən atəşkəsə sürükləmiş və tarixi ərazilərəmiz erməni təcavüzünün işğal obyektinə çevrlmişdi. Lakin bu otuz il, işğal fəlakəti ilə yanaşı, Azərbaycan Milli Ordusunun yenidən formalaşması, hərbi gücünün artması, milli kadrların irəli çəkilməsi ili olmuşdur. Sonda hər şey öz bəhrəsini verdi. Ən yüksək hərbi səviyyədə formalaşan, müasir hərbi texnologiyaya yiyələnən, sıralarında peşəkar zabit heyətinin, vətən naminə ölümə hazır olan əsgərlərin yetişdiyi Ordumuz, böyük qəhrəmanlıq örnəyi göstərərək, işğal altına salınmış torpaqlarımızı düşmən tapdağından azad etmişdir.

Bir zamanlar çar Rusiyası və sonra isə sovet hökuməti dövründə orduya buraxılmayan, ya da buraxıldığı halda yüksək hərbi postlar tutmasına etibar edilməyən Azərbaycan hərbiçiləri İkinci Qarabağ müharibəsində hansı gücə, hansı peşəkarlığa, hansı milli ruha qadir olduğunu sübut etdi və özünü qədim Afina döyüşçüləri ilə müqayisə edən fərsiz erməni hərbçilərini dizi üstə qoydu.

Təkcə Şuşanın alınmasında göstərilən hərbi peşəkarlıq dünya hərb tarixinə görg olan bir hadisə oldu. Adi yüngül silahlarla təchiz edilmiş xüsusi təyinatlılarımız günlərlə keçilməz yolları, sərt qayaları aşaraq ən yüksək səviyyədə müdafiə olunan, səngərlərlə əhatə edilən, hərbi yüksəklikləri əldə saxlayan düşmən qüvvələrini bir həmlə ilə məhv edib sıradan çıxardı.

44 günlük Vətən müharibəsi, bir günlük antiterror əməliyyatı 30 il rus silahına, məkrli rus siyasətinə söykənən Ermənistan təcavüzünə son qoydu. Xalqın gücünə, yekdilliyinə, dövlət başçısının, Ali Baş Komandanın hərbi uzaqgörənliyinə, siyasi iradəsinə arxalanan ordumuz hərb tarixində elə bir uğurlara imza atdı ki, onun mislini görmək mümkün deyil.

Mübariz İbrahimli ilə başlayan, Polad Həşimovla kuliminasiya nöqtəsinə çatan hərbi cəsurluq Hikmət Mirzəyevin və digər komandanların döyüş qabiliyyəti ilə hərbi fəthlərlə nəticələndi. Bu qəhrəmanlıqlar hər bir hərbi çağırışçını hərbi hissəyə çatmadan döyüşə səslədi, həddi buluğa çatmış hər bir fərd əsgər olmağın, əsgərlə birgə nəfəs almağın qürurunu yaşadı.

Azərbaycan ordusu hərbi coşqunluğun, ölümün gözünə dik baxmağın, yaralı silahdaşı çiynində düşmən üstə addımlamanın, son vəsiyyətini edib şəhid olmanın, sinəsini düşmən hücumuna tuş edərək qazi olmanın, zabiti ilə əsgərin eyni səngərdə şücaət göstərməsinin, ona qarşı yönələn fars, rus, erməni silahının qarşısında dik durmanın, yanmış, külə dönmüş qədim yurd yerlərində didərgin düşən ruhların çağırışına canatmanın, hərbi vicdanın, namus və şərəfin əsl rəmzinə çevrildi.

Şəhidlər verən, qazilər yetidirən milli ordumuz 30 il qaramat basmış simalarda təbəssüm yaratdı, zorla boyumuza biçdirilən namussuzluq pərdəsini yırtdı, əsir düşən, namusuna təcavüz edilən qız-gəlinin qisasını aldı, torpaq həsrəti ilə dünyadan köçənlərin ruhunu şad etdi, qalanların könlünü oxşadı.

Var ol, Milli Ordum, var ol Azərbaycan generalı, var ol Azərbaycan əsgəri!

Min il keçər, sənin hərb tarixinə yazdığın parlaq səhifə tarixin yaddaşından silinməz.

Gününüz, günümüz qutlu olsun!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 İyun 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see147

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see147

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri