Icma.az
close
up
RU
Kor ol, kar ol, lal ol... KÖŞƏ

Kor ol, kar ol, lal ol... KÖŞƏ

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müasir gənclərin bizi bəzən qınaması, vallah, heç də yersiz deyil. Son zamanlar onların üstünə çox gedirik, bəzi məsələlərdə çox deyinirik, onları tənbeh edirik. Onlar da bizə “siz geridə qalmısınız, bu, belə deyil, bizim bildiyimiz, etdiyimiz kimidir”,-deyirlər.

Məsələn, bəzi gənclərimiz var ki, ictimai yerlərdə ucadan danışırlar, deyib-gülürlər. Biz də onları görəndə cin atına minirik. İstər-istəməz onlar barədə danışanda, qınayanda, cavabımızı belə alırıq ki, ay yazıqlar, müasir dövrdür, indi alçaqdan yox, ucadan danışmaq lazımdır ki, hər kəs eşitsin, gülsün, kefi açılsın. Bir də ki, ucadan danışmaq, gülmək dəbdir.

Tez-tez yolda, metroda, avtobusda, mağazada ağzında saqqız şövqlə çeynəyən gənclər görürsən. Yadına düşür ki, valideynlərimiz deyərdi, ictimai yerdə saqqız çeynəmək mədəniyyətsizlikdir, insanlara qarşı hörmətsizlikdir. İstəyirsən ki, bu tövsiyəni bəzi gənclərə edəsən. Qayıdıb nə desələr yaxşıdır? Saqqız çeynəmək müasirlikdir. İndi artıq sizin dövrünüz deyil. Saqqız təravətli nəfəsdir... Həm də dəbdir, məxsusilikdir.

Bu cavabı eşidəndə nə edirsən, matın-qutun quruyur.

Hazırkı cəmiyyətin müasirliklərindən biri də bəzi gənclərimizin geyimləridir ki, qızların yay-qış göbəkləri bayırdadır. Deyirsən, ay bala, bu nə geyimdir, axı sənə soyuq dəyər, xəstə olarsan, sabah bir qapını açıb gəlin gedəcəksən, ana olacaqsan. Nə üçün qorxmursan ki, səni bu geyimlə bəyənən olmaz? Nə desələr yaxşıdır? Cəhənnəmə bəyənsin, gora bəyənsinlər. İndi belə geyim bütün dünyada dəbdir. Bu, mənim tərzimdir, kim məni bəyənərsə, bu geyimlə də qəbul etməlidir.

Aldın cavabını, gözüm kəllənəmi çıxdı?

Bir də baxırsan ki, qarşıdan bir dəstə gənc oğlan gəlir. Birinin şalvarının dizi yoxdur, birinin saqqalı sinəsində, birinin saçı qalxıb göyün yeddinci qatına, o birinin saçı bir neçə rəngdədir, o birinin corabının bir tayı bir rəng, o biri tayı başqa rəngdir. Baxırsan-baxırsan, vallah, bilmirsən güləsən, ağlayasan, nə edəsən. Yeri gələndə söhbət açıb deyirsən ki, ay bala, kişinin kişi geyimi olar. O dizi yox şalvarı kişi əyninə geyinər məgər? O qadın saçı ilə kişi bayıra çıxar? Niyə o saçlarını qaydasında kəsdirmirsən? O corabı geyinəndə görmürsən ki, taykeşdir? Və yaxud da o saçını niyə çəhrayı rəngə boyamısan?

Hə, bunları deyib öyüd-nəsihət verəndə adamın üzünə elə qabarırlar ki, yerindəcə donub qalırsan. Cavabları isə bu olur ki, ay yazıq, sən keçmişdən gəlmisən. Biz isə bu gündə yaşayırıq. Buğunun dəbi budur. Həm də ki, kim istəyir cırıq şalvar geyinməsin, corabını taykeş yox, cüt geyinsin, saçını göyə qaldırmasın, yerə endirsin, rəngləməsin, öz rəngində saxlasın, onlardan bizə nə? Bu, bizim tərzimizdir.

Sən də udquna-udquna qalırsan, söz tapıb deyə bilmirsən. Bir də ki, axı nə deyəsən? Səni elə yerində oturdurlar ki, cınqırın da çıxmır.

Hə, elə qızlarımız var ki, əyinlərindəki bir qarışdan da qısa ətəklərini görəndə, deyirsən ki, İlahi, yəqin bunlar evdən çıxanda analarının başı mətbəxdə iş-gücə qarışıbmış, yoxsa... Fikirləşirsən ki, mən də olum bunun anası, nə olar, gəncdir, başa salım, düz yol göstərim. Deyirsən ki, qızım, bu ətəyin bir azacıq uzun olsa, sənə çox gözəl yaraşar. Qayıdıb sənə nə desə, yaxşıdır? “Sən get öz qızına yol göstər. Mən evdən çıxanda görənim var. Bir də axı sən nə bilirsən, müasirlik nədir, dəb nədir? Sizlər XX əsrdə qalmısınız, indi XXI əsrdir”.

Deyirsən ki, dilim, dilim-dilim olasan, farağat dayan da. Düz deyir də, anası var, evdən çıxanda görməyib məgər? Görməyib də özü bilər, görərdi də...

Heç nə, ta nə edəsən ki? Nə də etməlisən ki? Kor ol, görmə, kar ol, eşitmə, lal ol, danışma. Danışarsan, cavabını alarsan...

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:252
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Sentyabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see456

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see324

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see302

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see273

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see243

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see243

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see241

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see239

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see232

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see219

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see217

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see204

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see204

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see203

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see201

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see197

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see196

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see195

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see193

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri