Icma.az
close
up
RU
Vardanyan yenidən hakim qarşısına çıxarılıb

Vardanyan yenidən hakim qarşısına çıxarılıb

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyunun 24-də davam etdirilib.
Reyting.az
xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Əvvəlcə təqsirləndirilən Ruben Vardanyan işə baxan məhkəmə kollegiyasına yenidən etirazını bildirib.
Təqsirləndirilən şəxs qeyd edib ki, cari ilin yanvar və fevral aylarında keçirilmiş məhkəmə iclaslarının protokolları ilə tanış olub və həmin protokollarda müdafiə tərəfinin vəsatətlərinə münasibət bildirilməsi onda məhkəmə kollegiyasının iş üzrə obyektiv, qərəzsiz olacağına şübhələr yaradır. Buna görə də məhkəmə kollegiyasına etiraz edir.
Təqsirləndirilən şəxsin müdafiəçisi Avraam Berman etirazı müdafiə edib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev etiraza münasibət bildirərək deyib ki, müdafiə tərəfinin məhkəmə iclas protokollarında yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək hüququ var. Məhkəmə iclas protokolunda hər hansı xüsusatın qeyd edilməməsi və ya prosessual iştirakçıların vəsatətinin təmin olunmaması məhkəmə kollegiyasına etiraz üçün əsas hesab edilmir. Bu səbəbdən dövlət ittihamını müdafiə edən prokuror vəsatətin baxılmamış saxlanılmasını məhkəmədən xahiş edib.
Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təmin olunmamasını məhkəmədən xahiş ediblər.
Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra müdafiə tərəfinin etirazına dair məhkəmə qərarı elan edilib. Qərara əsasən, etiraz baxılmamış saxlanılıb.
İclasa sədrlik edən Zeynal Ağayev qərarı əsaslandıran zaman vurğulayıb ki, müdafiə tərəfi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret dəlillər təqdim etməyib.
Sonra məhkəmədə Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıq siyasəti nəticəsində törədilmiş cinayət hadisələri zamanı zərər çəkənlər, habelə zərərçəkmişlərin hüquqi varisləri ifadə veriblər.
Zərərçəkmiş şəxsin hüquqi varisi Elxan Novruzəliyev ifadəsində övladı Orxan Novruzəlizadənin Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu söyləyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Məlahət Həsənova ifadəsində övladı Elşad Həsənovun Laçında düşmən tərəfindən açılan atəş nəticəsində həlak olduğunu deyib.
Şaban Bilalov ifadəsində qardaşı Sərxan Bilalovun Ağdərə istiqamətində həlak olduğunu bildirib.
Zərərçəkmiş şəxs Emin Quşçiyev ifadəsində Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində yaralandığını qeyd edib.
Zərərçəkən Tural İsmayılzadə isə deyib ki, düşmənin törətdiyi təxribat zamanı qəlpə yaraları alıb. Belə ki, Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin artilleriya silahlarından açdığı atəş nəticəsində mərmilərdən birinin yanına düşərək partlaması nəticəsində sağ əlindən xəsarət alıb. O, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında bildirib ki, hadisə vaxtı yanında olan Məhəmməd Qarayev həlak olub, bir neçə nəfər isə yaralanıb.
Zərərçəkən Kənan Qasımov dövlət ittihamçısı Fuad Musayevin sualına cavabında diqqətə çatdırıb ki, Xocavənd rayonu istiqamətində düşmənin atdığı dron mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində yanında olan Murad Axundov və Ərzullah Həsənli həyatlarını itirib, o və yaxınlığındakı digər şəxslər müxtəlif xəsarətlər alıb.
Zərərçəkmiş şəxs Poladxan Babayev dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandırarkən Şuşa rayonunun Xəlfəli kəndində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində xəsarət aldığını, həmin vaxt yaxınlığında olan Əlizamin Bədirovun da yaralandığını söyləyib.
Elnur Kələntərov isə bildirib ki, o, Ağdam istiqamətində Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin müxtəlif çaplı artilleriya silahlarından və minaatanlardan atdığı mərminin yaxınlığında partlaması nəticəsində sağ və sol ayaq, sol kürək və üz nahiyələrindən qəlpə yaraları alıb. Zərərçəkən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında deyib ki, həmin vaxt düşmən fasiləsiz olaraq atəş açıb.
İfadə verən Fərid Məhəmmədov Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən basdırılmış minaya düşərək özünün və Şəhriyar Hüseynovun xəsarət aldığını deyib. Təxliyə zamanı isə daha üç nəfər – Şükür Zeynalov, Kamil Musayev və Rafiq Adışlı yaralanıb.
Nəsimi Mahmudov ifadəsində Ağdərə rayonunun Canyataq kəndində güllə xəsarəti aldığını, ardınca yaralı vəziyyətdə minaatan mərmisinin partlaması nəticəsində ikinci dəfə yaralandığını qeyd edib.
Zərərçəkmiş Rəvan Muradov Kəlbəcərdə düşmənin açdığı atəş nəticəsində yaralandığını söyləyib.
Zərərçəkən Aslan Hacıhəsənov dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabında deyib ki, düşmən təxribatı nəticəsində onun yanındakı 4 nəfər həlak olub. Minaatan mərmisinin yaxınlığında partlaması nəticəsində isə o və Xəyal Canbaxışov xəsarət alıblar.
Kənan Alməmmədov Xocavənd rayonunda düşmən tərəfindən açılan atəş nəticəsində qəlpə yarası aldığını deyib.
Zərərçəkmiş şəxs Afiq Kərimov Ağdam rayonunda artilleriya atəşi nəticəsində xəsarət aldığını bildirib.
Vaqif Salmanov Xankəndidə düşmənin minaatandan açdığı atəş nəticəsində yaralandığını vurğulayıb.
Zərərçəkmiş Rafiq Bəkirov Laçın rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən minaatandan açılan atəş nəticəsində yaralandığını bildirib.
Zərərçəkmiş şəxs Konsul Qasımov isə ifadəsində Xocalıda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəşlər nəticəsində özünün, Nihad Seyidzadənin və Murad Hüseynovun müxtəlif növ bədən xəsarətləri aldıqlarını söyləyib.
Məhəmməd Quliyev deyib ki, Xocavənd istiqamətində minaatandan atəş açılması və bu zaman partlamış minanın qəlpələrinin ətrafa yayılması nəticəsində yaralanıb. O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabında qeyd edib ki, həmin vaxt Murad İsgəndərov həlak olub.
Zərərçəkmiş şəxslər Qara Əsgərov, Mahir Mehdiyev, İsgəndər Mustafayev, Rəşid Bəşirov müxtəlif istiqamətlərdə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəşlər nəticəsində xəsarətlər aldıqlarını diqqətə çatdırıblar.
Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.
Məhkəmənin növbəti iclası iyulun 1-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur(Azertac).



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://reyting.az
archiveBu xəbər 24 İyun 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see419

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see263

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see263

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see256

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see246

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see233

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see232

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see230

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see227

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see224

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see222

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see220

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see216

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see216

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see213

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

14 Sentyabr 2026 13:34see213

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see211

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see209

Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi (Video)

14 Sentyabr 2026 14:11see205

​YENİ TƏDRİS İLİ, KÖHNƏ PROBLEM... Bakını nə gözləyir?

14 Sentyabr 2026 10:43see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri