Icma.az
close
up
RU
Vardanyanı sevindirən xəbər: Oğlu ilə danışdı, Bakıya qarşı səfərbərlik başladı

Vardanyanı sevindirən xəbər: Oğlu ilə danışdı, Bakıya qarşı səfərbərlik başladı

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunan və hazırda Bakıda məhkəməsi davam edən erməni hərbi cinayəkarlardan Ruben Vardanyanın ətrafında beynəlxalq miqyasda gedən proseslər yenidən diqqət mərkəzinə düşüb. Son dövrlərdə Fransa mediası və bu ölkədə fəaliyyət göstərən PR şəbəkələrinin fəallaşması Vardanyanla bağlı informasiya kampaniyasının planlı şəkildə aparıldığını göstərir. Separatizmi açıq və ya dolayı yolla himayə edən dairələrin təşəbbüsü ilə beynəlxalq mediada Vardanyanın “müdafiəsi” qurulur, siyasi və hüquqi məsuliyyət məsələsi manipulyativ narrativlərlə kölgədə saxlanılır.

Xüsusilə Vardanyanın Fransa mənşəli PR şirkəti ilə, o cümlədən oğlu vasitəsilə əlaqə qurması, ona mediada davranış və mesaj ötürülməsi ilə bağlı təlimatlar verməsi bu prosesin təsadüfi deyil, mərkəzləşdirilmiş strategiyanın tərkib hissəsi olduğunu göstərir. Bu, təkcə fərdi müdafiə cəhdi yox, eyni zamanda Azərbaycana qarşı informasiya-siyasi təzyiq mexanizminin işə salınması kimi dəyərləndirilir.

Beynəlxalq arenada formalaşdırılmağa çalışılan bu təhrif olunmuş təsvirin arxasında hansı siyasi məqsədlər dayanır və Fransa bu prosesdə niyə yenidən ön plandadır? Separatçılıqla bağlı məsuliyyət daşıyan bir fiqurun “humanitar obraz” altında təqdim olunması regiondakı real güc balansına və hüquqi proseslərə necə təsir göstərə bilər?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Beynəlxalq mediada Ruben Vardanyan ətrafında formalaşdırılan təhrif olunmuş təsvir təsadüfi deyil və konkret siyasi məqsədlərə xidmət edir:

“Burada əsas hədəf Vardanyanı hüquqi məsuliyyət daşıyan separatçı fiqur kimi deyil, “humanist”, “siyasi qurban” obrazında təqdim etməklə onun barəsində aparılan istintaq və məhkəmə prosesini siyasiləşdirməkdir. Bu yanaşma xüsusilə Fransa kimi bəzi Qərb paytaxtlarında Ermənistan yönlü dairələrin maraqları ilə üst-üstə düşür. Parisin regionla bağlı ənənəvi mövqeyi, eləcə də erməni lobbisinin Fransa siyasi və media mühitindəki təsir imkanları Vardanyan mövzusunda bu ölkəni yenidən ön plana çıxarır.


Qabil Hüseynli

“Humanitar obraz” üzərindən aparılan kampaniya əslində hüquqi müstəvidə cavab verməli olan bir şəxsin məsuliyyətdən yayınmasına zəmin yaratmağa hesablanıb. Bu, həm də beynəlxalq ictimai rəyin manipulyasiyası yolu ilə regiondakı real güc balansını informasiya müstəvisində dəyişmək cəhdidir. Məqsəd Azərbaycanın legitim hüquqi addımlarını şübhə altına almaq, Bakı üzərində siyasi-diplomatik təzyiq formalaşdırmaq və prosesləri ikili standartlar prizmasında təqdim etməkdir.

Bakı üçün bu cür informasiya hücumları yeni deyil, ölkəmiz son illərdə bu tip kampaniyalara qarşı sistemli reaksiya formalaşdırıb. Azərbaycan beynəlxalq hüququn norma və mexanizmlərinə istinad etməklə Vardanyanın fəaliyyətinin mahiyyətini, separatçılıqla bağlı rolunu və məsuliyyətini faktlar üzərindən təqdim edir. Eyni zamanda rəsmi Bakı informasiya müstəvisində də daha aktiv mövqe tutur, xarici media və diplomatik kanallar vasitəsilə alternativ deyil, real və sənədləşdirilmiş narrativ irəli sürür”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Dekabr 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri