Icma.az
close
up
RU
Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz RƏY

Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz RƏY

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Onun da fəaliyyətinə və Qarabağa hansı məqsədlə göndərilməsinə dair kifayət qədər açıq və sübutlu məlumatlar mövcuddur


"Ruben Vardanyanın etirazları da onun daxilindəki panikanın və çıxılmazlığın gizlədilməsidir. O özü də dərk edir ki, artıq itirməyə heç nəyi qalmayıb. Yəni onun davranışları  kimlərəsə arxayınlığından qaynaqlanmır. Vardanyan, sadəcə, özünü “məğrur” göstərməyə çalışır, lakin zamanla anlayacaq ki, bütün bunların hamısı əbəsdir!”



Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Məhkəmənin növbəti baxış iclası 13 mayda keçirilib.  Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib, onları məhkəmə tərkibi, tərcüməçilər, katiblər, dövlət ittihamçıları və digərləri ilə tanış edib.

Ardınca təqsirləndirilən Ruben Vardanyan müraciət edərək işə baxan hakimlər kollegiyasına etiraz etdiyini bildirib. Təqsirləndirilən şəxsin müdafiəçisi Avraam Berman etirazı müdafiə edib.

Dövlət ittihamçısı Təranə Məmmədova etiraza münasibət bildirərək təqsirləndirilən şəxsin cinayət-prosessual qanunvericiliklə nəzərdə tutulan hüquqlarının təmin edildiyini, habelə müdafiə tərəfinin işə baxan məhkəmə kollegiyasının cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret sübutlar təqdim etmədiyini bildirərək etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş edib.

Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təmin olunmamasını məhkəmədən xahiş ediblər.

Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra müdafiə tərəfinin etirazına dair məhkəmə qərarı elan edilib. Qərara əsasən, etiraz baxılmamış saxlanılıb. İclasa sədrlik edən Zeynal Ağayev qərarı əsaslandıran zaman vurğulayıb ki, müdafiə tərəfi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret və mötəbər dəlillər təqdim etməyib.

Qeyd edək ki, indiyə qədər keçirilən məhkəmə icraatlarında keçmiş qondarma "dqr"in saxta "prezident"ləri olmuş Araik Arutyunyan, Arkadi Qukasyan məhkəmədə həm özünü, həm də bütün erməni millətçilərini ifşa edən ifadələr verir. Qarabağın zorla Ermənistana birləşdirilməsi üçün əlindən gələni etmiş və işğal dövründə Azərbaycan xalqını qıcıqlandıran açıqlamaları ilə yadda qalmış bu xəyalpərəst separatçı-terrorçu ünsürlər indi Bakı məhkəməsinin kürsüsündə quzuya dönərək, özünü dünyaya realist insan kimi təqdim edir, əsrin etirafına imza atır və 38 il öncə aldatdıqları erməni xalqını bu gün "böyük Ermənistan" nağılına inanmamağa çağırırlar. Ruben Vardanyan isə onlardan fərqli olaraq ifadə verməkdən imtina edir, heç kimi ittiham etmir. Üstəlik, məhkəmədə xarici media nümayəndələrinin, beynəlxalq təşkilatların iştirakını tələb edir.

Bir müddət əvvəl də o, məhkəmə zamanı beynəlxalq və Azərbaycan prosessual qanunlarının pozulmasına etiraz olaraq aclıq aksiyası keçirmişdi.

Vardanyan, müharibə cinayətləri, terrorçuluq və qanunsuz silahlı birləşmələr yaratmaqla bağlı ittihamlar qarşısında özünü təqsirli bilmədiyini bildirir.

Lakin onun əvvəlki dövrlərdə Dağlıq Qarabağdakı separatçı fəaliyyətləri, silahlı münaqişələrə dəstək verməsi və siyasi rəhbərliyinin əsasını təşkil etməsi, bu ittihamların ciddi əsaslarının olduğunu göstərir. 


Araşdırmaçı-jurnalist Asəf Quliyev “Şərq”ə bildirib ki, ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəmə prosesi təkcə hüquqi və ədalət prizmasından deyil, eyni zamanda beynəlxalq siyasət, insan hüquqları və regional təhlükəsizlik baxımından da böyük əhəmiyyət daşıyır: 

“Bu proses Azərbaycanın beynəlxalq hüquq normalarına sadiqliyini nümayiş etdirməklə yanaşı, dünya ictimaiyyətinə göstərir ki, müharibə və insanlıq əleyhinə cinayətlər cəzasız qalmayacaq. Məhkəmə prosesinin uzun və mürəkkəb olması müəyyən hallarda sübutların toplanması və təqsirin sübuta yetirilməsi baxımından çətinlik yarada bilər, lakin nəticədə bu cür cinayətlərin ifşa olunması və cəzalandırılması, beynəlxalq humanitar hüququn aliliyini təsdiqləyir”.

Ruben Vardanyanın məhkəməyə etirazlarına gəldikdə isə A.Quliyev deyib ki, qondarma "Dağlıq Qarabağ Respublikası"nın keçmiş rəhbərləri – saxta “prezidentlər” – uzun illər boyu separatizmi dəstəkləyib, qeyri-qanuni silahlı birləşmələr yaradıb və onları maliyyələşdiriblər. Onların rəhbərliyi altında silahsız vətəndaşlara qarşı qətliamlar, etnik təmizləmə, deportasiya, əsir və girovluqda işgəncə halları, maddi-mədəni irsin talanı və dağıdılması kimi çoxsaylı cinayətlər törədilib. Bu şəxslərin hərəkətləri təkcə Azərbaycan qanunlarına yox, Cenevrə Konvensiyası və Roma Statutu kimi beynəlxalq hüquq sənədlərinə görə də hərbi və insanlıq əleyhinə cinayət sayılır. Onların məhkəmə prosesi və alacaqları cəza məlumdur. 

Məhkəmədə həm özlərini, həm də bütün erməni millətçilərini, “miatsum” hərəkatını ifşa edən ifadələr vermələri də normaldır. Onların qarşısına konkret faktlar, videosübutlar qoyulur, şahid ifadələri dinlənilir. Bütün bunların qarşısında onların ittihamları rədd etməsi mümkünsüzdür. Onlar alacaqları cəzanın yüngülləşməsi naminə həqiqəti deyir, hərbi cinayətdə əli olan bütün erməni rəhbərlərini ifşa edirlər.

 Bu baxımdan Ruben Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz. Amma onun da fəaliyyətinə və Qarabağa hansı məqsədlə göndərilməsinə dair kifayət qədər açıq və sübutlu məlumatlar mövcuddur. Vardanyan, sadəcə, iqtisadi və siyasi nüfuz vasitəsi kimi deyil, həm də erməni millətçi ideologiyasının “miatsum” xəttini həyata keçirmək üçün seçilmiş simvolik fiqur idi. Onun maliyyə resursları vasitəsilə bölgədə separatçılıq fəaliyyətlərinə yeni nəfəs verilməsi planlaşdırılırdı. O, beynəlxalq sanksiyalardan yayınaraq “humanitar donor” pərdəsi altında qanunsuz silah daşımaları, dezinformasiya kampaniyaları və digər cinayət əməllərinin maliyyə dayağını təşkil edib. Bütün bunlar gözümüzün qarşısında yaşanan proseslərdir. Ruben Vardanyanın etirazları da onun daxilindəki panikanın və çıxılmazlığın gizlədilməsidir. O özü də dərk edir ki, artıq itirməyə heç nəyi qalmayıb. Yəni onun davranışları  kimlərəsə arxayınlığından qaynaqlanmır. Vardanyan, sadəcə, özünü “məğrur” göstərməyə çalışır, lakin zamanla anlayacaq ki, bütün bunların hamısı əbəsdir!”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 May 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri