Icma.az
close
up
RU
Vardanyanın məhkəməsində zərərçəkmişlər danışdı Fotolar

Vardanyanın məhkəməsində zərərçəkmişlər danışdı Fotolar

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi avqustun 19-da davam etdirilib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesinə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Ardınca təqsirləndirilən Ruben Vardanyanın vəkili Avraam Berman məhkəməyə müraciət edərək işə baxan hakimlər kollegiyasına etirazını bildirib.

R.Vardanyan etirazı müdafiə edib.

Zeynal Ağayev bildirib ki, müdafiə tərəfi dəfələrlə eyniməzmunlu etirazlar təqdim edib və hazırkı etirazda da hər hansı yeni xüsusat göstərilməyib. Qeyd olunanlara əsasən, etiraz müzakirəyə çıxarılmayıb.

Bundan sonra Avraam Berman müdafiə etdiyi şəxslə konfidensial görüş verilməsini xahiş edib. Hakim vəsatəti təmin edib və məhkəmədə fasilə elan olunub.

Fasilədən sonra məhkəmədə zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin ifadələri dinlənilib.

Zərərçəkmiş şəxs Amin Həsənovun hüququ varisi - atası İlqar Həsənov ifadəsində övladının Ağdərədə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu deyib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş şəxs Ucal Babaşovun hüquqi varisi – atası Nərbala Babaşov övladının Xocavənddə qarşı tərəfdən açılmış atəş nəticəsində həlak olduğunu bildirib.

Zərərçəkmiş şəxs Hüseyn Nəsibovun hüquqi varisi – atası Əfqan Nəsibov ifadəsində övladının Şuşa-Xankəndi istiqamətində düşmənin təxribatı nəticəsində həyatını itirdiyini söyləyib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş şəxs Nəcməddin Quliyevin hüquqi varisi – atası Natiq Quliyev övladının Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu qeyd edib.

Ramazan Hüseynzadənin hüquqi varisi – atası Həmdulla Hüseynov ifadəsində övladının Xocalıda düşmənin açdığı atəş nəticəsində həlak olduğunu deyib.

Ramil Quliyev Kəlbəcərdə düşmənin atdığı minaatan mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində yaralandığını vurğulayıb. Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş şəxs bildirib ki, həmin vaxt yaxınlığındakı iki nəfər həlak olub.

Elnur Həsənov Tərtər rayonunun Həsənqaya kəndində qoyun otararkən düşmənin basdırdığı minanın partlaması nəticəsində xəsarətlər aldığını söyləyib.

Bərzani Atayev ifadəsində Ağdərədə yaralıları təxliyə edən zaman Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində yaralandığını xatırlayıb.

İsgəndər Hüseynov ifadəsində düşmənin açdığı artilleriya atəşi nəticəsində yaralandığını qeyd edib. Hadisə zamanı Samir Kərimov və Əli Heydərov da yaralanıb.

Halay Tahirli ifadəsində Kəlbəcərdə düşmən tərəfindən atılmış qumbaranın yaxınlığına düşərək partlaması nəticəsində yaralandığını deyib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran H.Tahirli diqqətə çatdırıb ki, həmin vaxt Kənan Nəsibov həlak olub, Eltəkin Həsənov isə müxtəlif növ bədən xəsarətləri alıblar.

Elgün İsmayıllı Xocalı rayonunun Xanabad kəndində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində güllə yarası aldığını söyləyib. Hadisə zamanı onunla yanaşı, Xalid Əlifov və Babək Əhmədli də yaralanıb.

Xalid Əlifov ifadəsində Xocavənddə düşmən tərəfindən açılmış atəş nəticəsində xəsarət aldığını bildirib. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında diqqətə çatdırıb ki, hadisə zamanı Əhliyar Muradov və Elgün İsmayıllı yaralanıb, Davud Qiyaslı isə həlak olub.

Nüsrət Kərimov, Rəsul Ramazanov, Əziz Qubadov, Ceyhun Əliyev, Elməddin Piriyev, Vasif Məmmədov, Elnur Piriyev, Ruslan Mirzəyev, Məhəmməd Piriyev, Samir Xəmmədli, Möhlət İdrisov, Hüseyn Nurullayev, Rəvan Əhmədov, Tural İsayev ifadələrində düşmənin təxribatları nəticəsində zərər çəkdiklərini qeyd ediblər.

Digər zərərçəkmiş şəxslər Elvin Muradov, Məhərrəm Məlikov, İlkin Əhmədov, Azər Həmzəyev, Elməddin Hacızadə, Hikmət Cəbiyev, Səfiyar Məmmədli, Orxan Sadıqlı ifadələrində Ağdərədə düşmən tərəfindən açılmış atəşlər nəticəsində yaralandıqlarını vurğulayıblar.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran Rəşad Qənbərov Xocavənddə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmış mərminin yaxınlığına düşərək partlaması nəticəsində yaralandığını deyib. Hadisə zamanı Murad Arzullayev və Cavid Əliyev həlak olublar.

Nurlan Abdullayev Ağdərədə düşmən tərəfindən açılmış atəş nəticəsində xəsarət aldığını bildirib.

Rahil Dövlətov Ermənistan silahlı qüvvələrinin basdırdığı minanın partlaması nəticəsində yaralandığını söyləyib.

İmran Məmmədov Xankəndidə düşmənin atəşi nəticəsində xəsarət aldığını qeyd edib.

Gündüz Əmoyev Xocavənd rayonunda qarşı tərəfin təxribatı nəticəsində yaralandığını deyib.

Eyvaz Hüseynov Ağdamda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmış artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını diqqətə çatdırıb.

Elvin Cabbarov Ağdərə-Xocalı istiqamətində düşmən tərəfindən açılmış atəş nəticəsində yaralandığını söyləyib.

Rahim Qardaşov deyib ki, Ağdərədə avtomobillə hərəkətdə olarkən Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən mərmi atılıb. Partlayış nəticəsində o və avtomobildə olan digər şəxslər xəsarətlər alıblar.

Toğrul Mehralıyev Kəlbəcərdə qarşı tərəfdən açılmış atəş nəticəsində kəllə-beyin travması aldığını bildirib.

Məcid Səfərov Zəngilan rayonunda Ermənistan silahlı qüvvələrinin basdırdığı tank əleyhinə minanın partlaması nəticəsində xəsarətlər aldığını qeyd edib.

İzzət Dadaşlı Xocavənd rayonunda düşmənin açdığı atəş nəticəsində yaralandığını, təxliyə olunarkən isə avtomobilin artilleriya atəşi ilə vurulması nəticəsində kəllə-beyin travması aldığını söyləyib.

Məhkəmə prosesində mina qurbanı olmuş və digər zərərçəkmişlər Amid Əsədov, Şərkəz Quliyev, Oktay Alışov, Elşən Xəlilov, Vüqar Zülfüqarlı, Xəyal Abdullayev, İlham Salmanov, Dilavər Şükürov, Rövşən Əlizadə, Mehman Quliyev, Güloğlan Mirzəliyev, Bəhruz Nəsirov, Elnur Abbaszadə, Xanlar Aslanov, Səfər Əliyevin və başqalarının barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Bundan başqa, prosesdə məhkəmə-fonoskopik, məhkəmə partlayış texniki ekspertizalarının rəyləri elan olunub.

Məhkəmənin növbəti iclası avqustun 26-na təyin edilib.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

























Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Avqust 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri