Vasili Berezutski bu klubu çalışdıracaq Rəsmi
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Sabah”ın sabiq baş məşqçisi Vasili Berezutski yenidən Rusiyada işləyəcək.
QOL.az xəbər verir ki, 41 yaşlı mütəxəssis 1-ci liqa təmsilçisi “Ural” klubunu çalışdıracaq.
Bu barədə Yekaterinburq təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Onun qarşısına yenidən komandanı Premyer Liqaya qaytarmaq məqsədi qoyulub.
V. Berezutski futbolçu karyerasını başa vurduqdan sonra “Vitess” (Niderland), ÇSKA, “Krasnodar”, “Şanxay Şenxua” (Çin) komandalarında köməkçi məşqçi kimi çalışıb.
O, 2024-2025-ci illərdə “Sabah”ın baş məşqçisi olub və kluba Azərbaycan kubokunu qazandırıb.
Qeyd edək ki, “Ural” 21 oyundan sonra 41 xalla Liqa Pari-də 2-ci yeri tutur. Komanda lider “Fakel”dən 7 xal geri qalır.
Baxış sayı:94
Bu xəbər 11 Dekabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















