Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

“Vaşinqton bataqlığı”ndan gələn ermənipərəst “səslər”...

“Vaşinqton bataqlığı”ndan gələn ermənipərəst “səslər”...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Korrupsioner konqresmenlər ifşa olunacaqlarını anlayıblar

Trampa müraciət, yoxsa...

Əbu-Dabidə keçirilən görüş Ermənistan və Azərbaycan arasında sülhün daha da yaxınlaşmasına rəvac verib. Hər iki ölkə sülh sənədinin imzalanmasının yaxın olduğunu bildirirlər. Paralel olaraq regionda digər sülyaradıcı amillərin - Zəngəzur dəhlizinin açılışı, Türkiyə - Ermənistan sərhəddinin açılmasının da öz həllini tapacağına ümid böyükdür. Bu isə özlüyündə prosesə beynəlxalq diqqəti cəlb edir. Xüsusilə, böyük güc mərkəzləri regionda təhlükəsizliyin təminini yüksək dəyərləndirir, bölgədə yeni reallıqların yaranmasını alqışlayır, iki ölkə arasındakı sülhü dəstəkləyirlər. Bu isə özlüyündə erməni lobbisinin maraqlarına cavab vermir.

Nəticə etibarı ilə, həmin lobbi və onun nəzarətində olan şəxslər yenidən sülhə qarşı demarş açmağa çalışırlar. Xüsusilə, Bayden-Blinken hakimiyyəti dövründə ABŞ konqresində erməni maraqlarının müdafiəçisi olan şəxslər yaranan vəziyyətdən “çıxış yolu” tapmağa niyyətləniblər. Onlar ən son “yol” kimi prezident Donald Trampa müraciət ediblər.

Ermənipərəst “xor” “iş başında”...

Belə ki, 87 konqresmen ABŞ prezidenti D.Trampın administrasiyasına müraciət edərək ermənilərin “Dağlıq Qarabağa” qayıtmasına dəstək verilməsinə çağırıblar. Müraciəti ABŞ Konqresində Ermənistanla dostluq qrupunun həmsədrləri Frenk Pallone, Qas Bilirakis, Bred Şerman və Devid Valadaonun rəhbərliyi ilə hər iki partiyadan olan konqresmenlər imzalayıblar. Əslində, bu “müraciət” ermənipərəst konqresmenlərin son oyunu da adlana bilər. Ermənistan ilə Azərbaycanın sülh razılığına gəlməsini min bir yolla ənəgəlləməyə çalışan bu şəxslərin kimliyi hər şeyi açıb ortaya qoyur. Məsələn, islamofob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner kimi şöhrət qazanan konqresmen Frank Pallonenin erməni yandaşı olması sirr deyil. O, ABŞ-da “ermənidən betər erməni” kimi tanınan şəxslərdəndir - Pallonenin konqresdə ermənilərin çoxluq təşkil etdiyi Nyu-Cersi ştatını təmsil etməsi də bu faktı təsdiqləyir. Erməni təbliğatının sınıq təkəri olan Pallone var gücü ilə ölkəmizə qarşı aparılan antimilli kampaniyaları təşkil edir, dəstəkləyir. Onun xüsusilə, 44 günlük Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatlarından sonra fəallaşması diqqəti cəlb edir. İqlim dəyişikliyinin qarşısını almağı hədəfləyən bir konfransda iştirak üçün BMT tərəfindən dəvət edilən bu şəxs ermənilərin 30 ilə yaxın yürütdüyü zorakılığı və işğalı dəstəkləyib - paralel olaraq, ermənilərin Azərbaycan torpağında törətdikləri ekoloji təcavüzü belə normal qarşılayıb. 1992-ci ildə qəbul edilmiş “Azadlığa Dəstək Aktı”na “907-ci düzəlişin dəstəkçilərindən və təbliğatçılarından sayılan Pallone ölkəmizə qarşı mənfi münasibəti ilə seçilib - 1999-cu ildə Konqresin bir qrup nümayəndəsi ilə Azərbaycanda səfərdə olan zaman çadır şəhər?iklərində yaşayan qaçqın və məcburi köçkünlərlə görüşdən imtina etmiş yeganə deputat olub.

Eyni zamanda, ötən ilin sentyabrında Pallone ABŞ Konqresində müzakirəyə çıxarılan Azərbaycanın Qarabağa “təcavüzü” ilə bağlı “Artsax Gəlirlərinin Bərpası Aktı”nın müəlliflərindən biridir. “Təklif”də birmənalı olaraq bölgədə qeyri-sabit durum yaratmaq, Azərbaycanın suveren hüquqlarının pozulması, gərginliyin artırılması (burada hətta müharibəyə təhriklə bağlı epizodlar belə yer alır - P.İ), demokratiyanın pozulması halları “göz oxşayır”.

Beləliklə, Pallone və “ətrafındakılar”ın yenidən “erməni kartı” ilə gündəmə gəlmək istəklərinin altında yatan məqamlar bəllidir. Ermənipərəst konqresmenlər faktiki olaraq son vaxtlar ciddi irəliləyiş əldə olunmuş (Abu-Dabi görüşü) sülh prosesini hədəf götürüblər.

Məqsəd sülh prosesini ləngitməkdir...

Sirr deyil ki, xaricdəki erməni diasporu həmişə Ermənistanı müharibəyə sürükləyib, bunun üçün maliyyə və siyasi dəstək verib. Ermənistanın bu gün düşdüyü vəziyyətin əsas günahkarlarından biri məhz diaspordur. Onlar bölgədə yaratdıqları qeyri-destruktiv vəziyyətin davam etməsində maraqlıdırlar - belə ki bəzi qrupların maraqlarını təmsil etməsi də istisna edilmir. Blinken-Bayden hakimiyyəti dövründə onlar daha geniş fəaliyyətə malik idilər - hətta ermənipərəst Bob Menendezin korrupsioner fəaliyyətdə günahlandırılaraq həbsə alınması da onlara “siqnal” olmamışdı. Amma Donald Trampın hakimiyyətə gəlişi ermənipərəstlərin “səsini-sorağını” kəsib. Qeyd edək ki, Trampın hələ birinci  prezidentliyi dövründə Ermənistan-Azərbaycan münaqişəsinə neytral yanaşması, İkinci Qarabağ müharibəsi zamanı Tramp administrasiyasının Azərbaycanın öz ərazilərini azad etməsinə qarşı çıxmaması erməni lobbisinin narazılığına səbəb olmuşdu.

Bu konqresmenlərin bəyanatı da ilk növbədə regionda sülh prosesinə dəstək verən prezident Trampa qarşı yönəlib, məqsəd yenidən münaqişəni alovlandırmaqla yanaşı, həm də Trampın dəstək verdiyi sülh gündəliyini aradan qaldırmaqdır. Trampı “ermənilərin Qarabağa qayıdışı” tələbinə qoşulmağa çağıran konqresmenlərin məqsədi sülh prosesini ləngitməkdrir.

Oğrular, korrupsionerlər, fırıldaqçılar...

Ermənipərəst konqresmenlərin lobbinin himayəsi altında belə bir müraciətə “imza” atması həm də ABŞ-dakı daxili sabitliyin pozulmasına yönəlib. Belə ki, ABŞ-da ənənəvi olaraq erməni lobbisinin demokratlara daha yaxın olması, bu mövzunu ortalığa atmaqla həm Trampın, həm respublikaçıların mövqelərinin zəiflədilməsi məqsədi daşıyır. Demokratlar həm də erməni lobbisinin imkanlarını tam şəkildə özünə cəlb etmək üçün bu yola baş vurublar. Trampa etimadı zəiflətmək cəhdlərinin arxasında dayanan məqamlardan biri də indiyədək erməni diasporundan alınan pullar hesabına qeyri-şəffaf korrupsiya sxemləri qurmuş konqresmenlərin ifşa olunmaq qorxusudur. Bu fəaliyytdə daha çox “şöhrət” qazanan Bob Menendes artıq həbsdədir - Adam Şiffi də həbs gözləyir. Təsadüfi deyil ki, ABŞ Prezidenti Donald Tramp bir neçə gün öncə ermənipərəst senator Adam Şiffi oğru adlandırıb və onu vergi fırıldaqçılığında ittiham edib. O, bu barədə “Truth Social” səhifəsində yazıb. “Adam Şiff oğrudur! Demokratlar məni və digər hər kəsi məsuliyyətə cəlb etməyə çalışdıqları kimi, o da məsuliyyətə cəlb edilməlidir. Yeganə fərq ondadır ki, biz tamamilə günahsız idik, bütün bunlar böyük bir mif idi”, - o yazıb. Bundan əlavə, Tramp sosial şəbəkədə paylaşdığı daha bir postda Şiffin kredit almaq üçün sənədləri saxtalaşdırdığını qeyd edib. ABŞ Prezidenti hesab edir ki, Şiffin indi bu səbəbdən “böyük problemləri” var. O, həmçinin vurğulayıb ki, senator öz fırıldaqlarına görə həbs cəzası almalıdır. Xatırladaq ki, əvvəllər də Tramp Şiffi ipoteka fırıldaqçılığı sxeminə görə dələduz adlandırmışdı.

İfşa və cəza qorxusu...

Təsadüfi deyil ki, Prezident Tramp hələ yanvarın 20-də özünün andiçmə mərasimində əvvəlki administrasiyanın - Bayden komandasının bütün çirkin fəaliyyətini ifşa etmişdi. O, andiçmə mərasimində əvvəlki komandanın ölkədə formalaşdırdığı radikal və korrupsioner quruluşu pisləmişdi. Xalqa müraciətində Tramp hökumətin etimad böhranı ilə üzləşdiyini bildirmişdi və onları dövlətin əsas təsisatlarına etinasızlıq göstərərək vətəndaşlardan güc və sərvət qoparmaqda ittiham etmişdi.

Qeyd edək ki, bir neçə gün öncə Prezident İlham Əliyev də III Qlobal Şuşa Media  Forumunda Prezident Trampın fəaliyyətindən danışarkən demişdi ki, o, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür. Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq: “O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”nı dibinə qədər qurutsun”.

Beləliklə, korrupsioner, uzun illər cəzasız qalan fırıldaqçı senator və konqresmenlər Tramp administrasiyasının bu “bataqlığı” qurudacağını və cəzalandırılacaqlarını anlayıblar. Onların Trampın bütün təşəbbüslərini, o cümlədən sülh təşəbbüslərini də gözdən salmağa çalışmaları buradan qanaqlanır.

Tramp Administrasiyası “Vaşinqton bataqlığı”nın təmsilçiləri olan konqresmenlərin fəaliyyətinə doğru qiymət verəcək

Yeri gəlmişkən, Azərbaycan QHT-ləri də ABŞ Dövlət katibi Marko Rubioya müraciət ünvanlayıblar. Müraciətdə bildirilir ki, bir qrup ABŞ konqresmeninin Azərbaycanın suveren əraziləri mövzusunda riyakarlığı, Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə qarşı fəaliyyəti Azərbaycan ictimaiyyətində kəskin hiddət doğurub. Vurğulanıb ki, Bayden-Blinken dövrünün ermənipərəst simaları faktiki olaraq ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda sülh səylərinə qarşı açıq təxribata əl atıblar: “Artıq Azərbaycan və Ermənistanın sülh müqaviləsinin mətnini razılaşdırdığı bildirilir. Sülh prosesini irəli aparmaq üçün ciddi, çətin iş davam etdirilir. Bir qrup ABŞ konqresmeninin çağırışları isə bu prosesə mane olmaq, onu əngəlləmək cəhdindən başqa bir şey deyil. Onlar hər vəchlə süni gərginlik, regionda yenidən münaqişə ocağı yaratmağa çalışırlar. Regiona aidiyyəti olmayan, məsələlərdən xəbərsiz şəxslərin ABŞ-dakı erməni lobbisinin maddi həvəsləndirmələri müqabilində məsuliyyətsiz bəyanatlara imza atmaları təəssüf doğurur. Bu cür şəxsləri Azərbaycan ictimaiyyəti yaxşı tanıyır, onlar Ermənistanın Azərbaycana qarşı işğalçılığına, günahsız insanların qanının tökülməsinə, Xocalı soyqırımına susublar, təcavüzkarın yanında olublar. Bu gün də onlar Azərbaycan xalqının qanını tökmüş müharibə cinayətkarlarının mühakimə edilməməsi üçün dəridən-qabıqdan çıxırlar. Bu konqresmenlər Azərbaycanda heç bir nüfuza malik deyillər”.

Bildirilib ki, bu gün Azərbaycanın suveren ərazilərinə ermənilərin qayıdışı haqqında danışan F.Pellone kimi konqresmenlər, ilk növbədə, Ermənistandan qovulmuş yüz minlərlə azərbaycanlının qayıdış hüququnu da tanımalıdırlar. Qərbi Azərbaycandan didərgin düşən insanlar dinc yolla doğma yurdlarına qayıtmalıdırlar. Qərbi Azərbaycan İcması da bu istiqamətdə Ermənistanla dialoq qurmağa hazırdır. “Ermənistan ərazisində, işğal dövründə isə Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan xalqının maddi-mədəni irsi talan edilib. Buna susmaq ən böyük ədalətsizlikdir. Biz hesab edirik ki, məlum müraciəti təşkil edənlər ABŞ və Azərbaycan liderlərinin yazışmalarından da aydın görünən ikitərəfli əlaqələrin yeni yüksəliş mərhələsinə qədəm qoymasından narahatdırlar. İnanırıq ki, Cənubi Qafqazda davamlı sülhün bərqərar olması istiqamətində təqdirəlayiq əmək sərf edən Tramp Administrasiyası “Vaşinqton bataqlığı”nın təmsilçiləri olan bu konqresmenlərin fəaliyyətinə doğru qiymət verəcəkdir”, - deyə müraciətdə vurğulanıb.

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 İyul 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see392

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see306

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see261

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see239

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see233

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see232

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see231

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see229

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see226

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see224

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see224

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see218

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see216

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see215

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see204

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see203

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see199

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see191

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see165

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri