Icma.az
close
up
RU
Vaşinqton Bəyannaməsinin əks sədası davam edir

Vaşinqton Bəyannaməsinin əks sədası davam edir

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Üstündən iki həftə keçsə də, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri və bu səfər zamanı Vaşinqtonda həm ikitərəfli, həm də üçtərəfli formatda əldə olunan tarixi uğurlar beynəlxalq gündəmdə müzakirə olunan mövzulardan biri olaraq qalmaqdadır.

Azərbaycan liderinin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində son illərdə dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir. Həm regional, həm də beynəlxalq səviyyədə əldə edilən uğurlar ölkəmizin dünyada etibarlılığını, diplomatik nüfuzunu və strateji mövqeyini daha da möhkəmləndirməklə yanaşı, iqtisadi inkişafın sürətlənməsi üçün əlverişli şərait yaradır.

Qeyd etmək istərdik ki, ABŞ-ın dövlət başçısı Donald Trampın dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona işgüzar səfəri, burada keçirdiyi görüşlər, o cümlədən imzalanan sənədlər, sülh prosesinə ciddi təkan verən nəticələr, ilk növbədə, Azərbaycan–ABŞ münasibətləri üçün çox önəmli hadisədir. Ağ Evdə baş tutan ikitərəfli və üçtərəfli görüşlər iki ölkə arasında münasibətlərə yeni nəfəs verməklə yanaşı, əməkdaşlıq və strateji tərəfdaşlıq baxımından yeni səhifə açdı. Vaşinqton təmasları, həmçinin Donald Trampın prezidentliyi dövründə qəsdən zəiflədilmiş ABŞ–Azərbaycan əlaqələrinin yenidən gündəmə gəlməsinə tarixi imkan yaratdı. Xüsusilə Donald Trampın və onun komandasının Azərbaycan haqqında fikirləri, onların ölkəmizə və onun başçısına olan səmimi, xoşməramlı münasibətini bütün dünya və Azərbaycan xalqı gördü. Təbii ki, yüksək səviyyəyə çatmış bu münasibətlər Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin növbəti təntənəsi, ölkəmizin böyük diplomatik uğuru sayılmalıdır.

Azərbaycan Prezidentinin Vaşinqton səfəri Azərbaycan–Ermənistan münasibətlərinin normallaşma prosesinə verdiyi pozitiv impulslar və konkret nəticələrlə əlamətdar oldu. Ən böyük nəticə kimi Ağ Evin dairəvi kabinetində keçirilən üçtərəfli görüşün nəticəsində şahid qismində ABŞ Prezidentinin iştirakı və şahidliyi ilə Azərbaycan və Ermənistan liderləri tərəfindən sülh sazişini paraflayan Birgə Bəyannamənin imzalanmasını qeyd etrmək lazımdır. Bununla yanaşı, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin və ATƏT-in Minsk qrupunun hüquqi ləğvi ilə bağlı qurumun fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubunun imzalanması da Bakının irəli sürdüyü sülh gündəliyinin reallaşması demək idi.

Yəni, bu tarixi qərarlar, imzalanmış sənədlər Cənubi Qafqazda davamlı sülh, əməkdaşlıq və təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycanın son beş ildə irəli sürdüyü təşəbbüslərin dünyanın “supergücü” tərəfindən dəstəklənməsinin və qəbul olunmasının göstəricisidir.

“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması, eyni zamanda, bölgədə iqtisadi əməkdaşlığın gücləndirilməsi, nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi üçün yeni imkanlar açır. Amma Vaşinqton görüşündə İrəvanın diqqətinə bir daha çatdırıldı ki, yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilməli, Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu müddəalar aradan aradan qaldırılmalıdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında və müsahibələrində qeyd edib. Ağ Evdə Azərbaycanın media nümayəndələrinə verdiyi müsahibədə “Ermənistan ev tapşırığını yerinə yetirməlidir” fikri məhz rəsmi İrəvanın konstitusiyada dəyişikliklər etməsi kontekstində söyləndi. Ümid edirik ki, Paşinyan hökuməti bu tapşırığın öhdəsindən çox qısa bir zamanda gələcək və biz Qafqazın ən uzunömürlü münaqişəsinin ömrünü başa vurmasının şahidi olacağıq.

Məhz Prezident İlham Əliyevin zərgər dəqiqliyi ilə düşünülmüş xarici siyasəti nəticəsində Donald Tramp ikinci dəfə ABŞ Prezidenti seçildikdən sonra Azərbaycanla dünyanın “supergücü” arasında münasibətlərin sağlamlaşdırılması üçün yeni imkanlar açıldı. İlham Əliyevin Vaşinqtona Donald Trampın dəvəti ilə səfər etməsi göstərir ki, Ağ Ev Azərbaycanla əlaqələrdə müsbət dönüşün yaranmasında maraqlıdır. Bu baxımdan Vaşinqtonda “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”nun imzalanması əlaqələrin yeni mərhələyə qədəm qoymasının göstəricisi olmaqla yanaşı, iki dövlətin münasibətlərinin strateji tərəfdaşlığa doğru irəliləməsindən xəbər verir. Anlaşma Memorandumuna əsasən, qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının növbəti altı ay ərzində hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə tutulur. Bu qrup çərçivəsində enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin prioritetləşdirilməsi planlaşdırılır. Bir sözlə, çoxvektorlu praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsi xüsusi əhəmiyyətə malikdir.

Vaşinqton görüşlərində Azərbaycanın əldə etdiyi uğurları sırasında Donald Tramp tərəfindən “Azadlığı müdafiə Aktı”na bədnam 907 saylı düzəlişin icrasını dayandıran sənədin imzalanması da xüsusin qeyd olunmalıdır. Bu, eyni zamanda Tramp administrasiyasının Azərbaycanla əlaqələrə verdiyi dəyərin ifadəsidir.

Nəhayət, Vaşinqtonda qazanılan uğurlardan biri də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçidin təmin edilməsi ilə bağlı qərarın verilməsidir. 44 günlük müharibədən sonra Azərbaycan Prezidentinin dəfələrlə bəyan etdiyi “Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir” tələbi Ermənistan tərəfindən qəbul edildi və layihənin icraçısı qismində ABŞ şirkətinin cəlb edilməsi Bakı üçün məqbul variant sayılır. Bu faktın özü Azərbaycan diplomatiyasının böyük uğurudur.

Ümumilikdə, Azərbaycan–ABŞ ikitərəfli münasibətlərinin inkişafında, eləcə də Azərbaycan–Ermənistan əlaqələrinin normallaşması yönündə atılan addımlar, dünyanın ən qüdrətli dövlətinin liderinin buna dəstəyi və şahidlik etməsi bir daha əldə olunan razılaşmaların önəmini ortaya qoyur. Məhz Ağ Evdə Prezident Donald Trampın iştirakı ilə imzalanan Birgə Bəyannamənin həm Azərbaycan və Ermənistan, həm bölgə, həm də dünya üçün böyük əhəmiyyəti var.

Səbuhi GÜLMƏMMƏDOV,
Azərbaycan Respublikası Auditorlar Palatasının icraçı direktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Avqust 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri