Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Hamısı məhv edildi Kadırov

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Vaşinqton görüşü: Sülh olacaq, yoxsa yox?

Vaşinqton görüşü: Sülh olacaq, yoxsa yox?

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycan və Ermənistan cümə günü Vaşinqtonda sülh naminə çalışmağa söz verən anlaşma memorandumu imzalayacaqlar". 

Britaniyanın “Middle East Eye” nəşri belə yazır. Qeyd edilir ki, ABŞ Prezidenti Donald Tramp imzalanma mərasimində iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul edəcək. Mənbələr əlavə ediblər ki, iki lider Trampa diplomatik qələbə qazandıracaq sülh sazişi layihəsi deyil, niyyət məktubu imzalayacaqlar. 

Memorandumun sülh prosesinin gedişatına təsiri necə ola bilər? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, bu görüşdən müəyyən gözləntilər olsa da, prosesin yekunlaşması üçün hələ həlledici addımlar atılmayıb. Politoloqun sözlərinə görə, memorandum yalnız müəyyən öhdəlikləri əks etdirən bir sənəddir və onun imzalanması dərhal sülhün əldə olunacağı anlamına gəlmir: 

"Vaşinqton görüşündən, əlbəttə ki, gözləntilər var. Lakin bu, o demək deyil ki, artıq sülh sazişinə yol çox qısadır və Vaşinqtonda keçirilən görüş nəticəsində dərhal sülh istəyi reallaşacaq. Məsələ ondadır ki, memorandum özünəməxsus bir öhdəlikləri özündə əks etdirən sənəddir. Yəni ingilis dilindən tərcümə etsək, bu sənəd tərəflərə “Yadda saxlayın ki, bunu, bunu, bunu etməlisiniz” deyir. 

Artıq 5 ildir ki, İkinci Qarabağ müharibəsi başa çatıb. Amma bu müddət ərzində daim Ermənistanın müxtəlif manevrli hərəkətlərinə şahid olmuşuq. Elə hesab olunur ki, artıq son məqsədə çox az qalıb. Amma Ermənistan ən vacib və həlledici məqamlarda gözlənilməz addımlar atır və geri çəkilir. Ən yaxşı halda bir addım irəli atırsa, iki addım geri gedir. İndi isə biz Vaşinqtonda Əbu-Dabi görüşünün davamını görürük. 

Bu, onu göstərir ki, rəsmi Vaşinqton, xüsusilə də Donald Tramp çalışacaq ki, Ermənistanı, zorla, prinsip etibarilə, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etsin. Azərbaycan tərəfindən isə heç bir problem yoxdur. Azərbaycanın irəli sürdüyü tələblər öz gücünü və qüvvəsini saxlayır. Biz demişik ki, Minsk Qrupu birdəfəlik buraxılmalıdır və digər tərəfdən də Ermənistan öz qanunvericilik aktlarına əl gəzdirsin ki, ərazi iddialarından imtina etməlidir”. 

Tofiq Abbasov qeyd edib ki, Əbu-Dabi danışıqları hər iki tərəfin sülhə maraqlı olduğunu göstərdi: 

“Əbu-Dabi görüşündə artıq bəlli oldu ki, hər iki tərəf daha böyük bir istəklə prosesə qatılıb. Bu, xüsusilə Ermənistana aiddir. Artıq sülh sazişinin yolu müəyyən edilib və bu yolu birgə keçmək lazımdır. İndi Vaşinqtonun da bu prosesdən gözləntiləri böyükdür. Çünki məlum olduğu kimi, Donald Tramp sülh mükafatı əldə etmək istəyir. Olsun, niyə də yox? 

Amma bir şərtlə ki, burada Azərbaycanın həm gözləntiləri, həm də tələbləri nəzərə alınmalıdır. Çünki Azərbaycan qalib tərəfdir və bu, artıq hamıya bəlli olan bir həqiqətdir. Digər tərəfdən, biz uzun illər Ermənistanın anlaşılmaz siyasətindən, barbarlığından və vəhşiliyindən əziyyət çəkmişik. 

İnsanlarımızın dəhşətli itkiləri olub. Bütün bunlardan sonra Azərbaycan artıq beynəlxalq hüququn tələblərini yenidən qüvvəyə mindirdikdən sonra Ermənistan indi prosesi süründürür və çalışır ki, yekun addımı atmasın”. 

Politoloq vurğulayıb ki, ABŞ-nin, xüsusilə də Donald Trampın prosesə fəal qoşulması Ermənistanın məsuliyyət daşıdığı öhdəlikləri yerinə yetirməsinə səbəb ola bilər: “Hər halda biz yaxşı xatırlayırıq ki, üç platforma - Brüssel, Moskva və Vaşinqton var idi. 

Görünən odur ki, Vaşinqton platforması digər iki platformanı üstələyərək, tərəfləri sülh sazişinə imza atmağa yaxınlaşdırır. Bəli, bu memorandum imzalanacaq və ondan sonra son mərhələyə çox az məsafə qalacaq. Düşünürəm ki, əgər Donald Tramp bu məsələ ilə ciddi maraqlanır və tərəflərin razılığını alıbsa, memorandumdan sonra Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Bu addımlar atıldıqdan sonra sülh sazişi imzalanacaq”. 

Tofiq Abbasovun sözlərinə görə, Paşinyan ciddiliyini göstərsə, həm sülh sazişi imzalanacaq, həm də seçkilərdə qalib gələcək: 

“Bu məsələyə biz ilk növbədə Cənubi Qafqazda sülhün bərqərar olması kontekstindən yanaşırıq. Çünki Ermənistanda hələ də revanşist qüvvələr baş qaldırırlar. Onlar Samvel Karapetyanı hakimiyyətə gətirməyə çalışırlar. 

Ona bir növ şərait yaradılır ki, bütün müxalif qüvvələrin başında dursun və Azərbaycanla bağlı sərt, qeyri-adi addımlar atsın. Məlumdur ki, Samvel Karapetyanın ətrafında toplaşanlardan biri də Robert Köçəryandır. Onlar revanşistlər, Azərbaycan ilə düşmənçilik edən qüvvələrdir. 

Eyni zamanda, xırda partiyalar və bloklar da onun ətrafında toplaşıb. Amma Samvel Karapetyanın nə elə bir ciddi siyasi təcrübəsi, nə də idarəçilik bacarığı var. O, sadəcə müəyyən dairələrin yetişdirməsidir ki, onu ortaya atırlar. 

Onun sərmayəsi var və maliyyə imkanlarından istifadə edərək populyarlığını süni şəkildə artırmağa çalışırlar. Ancaq hesab edirəm ki, Nikol Paşinyan onunla müqayisədə daha bacarıqlı və imkanlı siyasətçidir. Əgər Paşinyan həqiqətən də bu kritik mərhələdə Azərbaycan qarşısında ciddiliyini göstərsə, sülh sazişi imzalanacaq. Eləcə də Ermənistanda növbəti parlament seçkilərində Paşinyan və onun partiyası qalib gələcək”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan Ermənistan görüş Tofiq Abbasov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Avqust 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see387

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see370

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see308

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see301

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see301

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see296

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see288

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see272

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see241

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see231

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see228

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see223

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see221

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see219

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see204

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see194

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see173

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri