Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

Vaşinqton görüşündən xoflananlar Kabanov, Dugin və Solovyovlara ümidli Rusiya

Vaşinqton görüşündən xoflananlar Kabanov, Dugin və Solovyovlara ümidli Rusiya

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidenti Donald Trampın iştirakı ilə əldə etdikləri razılaşmalar Rusiyada ciddi narahatlıq doğurub. İmperiya siyasətinin təbliğatçıları sənədin yekdilliklə Rusiyanın maraqlarına qarşı yönəldiyini iddia edir, hətta sərt cavab addımlarına çağırışlar edirlər.

Rəylərdə Vaşinqton sammiti birmənalı şəkildə Moskvanın maraqlarına zərbə kimi qiymətləndirilir. Halbuki Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova avqustun 9-da bildirmişdi ki, Rusiya Cənubi Qafqazda sabitlik və firavanlıq zonasının formalaşmasında maraqlıdır: "Ən mühüm şərtlərdən biri Azərbaycan və Ermənistan arasında münasibətlərin hər iki ölkə xalqlarının maraqlarına əsaslanaraq hərtərəfli normallaşmasıdır".

Və bu bəyanatdan az sonra Kreml təlxəkləri Vaşinqton görüşünü kəskin və sərt tənqidə keçirlər.

Dugin: "Vaşinqton razılaşması Rusiyaya vurulan şillədir"

Məsələn, "rus dünyası" ideoloqlarından biri Aleksandr Dugin Azərbaycan və Ermənistan arasında paraflanan sənədi Rusiyanın postsovet məkanı üzərində mövqelərinin itirilməsi, Cənubi Qafqazda təsirini əldən verməsinin bariz nümunəsi kimi qiymətləndirib. Onun qənaətincə, "Vaşinqtonda əldə olunan razılaşma Rusiyanın ciddi şəkildə aşağılanmasıdır". Dugin iddia edir ki, "Rusiya bölgədə qan və zorakılığın tərəfdarı deyil, lakin ədalət istəyir".

"Ədalət" dedikdə nəyi nəzərdə tutur? Dugin buna aydınlıq gətirməyə həvəs göstərmir. O deməsə də, azərbaycanlılar və digər xalqlar bunu gözəl bilirlər. Məhz Duginin qulluq etdiyi sistem bölgədə "atan kazaklardır" siyasəti ilə yüz ildən artıq müddətdə azərbaycanlılar və ermənilər arasında qarşıdurma yaradıb, separatizmi qızışdırıb və s. Dugin onu da bilməmiş deyil ki, Rusiya SSRİ dağıldıqdan sonra Minsk qrupunun həmsədri olsa da, münaqişənin həllinə heç bir dəstək verməyib. İndi hər iki xalqın liderləri Vaşinqtonda sülh sazişi imzaladığı bir vaxtda tarixi sazişə qarşı çıxır, bölgəyə daimi sülh gəlməsini heç cür həzm edə bilmir.

A.Dugin bəyan edir ki, "siyasətimizin nəticəsiz şəkildə uğursuzluğunu müşahidə etmək alçaldıcıdır. Bu müqavilə hər bir rus insanına bir şillədir". Ardınca da Rusiya xarici siyasətinə cavabdehləri ittiham edib, hətta cəzalandırmağı tələb edib.

Birbaşa Kremldən əmr və tapşırıqlar alan teleaparıcı Vladimir Solovyov isə daha da irəli gedib. Xəzər dənizi hövzəsində NATO bazasının yerləşdirilməsi ehtimalı ilə bağlı narahatlığını ifadə edib və yeni "xüsusi hərbi əməliyyat" keçirməyə çağırıb. Bu cür bəyanatları Dövlət Dumasının bəzi deputatları, o cümlədən kəskin açıqlamaları ilə tanınan general Andrey Qurulyov da dəstəkləyib. O, Azərbaycandan idxal olunan mallara qadağa tətbiq edilməsini və Rusiyadakı azərbaycanlı sahibkarlara "təzyiq göstərilməsini" təklif edib. Açıq şəkildə bildirib ki, "xüsusi hərbi əməliyyat" nisbi anlayışdır və onun coğrafiyası Rusiya ilə sərhədi olan bütün ölkələri əhatə edə bilər.

Bu cür açıqlamalar göstərir ki, söhbət artıq tək bir təbliğatçının təxəyyülündən yox, Rusiyanın hakimiyyət və güc strukturlarına yaxın şəxslərin məqsədyönlü gərginlik yaratmasından gedir.

Kabanov - Rusiya rəsmisi neonasist tələblərini gizlətmir

Yeri gəlmişkən, Duginlər, Solovyovların sırasına daha bir azərbaycanofob, türkofob da qoşulub - müsəlman-türk miqrantlara qarşı açıq irqçi, faşist mövqeyi ilə seçilən Rusiyanın Milli Antikorrupsiya Komitəsinin sədri, RF Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları üzrə Şuranın üzvü Kirill Kabanov. O, Kremldən gələn əmr və tapşırıqlara uyğun olaraq Vaşinqtonda imzalanan üçtərəfli Birgə Bəyannaməyə qarşı çıxıb. "Təbliğat təlxəkləri" sırasında yer alan, soyadı ilə baxışları bir-birini tamamlayan Kabanov Azərbaycanı Rusiyanın dostları sırasından çıxarmağı tələb edib.

Əvvəla, ondan başlayaq ki, Kabanov yuxarıda adları çəkilən şəxslərdən fərqli olaraq, rəsmi şəxsdir və onun dedikləri dövlətin mövqeyi kimi qarşılanmalıdır. Avantürist məmur heç nədən çəkinmədən Ukraynada Azərbaycana məxsus neft bazalarına, obyektlərinə dəqiq zərbələrin sayını artırmağı, Rusiyada Azərbaycan diasporuna hücumları intensivləşdirməyi, onlara məxsus biznesi tam bağlamağı tələb edib.

Yeri gəlmişkən, Kabanov tarixi təhrif etməsi, olayları saxtalaşdırması, insanlara, hətta bütöv xalqlara şər-böhtan yağdırması ilə tanınır. Və bu mövqeyi tək azərbaycanlılara qarşı deyil, bütövlükdə müsəlman-türk xalqlarından olanlara qarşıdır. Kirill Kabanov Mərkəzi Asiya ölkələrini "öz problemlərini Rusiyanın hesabına həll etməkdə" ittiham edib. Onları bütövlükdə Rusiyadan sıxışdırıb çıxarmağa çağırışları ilə tanınıb.

Kabanovu bir çox fikirləri ilə faşist ideologiyasının başında durmuş Gebbelsə bənzətmək olar. Məsələn, Kabanov müsahibələrinin birində bildirib: "Hara baxırsan, miqrant gözünə dəyir - avtobusda, metroda. Biz ictimai nəqliyyatda daha rahat gedə bilərdik. Miqrantlar istirahət, xidmət sahələrinə də yükdür. Əcnəbilərin sayı artdıqca yük də artır. Bəs ixtisas baxımından bu mütəxəssislər bizə nə dərəcədə lazımdır? Bizim ixtisaslı işçilərə ehtiyacımız var. Sənaye onlara ehtiyac duyur. Amma bizə gələn miqrantlar çox vaxt aşağı ixtisaslı olurlar". Onun bu fikirlərinə nəzər salanda ötən əsrin otuzuncu illərinin Almaniyası yada düşür - eyni ssenari, eyni yanaşma.

Kabanovun faşistliyi, qeyri-ruslara qarşı aqressiyası bunlarla kifayətlənmir. Tümen vilayətində yerli xalqın tarixi şəxsiyyəti Kuçum xanın xanımına abidə qoymaq istəyinə qarşı sərt mövqe nümayiş etdirib. Nədir ki, bunlar rus çarlarının Sibiri işğal etmək siyasətinə qarşı çıxıblar. Kabanov abidə qoyulmasını ekstremizm adlandırıb. İddia edib ki, Rusiyanın, Rusiya imperiyasının və ya Sovet İttifaqının düşməni olanları milli qəhrəman kimi təqdim etmək cəhdləri artıb. "Bizi ideoloji təxribat izləyir",- deyə Kabanov bəyan edib.

Tatar icmasının nümayəndələri sosial şəbəkə səhifələrində Kabanovu "rus nasisti" adlandırıblar. Bildirilib ki, onun timsalında rus nasistləri müsəlman təşəbbüslərinə qarşı çıxırlar. Qeyd ediblər k, son illərdə Rusiya hakimiyyəti "çoxkonfessiyalılıq" və "ənənəvi dəyərlər" haqqında mantranı yorulmadan təkrarlayır, müsəlman əhalisini ələ salmağa çalışır. Bu, xüsusilə islam kimliyinin institusional və mədəni gücünü qoruyan az sayda regionlardan biri olan Tatarıstanda aydın görünür. Lakin bu siyasətin riyakarlığı rus sağçı radikal dairələri səhnəyə çıxdıqda aşkar olur.

"Bu günlərdə rus nasistlərinin ideoloqlarından biri olan Kirill Kabanov Tatarıstan hakimiyyətinin müsəlman icması daxilində islam normalarını şərh edən orqan - Qazilər Şurasının yaradılmasına icazə verməsini açıq şəkildə tənqid edib. Bundan əlavə, o, sanki bu, Rusiya hüquq sisteminə təhdid yaradırmış kimi, Mendeleyevsk rayonunda məktəb qidasının halal qidaya keçirilməsi qərarını tənqid edib. Yəni pəhriz normalarına riayət etmək artıq dövlətə təhdiddir?" - deyə sosial şəbəkələrdə vurğulanıb. Qeyd olunur ki, "rus nasistləri qətiyyən anlamırlar ki, bütün bu müsəlman təşəbbüsləri "islamlaşmanın" nəticəsi deyil, Rusiya hakimiyyətinin özünün düşünülmüş siyasi gedişidir".

Göründüyü kimi, Rusiya Vaşinqtonda imzalanan üçtərəfli Birgə Bəyannaməni hər vəchlə aşağılamağa, ona müxtəlif cür don geyindirməyə çalışır. Qeyd olunanlar da sübut edir ki, Kreml Cənubi Qafqazda sülh və əməkdaşlıq yox, əbədi qarşıdurmanın və bulanıq suda balıq tutmağın tərəfdarıdır.

"Report" İnformasiya Agentliyi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Avqust 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see274

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see267

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see246

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see234

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see212

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see201

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see178

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see177

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see158

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see155

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see150

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see140

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see138

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see136

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see136

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see135

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see134

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see132

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see129

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

26 Dekabr 2025 06:14see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri