Icma.az
close
up
RU
Vaşinqton İranla razılıq əldə etmək niyyətindədir, amma... ŞƏRH

Vaşinqton İranla razılıq əldə etmək niyyətindədir, amma... ŞƏRH

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Zaur İbrahimli: İranla bağlı proseslər may ayının sonuna qədər bitməlidir

İran ilə ABŞ arasında illərdir davam edən qarşıdurma bu gün Yaxın Şərqi sözün əsl mənasında, “saatlı bomba”ya çevirib. Omanın vasitəçiliyi ilə Cenevrədə keçirilən son danışıqların nəticəsiz başa çatması vəziyyəti daha mürəkkəb mərhələyə keçirdi. Danışıqlardan öncə İranın İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazında təlimlərə başlaması rəsmi Tehranın mümkün ssenarilərə hazırlaşdığını ortaya qoydu. Cenevrə görüşlərindən sonra, ABŞ-nin Hörmüz üzərində kəşfiyyat uçuşu həyata keçirməsi danışıqların yolunda getmədiyindən xəbər verdi. ABŞ lideri Donald Tramp isə İranı nüvə razılaşmasına məcbur etmək məqsədilə məhdud zərbələri nəzərdən keçirdiyini açıqladı. İran prezidenti Məsud Pezeşkian isə Trampa cavab olaraq, təzyiqlərə boyun əyməyəcəklərini bildirib. Prezidentin sözlərinə görə, rəsmi Tehran dinc məqsədlərlə həyata keçirilən nüvə proqramından imtina etməyəcək. Tərəflərin məhz nüvə proqramı üzrə ortaq məxrəcə gələ bilməməsi vəziyyəti daha da çıxılmaz hala salır. Bəs gələcək perspektivdə ABŞ ilə İran arasındakı münasibətlərin sonu necə olacaq?

Mövzu ilə bağlı siyasi şərhçi, Zaur İbrahimli Sherg.az-a bildirib ki, hazırda ABŞ ilə İran arasındakı vəziyyətlə bağlı ziddiyyətli fikirlər var:

“İrana hərbi müdaxilə ehtimalı ilə bağlı Tramp administrasiyası ənənəvi psixoloji və diplomatik təzyiq strategiyası həyata keçirir. Venesuelaya hərbi müdaxilə ərəfəsində də müxtəlif rəsmi şəxslər və media qurumları mümkün əməliyyatın detalları və nəticələri barədə məlumatlar yayırdılar. Bu da, təzyiq altında olan İranı ABŞ-nin irəli sürdüyü şərtləri qəbul etməsi üçün zəmin formalaşdırmağa xidmət edir. Lakin hazırda Tramp administrasiyasının hərbi əməliyyatları yenə də son vasitə kimi nəzərdən keçirdiyi görünür. Vaşinqton aşkar şəkildə İranla masa arxasında razılıq əldə etmək niyyətindədir. Lakin ABŞ İranla bağlı bir sıra planlar hazırlayır. Söhbət İranın nüvə proqramından tamamilə imtina etməsindən və “Liviya modeli”nin tətbiqindən gedir. Xatırlayırsızsa, 2003-cü ildə Qəddafi rejimi nüvə, raket və kimyəvi proqramlardan imtina etmiş, bunun qarşılığında isə beynəlxalq sanksiyaların ləğvi və Qərb ölkələri ilə münasibətlərin normallaşması vədi almışdı. Eyni ssenarinin İran üzərində tətbiqi nəzərdə tutulub”. 

Analitikin sözlərinə görə, rəsmi Tehran nüvə proqramı üzrə müzakirələrə açıqdır:

“İranın qəti şəkildə qarşı çıxdığı məqam məhz raket proqramının məhdudlaşdırılmasıdır. Çünki rəsmi Tehran, irəli sürülən bütün şərtləri suverenliyi üçün təhlükə hesab edir. ABŞ İranın raket proqramının ciddi şəkildə məhdudlaşdırılmasını və Tehranın 250 kilometrdən artıq mənzilli raketlərə, malik olmamasını əsas tələb kimi irəli sürür. Bütün bunlar İsrailin təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. Açıq mənbələrin təhlili göstərir ki, İran raket proqramının monitorinqi ilə razılaşa bilər, amma ABŞ-nin irəli sürdüyü tələbə əsasən, proqramdan imtina etməyəcək. Şərtlər qəbul edilsə belə, İranın mövcud siyasi hakimiyyətinin uzunmüddətli perspektivdə öz mövqeyini qoruması inandırıcı deyil”.

Z. İbrahimli bildirib ki, yaxın vaxtlarda İran şərtlərlə razılaşmazsa, hərbi əməliyyatların başlanması ehtimalı arta bilər:

“İranda, hazırkı siyasi hakimiyyətin əsas tezislərindən biri raket proqramının inkişafı vasitəsilə regionda mövqeyini qorumaqdır. Lakin yaxın müddətdə İran hər iki məsələ ilə razılaşmasa, ABŞ lideri Donald Tramp “hücum” əmri verəcək. Tərəflər arasında vaxt amili də kritik mərhələyə daxil olub. Çünki noyabr ayında konqres seçkiləri keçiriləcək. İranda hərbi əməliyyatlar yaxın müddətdə başlamalıdır ki, həmin vaxta qədər müəyyən nəticələr əldə edilsin. Seçkilərə hazırlıq prosesinin qızğın mərhələsində, hərbi əməliyyatların davam etməsi Tramp administrasiyası üçün ciddi problemlər yarada bilər. Ona görə də İranla bağlı proseslər may ayının sonuna qədər bitməlidir”. 

Aybəniz Səfərova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Fevral 2026 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri