Icma.az
close
up
RU
Vaşinqton Moskva xəttində yeni təmas: Uitkoffun səfərinin arxasında nə dayanır?

Vaşinqton Moskva xəttində yeni təmas: Uitkoffun səfərinin arxasında nə dayanır?

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffu qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Kremlin Mətbuat xidməti yayıb.

Görüş Kremldə keçirilir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi bu gün səhər saatlarında Moskvaya səfər edib.

Trampın yanvarda hakimiyyətə gəldikdən sonra əvvəlcə Rusiyaya qarşı daha yumşaq və pozitiv mövqe sərgiləməsi, lakin son aylarda Putini tənqid edən açıqlamalar verməsi fonunda bu səfər xüsusi maraq doğurur.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, bu səfər, ilk növbədə, Vaşinqton və Moskva arasında iqtisadi və diplomatik kanalların tam qapanmadığını göstərir. Onun sözlərinə görə, ramp administrasiyasının Rusiya ilə münasibətlərində son aylarda sərtləşmə müşahidə olunsa da, belə nümayəndə səfərləri arxa planda dialoqu qorumaq üçün istifadə olunur.

Politoloq hesab edir ki, hava limanında Stiven Uitkoffu Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri və Prezidentin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılaması müzakirələrin əsasən investisiya, enerji və iri iqtisadi layihələr ətrafında gedəcəyini ehtimal etdirməklə yanaşı, siyasi çalar daşıdığını göstərir.

Qarayeva bildirib ki,Trampın əvvəlki aylarla müqayisədə Moskva barədə sərt açıqlamalar fonunda bu səfər “tam qopma yoxdur” mesajı kimi oxuna bilər. Yəni Vaşinqton Moskva ilə açıq qarşıdurma istəmir və müəyyən sahələrdə əməkdaşlıq kanallarını açıq saxlayır. Bu həm də Putinə, “siyasi tənqidlər iqtisadi dialoqu bağlamır” siqnalıdır.

Həmsöhbətimizin dediyinə görə, hazırda Vaşinqton üçün iki əsas məqsəd var: birincisi, enerji bazarlarında stabilliyi təmin etmək, ikincisi isə Çin kimi rəqib mərkəzlərin Rusiya üzərində tam təsirini məhdudlaşdırmaq. Tramp administrasiyası sərt ritorikanı davam etdirsə də, iqtisadi diplomatiya vasitəsilə qarşılıqlı maraqları qorumaq istəyir.

Politoloq görə, yaxın müddətdə böyük razılaşmalar çətin görünür, çünki Ukrayna müharibəsi və sanksiyalar məsələsi hələ də əsas maneədir:

“Lakin bu səfər qarşılıqlı etimadı qismən bərpa edə və payıza doğru daha konstruktiv dialoqa zəmin yarada bilər. Əsas məqam odur ki, Tramp administrasiyası Moskva ilə əlaqələri tam qoparmaq istəmir, amma əvvəlki aylarla müqayisədə daha sərt mövqe fonunda danışıqları ehtiyatla aparır”.

Zülfü Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Avqust 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri